USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Məmur Qarabağda şəhərsalma işlərini öz oğlunun şirkətlərinə həvalə edib (ARAŞDIRMA)

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

9-09-2022, 09:37

Məmur Qarabağda şəhərsalma işlərini öz oğlunun şirkətlərinə həvalə edib (ARAŞDIRMA)
Dəyəri 11 milyon 304 min manat olan 22 müqavilə müsabiqə keçirilmədən bağlanıb

Azad edilmiş torpaqlara qayıdış başlayır. Zəngilan rayonu ilk sakinlərini artıq qəbul edib. Viran qalmış yurd yerlərində otuz ildən sonra kəndlər, şəhərlər salınır.

Bəs məskunlaşma yerlərinin salınması zamanı dövlət qurumları büdcə vəsaitlərini şəffaf və ədalətli xərcləyirmi? Söhbət yerli və xarici şirkətlərin işlərin görülməsinə müsabiqəsiz cəlb olunmasından, hətta məmurların işləri tələskənliyə salıb, öz ailə şirkətlərinə ötürməsindən gedir.

Ağdam, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Füzuli və Xocavənd rayonlarında 21 yaşayış məntəqəsinin şəhərsalma əsaslandırılmasının hazırlanması üzrə müqavilələr bağlanıb. Qeyd edək ki, şəhərsalma əsaslandırılması - tikinti obyektinin yerləşdirilməsi üçün hazırlanan planlaşdırma sənədidir.

Müsabiqəsiz bağlanan 22 müqavilə

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlarda göstərilir ki, kəndlərin şəhərsalma əsaslandırılma sənədinin hazırlanması üzrə elan bu resursda yerləşdirilməyib. Başqa sözlə, 2 dövlət layihə institutu, 4 özəl Azərbaycan və 1 Türkiyə şirkəti ilə ümumi dəyəri 11 milyon 304 min manat olan 22 müqavilə müsabiqə keçirilmədən bağlanıb.

Hökumət adından bu müqavilələrin bağlanmasını Dövlət Şəhərsalma və Arxitektura Komitəsi öz tabeliyindəki quruma – Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə həvalə edib. Qurum Şuşa rayonunun Daşaltı kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılması işlərini “Feniks-AA” MMC-yə təqdim edib. İkinci Qarabağ müharibəsinədək bu kənddə ermənilər yaşayırdı. Kənd hərbi əməliyyatların episentrində olub və bu səbəbdən bir çox tikili ziyan çəkib. Layihənin sentyabr ayının sonunadək hazırlanması üçün şirkətə 250 min manat ödənilib.

Aydın Aydınlı “Feniks-AA” şirkətinin direktorudur. 27 yaşlı şirkət rəhbəri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatovun oğludur.

"Dövlət satınalmaları haqqında" qanunun 13.2.1-ci maddəsində qeyd olunub ki, satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, təsisçilik və asılılıq münasibətləri olan şəxslər satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər. Bu, dövlət satınalmalarında maraqların ziddiyyəti sayılır.

“Feniks-AA” şirkəti 2001-ci ildən bəri tikinti və layihə şirkəti kimi çalışır. İlqar İsbatov 2008-ci ilədək, yəni - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru vəzifəsinə təyin olunanadək bu şirkətə rəhbərlik edib.

Şirkətin direktoru vəzifəsini bir müddət Valeh Eyvazov tutub. O, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2021-ci ildə formalaşdırılan 11 nəfərdən ibarət İctimai Şurasının üzvüdür. Lakin memar kimi deyil, “Demokratiyanın İnkişafı Problemləri Mərkəzi” İctimai Birliyinin təmsilçisi kimi bu şurada təmsil olunub.

Məlum olur ki, layihələndirmə işləri üzrə bağlanan müqavilələrin 3-ü şura üzvlərindən daha birinə aidiyyatı olan şirkətə qismət olub.

Toğrul Bayramov Komitənin İctimai Şurasının üzvüdür. Memardır. Keçən ilin iyun ayanda qeydiyyatda keçən “Bureau Mühit” MMC-nin direktorudur. Amma 2021-ci ilin sentyabrında Şuraya bu qiyafədə deyil, “Ulduz İnformasiya Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə” İB-nin nümayəndəsi kimi seçilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işğaldan azad olunmuş ərazilərdə bir neçə yaşayış məntəqəsinin memarlıq simasının və obrazının müəyyən edilməsi məqsədilə 2021-ci ilin iyul-avqust aylarında təşkil etdiyi memarlıq müsabiqəsi “Qədim Qarabağın yenilənən siması” adlanırdı.

