USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Xomeynini İrana "Böyük şeytan" göndərib

Gündəm / Siyasət / Sosial

11-11-2022, 09:02

Xomeynini İrana "Böyük şeytan" göndərib

Azərbaycanda, ümumilikdə bu coğrafiyada inanclı insanların İrana bağlılığının-simpatiyasının kökündə şiəlik dayanır. Lakin İran rejiminin ixrac etdiyi ideologiya şiəlikdən daha çox, xomeyniçilik prinsiplərinə söykənir.

Və “Allah, Quran, Xomeyni” ideologiyası ilə fani insanı Yaradan və onun kitabından sonra üçüncü cərgəyə qoyaraq ilahiləşdirən İranın (bu ölkədə Xomeyninin həyatı Quranla bərabər məktəblərdə dini vəsait olaraq tədris olunur) apardığı siyasətin əsasında Xomeyniçiliyin şiə məzhəbinin “təməl prinsipinə” çevirmək niyyəti görünür.

Molla rejiminin ixrac etdiyi siyasi-dini ideologiyanı anlamaq üçün bir sualın cavabı axtarışına ehtiyac var: “Xomeyniçilik Allaha, yoxsa İrana ibadəti buyurur?”

İranda 1979-cu il “İslam inqilabı” ilə vaxtilə Şahın əleyhinə çıxdığı üçün sürgündə olan Ruhullah Xomeyni Fransadan Tehrana qayıtdı. Onun Avropa ölkəsindən İrana inqilab lideri olaraq dönüşü, ardınca Qərbə qarşı düşmən mövqe sərgiləməsi suallar yaradırdı. Hərçənd, dünyanın siyasi sistemində Xomeyninin hansısa məxfi razılaşmalar olmadan, özü də Avropa ölkəsindən İrana lider olaraq dönüşü mümkünsüz idi və burada onun Vaşinqtonla məxfi yazışmaları yada düşür. (BBC-nin 2017-ci il 11 iyun tarixində yayımladığı “Yanvarın iki həftəsi: Xomeyni ilə ABŞ-ın məxfi sövdələşməsi” sərlövhəli məqaləsindən: Xomeyni ABŞ-dan yolunun açılması üçün kömək istəyirdi).

Konkret sənədlərə əsaslanan bu faktlar Xomeyninin hakimiyyətə gəlişində heç bir “ilahi qüvvə”nin rol oynamadığını, əksinə, sonradan “Böyük şeytan” adlandıracağı Birləşmiş Ştatların əməyi aydın görünür. Nə qədər gizlətmək istəsələr də, tarix Ruhullah Xomeyninin “Allahın elçisi”, yaxud “Yer üzərindəki canişini” ideologiyasının sadəcə İranın inanclı insanları ələ almaq üçün ucuz təbliğatından başqa bir şey olmadığının şahididir.

İnqilabdan sonra İranın ABŞ-a qarşı sərt mövqeyi, xüsusilə amerikalı diplomatların girov alınması Vaşinqtonla Xomeyninin məxfi yazılaşmaları fonunda fikirləri qarışdırır, ortaya suallar çıxarır. Bununla bağlı iki mümkün versiya var:

- Məxfi razılaşma: inqilabdan sonra ABŞ-ın Yaxın Şərqdə atdığı bütün addımların İranın yolunun açılması ilə nəticələnməsi bu fikri gücləndirir;

- Siyasi gediş: Xomeyni əvvəlcə amerikalıları inandırdı, daha sonra razılaşmanı pozdu;

Hər iki fikr üzərindən müzakirələr açmaq olar, lakin bu məsələdə bir aksioma var: Xomeyni Allahın yox, Qərbin göndərdiyi adamdır;

1970-ci illərdə Qərb üçün SSRİ-nin sərhədləri dibində dünyəvi və getdikcə Moskvaya ilıq münasibət sərgiləyən Şah rejimindənsə, kommunizmin yayılmasının qarşısında sədd olacaq radikal dini rejim daha münasib idi. (Bjezinskinin “Böhranlı Aypara” strategiyası). Xomeyninin hakimiyyətə gələndən sonra İranda, xüsusilə Cənubi Azərbaycanda sol hərəkatının məhv edilməsi də diqqəti bu istiqamətə çəkir. Faktlar deməyə əsas verir ki, siyasi planlarda bir fiqur kimi Xomeyninin missiyası həm kommunizmin yayılmasının qarşısını almaq, həm də İslam dünyasında parçalanmanı dərinləşdirmək idi.

