USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 84 yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Foto.info.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 825 min 821 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 219 nəfər müalicə olunaraq sağalıb, 10 min 2 nəfər vəfat edib. Aktiv xəstə sayı 600 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 506, bu günə qədər isə ümumilikdə 7 milyon 416 min 537 test icra olunub.