Yenicə yaradılan “Bureau Mühit” şirkətinin memarlar komandası müsabiqəyə çıxarılmış altı kənddən dördü üçün təkliflər təqdim edib. Bunlar: Laçının Şəlvə kəndi, Cəbrayılın Xudafərin qəsəbəsi, Kəlbəcərin Zar kəndi və Füzulinin Horadiz kəndi idi. Münsiflər heyəti bu layihələri mükafat fondu 5 min və 3 min manat olan 1-ci və 2-ci yerlərə layiq görüb. Bir neçə ay sonra, 2022-ci ilin aprel ayında isə bu yaşayış məntəqələrindən 3-nün – Şəlvə, Zar və Xudafərin kəndlərinin şəhərsalma əsaslandırılmasının hazırlanması üçün “Bureau Mühit” şirkətinə 848 min manat ödənilib.

Kəndlərin lahiyələndirilməsinə qeyri-şəffaf yolla cəlb edilən şirkətlərdən biri də “Qala Group” MMC-dir.

“Qala Group” şirkəti öz internet səhifəsində dövlətin satınalma portalına istinadən bildirir ki, o, “yaşayış məntəqələrinin salınmasının şəhərsalma əsaslandırılması ilə bağlı elan etdiyi 13 açıq tenderə yekun vurub və “Qala Group” şirkəti bu tenderlərdən 4-nü qazanıb”. Hərçənd elə həmin portaldaca yazılır ki, bu satınalmaların əsasını təşkil edən satınalma müsabiqəsi (elanı) Dövlət Satınalmalarının Vahid Elektron Portalında yerləşdirilməyib.

Şirkət Laçın rayonunun Güləbird, Zəngilanın Cahangirbəyli, Məmmədbəyli və Cəbrayıl rayonunun Horovlu kənd-qəsəbələrinin şəhərsalma əsaslandırılmasının hazırlanması üçün 1 352 369 manat vəsait alıb.

“Qala Group” şirkətinin sahibi Orxan Mustafayev işadamıdır. Birləşmiş Ərəb Əmirliklərində qurduğu “İdeal Consept Holding” şirkətlər qrupuna “Qala Group”la yanaşı, “Sabah Residence” tikinti şirkəti də daxildir.

Qarabağda görüləcək işlərə cəlb olunan digər yerli şirkət “BİMD” QSC-dir. Şirkət “Overall Management Group” şirkətlər qrupuna daxildir. Qrupun təsisçisi Orxan Məstanovdur. Qrupa daxil olan “CONCO” QSC müharibədə Gəncə şəhərinə atılan raket zərbələri nəticəsində dağıdılan binaların bərpası üçün Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən və Dövlət Tikinti və Arxitektura Komitəsindən ümumi dəyəri 11 098 913 manat olan 4 müqavilə alıb. Bu müqavilələr də tender qanunvericiliyinə əməl etmədən, birbaşa bağlanılıb.

“BİMD” QSC Füzulinin Pirəhmədli və Dədələr, Kəlbəcərin Zarlar və Yanşaq kəndlərinin şəhərsalma əsaslandırılmasının hazırlanması üçün dövlət büdcəsindən 1 530 000 manat alıb.

Qarabağda layihələndirmə işlərinə cəlb olunan şirkətlərdən biri də Türkiyənin “Rem Mimarlik Dekorasyon Restorasyon Proje Ve Taahhut Hizmetleri Ltd.” şirkətidir. O yerli şirkətlərdən daha çox iri məbləğdə müqavilələr almağa nail olub. Türkiyə şirkəti Xocavənd rayonunun Hadrut qəsəbəsinin və ətraf kəndlərin bərpa və yenidənqurulmasının şəhərsalma əsaslandırılmasının hazırlanması üçün Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən 2 242 000 manat, Tuğ və ətraf kəndləri ilə bağlı eyni işin icrasına görə 2 124 000 manat vəsait alıb. İşlərin icrası üçün ayrılan müddət sentyabr ayında tamamlanır.

Qarabağda aparılan işlərin tender qanunvericiliyinə əməl olunması səviyyəsi barədə prezident İlham Əliyev də çıxışında münasibət bildirib:

“Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma, eyni zamanda, tələskənliyə yol vermirik. Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək”.

İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, dövlət satınalmaları ilə bağlı qanunların icrasına nəzarət edilmir deyə problemlər yaranır: “Azərbaycanda ən geniş yayılmış qanun pozuntusu ondan ibarətdir ki, bilərəkdən layihələrin icra müddətinin başlanma tarixi gecikdirilir və son anda vaxt məhdudiyyəti adı altında həmin layihələr birbaşa satınalma yolu ilə heç bir rəqabət, şirkətin özünün maddi-texniki bazasının, təcrübəsinin qiymətləndirilməsi aparılmadan öz benefisiarlarına layihələrin ötürülməsi prosesi baş verir”.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov AbzasMedia-ya deyib ki, işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin layihələndirilməsi üzrə işlərin tender yolu ilə deyil, birbaşa müqavilə əsasında satın alınmasına prosesin yubanacağı əsas götürülməklə icazə verilib. Onun sözlərinə görə, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi dövlət satınalmalarına nəzarət edən quruma bir mənbədən satınalma üçün deyil, artıq imzalanmış ikitərəfli müqavilələrə razılıq üçün müraciət edib.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi layihələri hazırlayan şirkətlərin seçimi üçün müsabiqələrin keçirilməməsi, “bir mənbədən” üsulu tətbiq etməklə bağlanan müqavilələrin qiymətinin müəyyən olunması, eləcə də şirkətlərin seçim meyarları, bağlanan müqavilələrdə maraqlar toqquşmasına dair informasiya sorğusuna cavab verməyib.

İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma sənədlərinin hazırlanmasının planlaşdırılması, razılaşdırılması prosesində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iştirakı barədə informasiya sorğusu da cavabsız qalıb.

“BİMD” QSC və “Feniks-AA” MMC-nin rəhbərliyi layihələndirmə işləri üzrə bağlanmış müqavilələrin şübhəli məqamlarına dair informasiya sorğusuna cavab verməyib. “Qala Group” şirkətinin rəhbərliyi isə bu sorğudakı sualları sifarişçi təşkilata ünvanlamağı məsləhət görərək, cavabdan yayınıb.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, Qarabağ iqtisadi rayonunda 2040-cı ilə qədərki üç mərhələdən ibarət olan bərpa planının ilk mərhələsinin 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulub. Birinci mərhələyə Ağdam, Füzuli şəhər mərkəzlərinin, Hadrut, Suqovuşan qəsəbələrinin və 32 kəndin bərpa prosesi daxildir.

Qarabağın sakinləri yurdlarına qayıtmağa başlasalar da, bu bərpa və şəhərsalmanın hansı şərtlərlə, necə aparıldığından xəbərsiz saxlanılırlar.

Paylaş:
Digər xəbərlər

Hadisə / İdman

12-06-2022, 19:08

Qran-Prinin qalibi Maks Ferstappen oldu

Sosial / Hadisə

22-04-2022, 19:12

Zeynəb Xanlarovanın bacısı oğlu həbs olundu

Hadisə

17-02-2022, 16:26

Bir ailənin 5 üzvü dəm qazından boğularaq öldü

Hadisə

9-12-2021, 08:40

Avtomobil kanala düşdü, sürücü öldü

Hadisə

21-10-2021, 13:17

Ana doğuş zamanı öldü

Hadisə

7-06-2021, 12:47

Akademik Ramiz Məmmədov nədən öldü?

