Xaçmaz rayonunda 25 yaşlı kişi dəm qazından boğularaq ölüb. Hadisə rayonun Yenihəyat kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1998-ci il təvəllüdlü Əliyev Nurlan Həsrət oğlu yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.