Ruhullah Xomeyni İrana qayıdanda onun Həzrət Əliyə bənzədilməsi prosesi başlandı. Bu, təkcə kütlənin eyforiyası yox, həm də şüurlu gediş idi. 1978-ci ildə Xomeyninin böyük oğlu Mustafa Nəcəfdə qətlə yetirilir, Xomeyninin tərəfdarları bu qətlin Şah tərəfindən həyata keçirildiyini iddia edərək, Qumda etirazlara başlayırlar. Proseslərin sonu inqilab və Xomeyninin lider olaraq Tehrana gəlişi ilə nəticələndi. Dini təbliğat da belə quruldu: Həzrət Əlinin oğlu İmam Hüseyn Kərbəlada qətlə yetirildi və bu, İslam tarixində inqilabın simvoluna çevrildi, Xomeyninin oğlu da qətlə yetiriləndən sonra İranda inqilab başlandı. Yəni Həzrət Əli və Xomeyni övladı qətlə yetirilən ata statusunda göstərildi.

Xomeyninin imam olması (burada imam camaatın önündə namaz qıldıran statusunda yox, İmamət mərtəbəsinə yüksələn kimi qəbul edilir) isə “Vilayəti-Fəqih” nəzəriyyəsinin nəticəsidir. Xomeyninin Nəcəfdə dərs deyərkən irəli sürdüyü bu nəzəriyyə şiəliyin cəfərilik qolunda siyasi idarəçiliyin yeni üslubu fikrinə əsaslanır, hərçənd, şiə din alimləri tərəfindən qəbul edilmir. Xomeyni iddia edirdi ki, 12-ci imam (Mehdi) qeybdə olduğu üçün müctəhidlər (dini məsələlərdə hökm verənlər) onun naibləridir və bu naiblər Mehdi zühur edənə qədər siyasi hakimiyyəti onun təmsilçisi olaraq idarə edə bilərlər.

Mehdinin zühuru haqqında bütün səmavi dinlərin hədis ədəbiyyatında bəhs edilir, lakin Xomeyninin irəli sürdüyü nəzəriyyə siyasi Olimpə yüksəlmək üçün ortaya atılmış ideya idi. O, iddia edirdi ki, “Vilayəti-Fəqih” Mehdinin səlahiyyətli nümayəndəsidir və onun zühuruna qədər dini rəhbərin bütün əmrləri yerinə yetirilməlidir, çünki bu, əmrlər əslində qeybdəki imamın əmrləridir. Hətta İranda Xomeyninin Mehdi ilə gizlində görüşdüyü haqqında rəvayətlər də uydurulurdu, əslində bu dini kəsimin hisləri üzərindən “mütləq hakimiyyətin” qurulması məqsədinə xidmət edirdi. Daha sonra əfsanələr bir qədər də şişirdilərək, Xomeyninin əslində Mehdinin özü olduğu iddiaları da ortaya atıldı.