Hadisə / İdman

19-05-2021, 23:12

Azərbaycan çempionu Neftçi FK oldu

Hadisə

5-05-2021, 16:55

Başına daş parçası düşən yeniyetmə öldü

Sosial / Hadisə

25-04-2021, 17:37

Bakıda fəhlə 14-cü mərtəbədən yıxılaraq öldü

Hadisə

26-01-2021, 14:59

Xəzərdə zəlzələ oldu

Gündəm / Sosial

23-01-2021, 12:23

Paşayeva şəhid gizirin anası ilə görüşdü - Foto

Hadisə

2-12-2020, 12:11

Qarabağda hərbi hissədə partlayış: 2 erməni əsgər öldü

Son xəbərlər
  • Bugün, 13:37
    “Meclis.info işi” üzrə məhkəmə: 5 şahidin məcburi gətirilməsi qərara alınıb
  • Bugün, 13:32
    Olimpiya çempionları şəhid övladları ilə görüşüblər
  • Bugün, 13:29
    Rusiya daha bir generalını itirib
  • Bugün, 03:56
    Xaricdə yaşayan blogerlərə qiyabi hökm oxunub
  • Dün, 21:30
    Azərbaycan 5 ölkə ilə vizasız gediş-gəliş barədə danışıqları davam etdirir
  • Dün, 19:29
    Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
  • Dün, 19:27
    Prezidentdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı sərəncam
  • Dün, 19:25
    MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb
  • Dün, 00:14
    Daxili qoşunların komandanının təyinatı Prezidentin səlahiyyətinə verildi
  • Dün, 00:09
    Mnatsakanyan ibtidai istintaqda verdiyi ifadələrdən imtina etdi
  • Dün, 00:06
    Həbsdə ölən sabiq icra başçısının oğluna yeni vəzifə verildi
  • Dün, 00:04
    Ramzan Kadırov Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
  • 25-12-2025, 23:59
    DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti uzadılıb
  • 25-12-2025, 16:09
    Bakıda “Land Rover” idarə edən narkokuryerdən 17 kiloqramdan çox marixuana götürülüb
  • 25-12-2025, 14:54
    Türkiyədə qəzaya uğrayan təyyarənin “qara qutuları” üçüncü ölkəyə göndəriləcək
  • 25-12-2025, 00:13
    Xaçmazda itkin düşən şəxsin qətlə yetirildiyi aşkarlanıb
  • 25-12-2025, 00:10
    AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
  • 25-12-2025, 00:09
    Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov həbs edilib
  • 24-12-2025, 22:24
    Yaponiya Suriyaya 53 milyon dollar maliyyə yardımı ayırıb
  • 24-12-2025, 22:21
    Daşkəsəndə qadın dərmandan zəhərlənib
  • 24-12-2025, 22:19
    Prezidentin ad günündən ailəvi foto paylaşılıb
  • 24-12-2025, 22:18
    Əlcəzair parlamenti Fransa müstəmləkəçiliyini cinayət kimi tanıyıb
  • 24-12-2025, 22:15
    Türkiyədə qəzaya uğrayan təyyarənin “qara qutuları” üçüncü ölkəyə göndəriləcək
  • 24-12-2025, 22:05
    Xankəndidə Zəfər parkının açılışı olub
  • 24-12-2025, 22:02
    Prezident İlham Əliyevin doğum günüdür
  • 24-12-2025, 13:30
    Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
  • 24-12-2025, 13:23
    Sadettin Saranla bağlı narkotik testi iddiası – rəsmi araşdırma davam edir
  • 24-12-2025, 13:03
    Gießendə avtomobil insanların üzərinə sürüldü – dörd nəfər yaralanıb
  • 24-12-2025, 12:52
    “Kreativ Media - Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırılıb
  • 23-12-2025, 16:51
    Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov həbs edilib
  • 23-12-2025, 16:48
    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol qəzasında həlak olub
  • 23-12-2025, 15:36
    Azərbaycanda sabiq vəzifəli şəxs həbsdə vəfat edib
  • 23-12-2025, 15:33
    Prezident İlham Əliyev Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsinin binasının açılışında iştirak edib
  • 23-12-2025, 15:29
    Məhkəmə Nərmin Quliyevanın qətli ilə bağlı kassasiya şikayətini təmin etmədi
  • 23-12-2025, 15:21
    Rusiya taxılı Azərbaycan üzərindən Ermənistana göndərilir
Daha çox
Çox oxunanlar
22-12-2025, 19:47
Almaniyada yaşayan azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər
23-12-2025, 00:02
Avropada yaşayan azərbaycanlı miqrant pulunu ala bilmədiyini iddia edir
23-12-2025, 16:51
Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov həbs edilib
24-12-2025, 13:03
Gießendə avtomobil insanların üzərinə sürüldü – dörd nəfər yaralanıb
22-12-2025, 15:18
Amnistiya aktının icrasına başlanılıb: minlərlə məhkum azadlığa buraxılacaq
22-12-2025, 02:35
Ruslan İzzətlinin səhhəti ağırlaşıb – həyat yoldaşı həyati təhlükə olduğunu bildirir
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
Bugün, 13:37
“Meclis.info işi” üzrə məhkəmə: 5 şahidin məcburi gətirilməsi qərara alınıb
22-12-2025, 19:47
Almaniyada yaşayan azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər
22-12-2025, 02:35
Ruslan İzzətlinin səhhəti ağırlaşıb – həyat yoldaşı həyati təhlükə olduğunu bildirir
19-12-2025, 16:51
Çatalca Geri Göndərmə Mərkəzində saxlanılan Gültəkin Hacıbəyli qərarı siyasi sifariş adlandırır
19-12-2025, 12:19
AXCP funksioneri Murad Sultanlı 30 sutka həbs olunub
19-12-2025, 12:12
“Azər Qasımlı işi”: Zərərçəkən hədə-qorxu iddiasına sübut təqdim edə bilmədi
Sosial
Olimpiya çempionları şəhid övladları ilə görüşüblər
Xaricdə yaşayan blogerlərə qiyabi hökm oxunub
Xankəndidə Zəfər parkının açılışı olub
Sadettin Saranla bağlı narkotik testi iddiası – rəsmi araşdırma davam edir
Gießendə avtomobil insanların üzərinə sürüldü – dörd nəfər yaralanıb
“Kreativ Media - Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırılıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə