Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Son sutkada COVID-19 infeksiyasına yeni 14 yoluxma faktı qeydə alınıb

Son sutkada  COVID-19 infeksiyasına yeni 14 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 14 yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 349 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 506 nəfər müalicə olunaraq sağalıb, 9 min 705 nəfər vəfat edib. Aktiv xəstə sayı 138 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 776, bu günə qədər isə ümumilikdə 6 milyon 766 min 600 test icra olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