Xomeyni hakimiyyətə gələn kimi ilk hədəfi İslam inqilabında rol oynamış, lakin dünyəvi dövlət ideologiyasını dəstəkləyən dini liderlər oldu. Azərbaycanlı din xadimi Ayətullah Şəriətmədarinin yaşadığı müsibətlər bunun bariz nümunəsidir. Xomeyninin “Vilayəti-Fəqih” nəzəriyyəsini dəstəkləməyən Şəriətmədarinin Qumdakı evi ələ keçirildi, özü ev dustaqlığına məhkum edildi. Xərçəng xəstəsi olan Şəriətmədarinin müalicə olunmasına icazə verilmədi, nəticədə xəstəlikdən dünyasını dəyişdi. Hətta Xomeyni vaxtilə ona müəllimlik etmiş Şəriətmədarinin İslam qaydalarına uyğun dəfninə də icazə vermədi. Şəriətmədarinin timsalında Cənubi Azərbaycanda 10 minlərlə insan məhkəmə hökmü olmadan edam edildi, 100 minlərlə insan həbsxanalara atıldı və sürgün olundu. 1980-ci ildə SEPAH-ın Cənubi Azərbaycana tanklarla girişi və törətdikləri özünü “Mehdinin naibi” elan edən Xomeyninin siyasi hakimiyyət uğrunda nələr edə biləcəyini göstərdi. Cənubi Azərbaycanda törədilənlər həm sol hərəkatının məhv edilməsi, həm də dinin dövlətdən ayrı tutulması ideyasını dəstəkləyən, bununla da Xomeyninin “siyasi şiəlik” planlarına mane olanların “dəfn edilməsi” idi.

Böyük şiə din alimi Əbülqasim Xoyi də Şəriətmədarinin taleyini yaşadı, sadəcə olaraq, o, İraqa sürgün olunduğu və 1992-ci ildə ölümünə qədər orada sağ qala bildiyi üçün daha şanslı idi. Xoyinin günahı hələ Xomeyni Nəcəfdə olarkən irəli sürdüyü “Vilayəti-Fəqih” nəzəriyyəsinə qarşı çıxması olmuşdu. Onun oğlu Əbdülməcid Xoyi 2003-cü ildə Səddamın devrilməsindən sonra İraqda Xomeyninin əsas gücü olan Sədr ailəsi tərəfindən, daha dəqiq desək, Müqtəda Sədr tərəfindən qətlə yetirildi. Həmin vaxt Xomeyni vəfat etmiş, yerini Xamneyi tutmuşdu, lakin Xomeyniçilik artıq İranın siyasətində əsas ideologiya idi və Xamneyi sələfinin yolunu davam etdirirdi.

Müqtəda Sədr Əbdülməcidin qətlindən sonra Səddam dövründə İrana köçən və 9 il Tehranda yaşamış Nuri əl-Malikini hakimiyyətə gətirdi. Bu, Xomeyninin 8 illik müharibədə əsas məqsədi olan İraqa hakim olmaq planının onun ölümündən sonra həyata keçirilməsi idi. İraqa nəzarət şiələrin müqəddəs məkanları olan Nəcəf və Kərbəlaya nəzarət etmək, bu müqəddəs məkanlar üzərindən həm siyasi, həm biznes maraqlarının həyata keçirilməsi deməkdir. İran bu məqsədi uğrunda milyonlarla şiənin ölümü ilə nəticələnən 8 illik müharibə apardı. Əbdülməcidin qətli də buna hesablanmışdı, çünki müharibəyə rəğmən Səddamın dövründə istədiyini alma bilməmişdi, Səddamdan sonra Əbdülməcidin hakimiyyətə gəlmək imkanı mümkün ssenari kimi görünürdü və İran buna imkan verməzdi. 2003-cü ildə Əbdülməcid kimi Məhəmməd Bakir al Hakimi də Xomeyniçiliyə təhdid kimi göründüyü üçün eyni taleyi yaşadı.

Beləliklə, Xomeyniçilik cərəyanının yayılmasına potensial maneə olaraq gördükləri şiə dünyasının nüfuzlu din alimləri və şəxsləri bir-bir sıradan çıxarıldı və İranın imperiya maraqlarının şiəlik kimi ixracı genişləndirildi.

İranın Xomeyniçiliyə əsaslanan xarici siyasət doktrinasına nəzər yetirdikdə də bütün məsələnin nə Kərbəla müsibəti, nə Əhli-beyt eşqi, nə də şiəlik olduğu aydın olur, bütün məsələ İranın imperiya maraqlarıdır və bu məqsəd uğrunda din də, şiəlik də, inanclar da qurban verilir.

Tədqiqatçılar İran imperiyasının yaradılmasına əsaslanan və Xomeyniçilik üzərində qurulan doktrinanı əsasən 3 hissəyə bölürlər:

- “İslam İnqilabı” bütün dünyanın yenidən qurulmasını həyata keçirməlidir: yəni bütün dünya İranın şəmsiyyəsi altında olmalıdır;

- “İslam İnqilabı” bütün müsəlmanlar üçün eyni mənaya malikdir. “Sənin üsyanın, İran gəncləri, sənin üsyanın İran xalqı ilahi, Quran və İslam dirçəlişi üçün müqəddəs mübarizədir, şübhəsiz, dünyanın bütün müsəlmanları onun təsiri altına düşəcəklər”, - Xomeyni bildirir və bununla əslində İranın siyasi hədəflərini ortaya çıxarırdı;

- Xomeyniçilik təcrübəsi inqilabi təcrübə olaraq, İslam konsepsiyası kimi təbliğ edilir: təkcə bu məqam Xomeyniçiliyin yeni dini cərəyan kimi meydana gəldiyini, nə İslamın, nə də İslamın şiə məzbəhinin təməl prinsiplərinə uyğun olmadığını təsdiq edir;

Və bir daha aydın olur ki, Xomeyniçilik nə Allaha, nə onun dini İslama, nə də İslamın şiə məzhəbinə ibadət yox, İrana bidətdən, bu ölkənin imperiya maraqlarından xidmətdən ibarətdir.

Asif Nərimanlı

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

1-11-2022, 15:57

Almaniya İranın etirazçılara qarşı etdiyi zorakılığını ‎qəti şəkildə pisləyir

Gündəm / Siyasət

4-10-2022, 12:36

ABŞ bu həftə İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqladı

Siyasət

23-06-2022, 22:40

"İrana qarşı yeni bir koalisiya formalaşacaq"

Siyasət

16-11-2021, 14:39

İran Ərdoğana ciddi ehtiyac duyur - Oqtay

Siyasət

22-09-2021, 13:53

Güneyli soydaşlarımızdan İrana ciddi XƏBƏRDARLIQ

Siyasət

15-09-2021, 08:01

Rusiyadan İrana çağırış: Danışıqlara geri qayıt!

Siyasət

5-08-2021, 19:53

Nikol Paşinyan atalarını ziyarət etmək üçün İrana səfər edib

Siyasət

9-06-2021, 09:40

İrana qarşı yüzlərlə qadağa yenə qüvvədə qalacaq

Siyasət

27-05-2021, 12:40

Cavad Zərifin Bakı və Yerevan səfərinin PƏRDƏARXASI...

Siyasət / Dünya

8-02-2021, 01:35

ABŞ İrana qarşı sanksiyaları ləğv etməyəcək

Siyasət / Dünya

26-01-2021, 14:56

Taliban nümayəndələri İrana getdi: Əfqanıstanda sülh prosesi müzakirə ediləcək

Siyasət

2-09-2020, 11:26

İran nüvə proqramından çıxdı

Son xəbərlər
  • Bugün, 18:37
    Rasim Balayev I Fəxri Xiyabanda dəfn edilib
  • Dün, 17:30
    Nazim Bəydəmirli müalicə müəssisəsinə köçürülüb
  • Dün, 17:28
    Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı
  • Dün, 17:26
    ABŞ Sakit Okeandan Yaxın Şərqə 3,500 dəniz piyadası yerləşdirir
  • Dün, 17:23
    İran hərbi çağırış yaşını 12-yə endirdi
  • Dün, 17:21
    Məhəmməd Salah A Seriyasına qayıda bilər
  • Dün, 17:20
    Tehranda bir neçə güclü partlayış baş verib
  • Dün, 17:17
    İsrail Livanda 800 “Hizbullah” üzvünü məhv etdiyini açıqlayıb
  • Dün, 17:16
    Su basmış ərazilərdən 216 nəfər təxliyə edilib
  • Dün, 17:14
    Azərbaycanda bir gündə 17 nəfər saxlanıldı
  • Dün, 17:12
    İran ABŞ-ın kəşfiyyat təyyarəsinin zədələndiyini iddia edir
  • Dün, 17:09
    Mingəçevirdə avtomobil kanala düşüb, sürücü xəsarət alıb
  • Dün, 17:07
    Aeroport yolunda sürət həddi bərpa edilib
  • Dün, 17:04
    Aİ Qırmızı dənizdə gəmiçiliklə bağlı xəbərdarlıq edib
  • Dün, 17:02
    21 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
  • Dün, 17:01
    Maduro həbsxanadan ilk dəfə xalqa müraciət edib
  • Dün, 16:59
    Ceyhun Bayramov: Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır
  • Dün, 16:58
    İrəvanda kilsədə Nikol Paşinyanın iştirakı ilə insident baş verib
  • Dün, 16:57
    Hakan Fidan Pakistana səfər edib
  • Dün, 16:51
    Xalq artisti Rasim Balayev I Fəxri Xiyabanda dəfn ediləcək.
  • Dün, 16:49
    Xalq artisti Rasim Balayev vəfat edib
  • Dün, 14:25
    Netanyahudan Beynəlxalq Ədalət Məhkəməsinə sərt açıqlama
  • 28-03-2026, 17:02
    Bakı yenidən su altında qaldı
  • 28-03-2026, 17:00
    Zabratda leysan səbəbindən “BakuBus” suyun içində qalıb
  • 28-03-2026, 16:58
    Avropa Parlamenti miqrantların deportasiyasını sürətləndirən qanun qəbul edib
  • 26-03-2026, 17:44
    SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanının öldürüldüyü bildirilir
  • 26-03-2026, 12:37
    Orban Ukraynaya qaz tədarükünün dayandırılacağını açıqlayıb
  • 26-03-2026, 12:36
    Həbsdə olan Bəhruz Səmədov saxlanma şəraitindən narazıdır
  • 26-03-2026, 12:34
    İsrail vətəndaşlarına Azərbaycan və Gürcüstana səfərlə bağlı xəbərdarlıq edib
  • 26-03-2026, 12:32
    Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər
  • 26-03-2026, 12:29
    Gürcüstanda müxalifət partiyasının sədri 1 il 6 ay həbs cəzası alıb
  • 26-03-2026, 01:31
    Rusiya ordusu martın 24-nə keçən gecə Ukraynanın bir sıra bölgələrinə kütləvi hava zərbələri endirib.
  • 25-03-2026, 21:30
    Mirzoyan: Ermənistan və Azərbaycan arasında sülh öz etibarlılığını sübut edib
  • 25-03-2026, 21:28
    İran Trampın atəşkəs təklifini rədd edib
  • 25-03-2026, 12:02
    Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola salınıb
Daha çox
Çox oxunanlar
26-03-2026, 01:31
Rusiya ordusu martın 24-nə keçən gecə Ukraynanın bir sıra bölgələrinə kütləvi hava zərbələri endirib.
24-03-2026, 01:48
Saatlıda 50 yaşlı kişi qətlə yetirilib
24-03-2026, 13:09
Rusiya ordusu martın 24-nə keçən gecə Ukraynanın bir sıra bölgələrinə kütləvi hava zərbələri endirib.
26-03-2026, 12:36
Həbsdə olan Bəhruz Səmədov saxlanma şəraitindən narazıdır
24-03-2026, 14:13
Ağdaşda oğul anasını qətlə yetirib, cinayət işi başlanıb
25-03-2026, 11:59
Paşinyandan Köçəryana sərt cavab
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
Sosial
Nazim Bəydəmirli müalicə müəssisəsinə köçürülüb
ABŞ Sakit Okeandan Yaxın Şərqə 3,500 dəniz piyadası yerləşdirir
İran hərbi çağırış yaşını 12-yə endirdi
Məhəmməd Salah A Seriyasına qayıda bilər
21 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Zabratda leysan səbəbindən “BakuBus” suyun içində qalıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə