USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

İctimai fəal Bəxtiyar Hacıyev şərlənməsinin xronologiyası

Gündəm / Sosial / Hadisə / Araşdırma

23-01-2023, 19:08

İctimai fəal Bəxtiyar Hacıyev şərlənməsinin xronologiyası

Qurama ittihamlar üzrə həbs edilən ictimai fəal Bəxtiyar Hacıyev şərlənməsinin xronologiyasını “Müdafiə Xətti”nə göndərib.

Olduğu kimi təqdim edirəm:

“Xronologiya

➢ 09.03.21 - Kibercinayət vasitəsilə mənim adımdan saxta yazışmalar yayıldı. DİN, BŞBPİ məsələni araşdıracağını bildirsə də, sonradan bunu etməkdən imtina etdi. Məhkəmə nəzarəti qaydasında şikayətimiz təmin edilmədi. Şikayət AİHM-nə göndərilib və icraata götürülüb.

➢ Bu məsələni araşdırmamasına görə DİN-i məhkəməyə verdiyim tarixlərdə, məhkəmə günü və saatında mənim adımdan ikinci saxta yazışma yayıldı. Bu zaman da kibercinayət yolu ilə yayılmış yazışmalar DİN tərəfindən araşdırılmadı.

➢ Bu müddət ərzində Whatsapp proqramı vasitəsilə anonim virtual ABŞ qeydiyyatlı nömrələrdən mənim mobil telefonuma təhdid zəngləri və mesajları gəlir, təhqir mesajları göndərilirdi. Mesajlarda DİN V.Eyvazovu tənqid etməməyim tələb olunurdu. DİN, BŞBPİ, BMCMİ-ə dəfələrlə etdiyim şikayətlər araşdırılmamış, həmin kibercinayətkarların aşkarlanmasının qeyri-mümkün olması bildirilmişdi. Sonradan yazdığım PHP kod vasitəsilə həmin şəxslərdən birinin İP ünvanını aşkarlamış və bu məlumatla DİN-ə müraciət etmişəm. BMCMİ bu şəxslə məni üzləşdirmiş, həmin şəxs sifariş əsasında, pul qarşılığında məni və yüzlərlə fəalları, siyasətçiləri hədəf aldıqlarını etiraf etmiş, minlərlə nömrədən mənə göndərdiyi SMS-lər telefonlarından aşkar edilmişdir. BMCMİ bu cinayətə görə cinayət işi açsa da (2021-ci ilin payızında) bu günə qədər “istintaq davam edir” bəhanəsi ilə heç kim məsuliyyətə cəlb edilməyib.

➢ Bu müddət ərzində Facebookda mənə qarşı saxta yazışmalar, saxta sitatlar paylaşmaqla məni mənəvi terrora, qaralama kampaniyasının və kütləvi təhqirlərin hədəfinə çevrilmiş “Humans of Azerbaijan” Facebook səhifəsi ilə bağlı DİN, BŞBPİ və BMCMİ-nə şikayətlərim araşdırılmadı, əksər müraciətlər cavabsız qaldı, nəhayət israrlı tələblərdən sonra bu kibercinayət yolu ilə əldə edilmiş səhifəni kimlərin idarə etməsinin aşkarlanmasının qeyri-mümkün olması barədə cavab verildi. Facebook ilə əlaqədən sonra sahiblərinə geri qaytarılan səhifənin tarixçəsindən göründü ki, bu səhifəni idarə edən profillər BMCMİ tərəfindən saxlanıldıqları zaman ələ keçirilmiş müxtəlif şəxslərin profilləridir və mənim nüfuzdan salınmağım üçün paylaşılan postların daha geniş auditoriyaya çatması üçün xeyli vəsait xərclənib.

➢ 2021-ciilin iyun ayında Ü.Alovlu ardıcıl olaraq mənə mesajlar yazaraq məni şantaj etməyə başladı. DİN-ə müraciətimə əvvəlcə BŞBPİ rəis müavini şifahi olaraq bunun hədə-qorxu ilə tələbetmə cinayəti olduğunu və tədbir götürüləcəyi barədə cavab versə də, 50 gün davam edən təhqiqatdan sonra “BŞBPİ 50 gün ərzində alovludan izahat ala bilmir, ona görə də cinayət işi başlaya bilmirik” dedi və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı mənə təqdim etdi.

➢ Bir müddət sonra alovlu valideynlərimin mobil telefonlarını əldə edərək onlarla danışığını onlardan xəbərsiz qeyd etmiş, sosial şəbəkələrdə paylaşaraq onları və məni təhqir etmişdir. BŞBPİ bu şikayətimə də aylar sonra “şəxsin telefon danışığının gizli yazılması və yayılmasında cinayət tərkibi yoxdur deyərək cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etdi.”


➢ Alovlunun təhqir və böhtan kampaniyasını davam etdirməsini görüb Yasamal R.M-ə xüsusi ittiham qaydasında şikayət etdim. Dəfələrlə məhkəmə müxtəlif bəhanələrlə şikayəti geri qaytarsa da, icraata götürdü. İclaslara gəlmədiyinə görə məcburi gətirilmə barədə qərarlar Yasamal RPİ tərəfindən icra edilməyib.

➢ Alovlunun iştirak etdiyi ilk iclasda iclas boyu məni təxribata çəkib (15.10.2021), mən təxribatdan yayınmaq üçün fasilə zamanı zaldan çıxarkən mənim və ailəmin ünvanına təhqir səsləndirdiyi üçün geri qayıdaraq əlimdə bükülü 3 A4 vərəqindən ibarət sənədləri masaya vuraraq zaldan çıxmışam. Bu zaman alovlu təxribatı davam etdirmək üçün var gücü ilə qarşısına qoyulmuş şüşə stəkanı, stasionar telefonu arxamca atmışdır.

➢ Bununla bağlı BŞBPİ rəis müavini V.Ələkbərova zəng edərək məhkəmə binasında bu əməllərdə cinayət tərkibi olub-olmamasını soruşmuş, onun təsdiqindən sonra bu hücumla bağlı DİN-102 xidmətə zəng edərək, şikayət ərizəsi yazmışam. Lakin məhkəmə binasından çıxdıqdan qısa müddət sonra təhlükəsizlik kamerasından naməlum şəxslərin çəkdikləri qısa, natamam video sosial şəbəkələrdə paylaşılaraq, ictimai rəydə hücumu mənim etməyim barədə yanlış rəy formalaşdırıldı. Cinayət işi dəfələrlə icraatı dayandırılaraq, təzələnərək davam etsə də, saxta ifadələr və saxta ekspert rəyləri ilə alovlu “zərəçəkən” kimi tanındı.

➢ Bu insidentin video görüntüsünün tam versiyasını tələb etsəm də, YRM-i bundan imtina etdi. Baxmayaraq ki, həmin görüntülər YRM-in inzibati binasındakı otaqlardan birindən qeyri-qanuni əldə edilərək, yarımçıq formada yayılmışdı. Məhkəmə-hüquq şurasına etdiyim şikayətlər təmin edilmədi. YRM-nin sədrini məhkəməyə vermək üçün onun qeydiyyatda olduğu rayonu müəyyənləşdirmək üçün etdiyim ardıcıl müraciətlərə DİN Baş Pasport və Qeydiyyat İdarəsi tərəfindən imtina cavabı verildi.

➢ Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti qarşısında qoyulmuş 29 sualın hər biri üzrə ekspertin “ü.alovlunun yazıları B.Hacıyevə aiddir və B.Hacıyevin şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan ifadələrdir” məzmunlu cavablar yazsa da, YRM-i 147 cə 148-ci maddələrlə verilmiş x.i.q-da şikayətimi təmin etmədi. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxladı. Qeyri-rəsmi şəkildə hər iki məhkəmə bu qərarı polis orqanlarının xahişi ilə qəbul etdiklərini bildirdilər.

➢ 09 mart 2022-ci il tarixində DİN qarşısında öz avtomobilimdə təkadamlıq aksiya keçirmək istəyəndə avtomobilimin şüşəsi sındırıldı, özümü yerə sıxaraq döydülər, qollarımı qandallayaraq BŞBPİ-ə apardılar və orada dizlərim üstə saatlarla saxlayaraq döyməyə davam etdilər. BŞBPİ-dən çıxdıqda bədənimdəki xəsarətlər media nümayəndələri tərəfindən çəkilsə də, Baş Prokurorluğa etdiyim şikayət BŞBPİ-ə göndərildi, orada isə cavabsız qaldı.

➢ Həmin tarixlərdə DİN Mətbuat Xidməti şahid kimi dindirildiyim cinayət işi barədə yerli KİV-lərə məlumat verərək, mənim barəmdə təqsirsizlik prezumpsiyasını pozaraq “xuliqanlıq törədib”, “cinayət törədib” və s. ifadələrdən istifadə etdi, məhkəmə binasından əldə edilmiş qanunsuz, yarımçıq videodan mənə qarşı təkrar istifadə etdi.

➢ Qısa müddət sonra həmin cinayət içinə xitam verildi.

➢ Aprel ayının sonunda “naməlum şəxslər” tərəfindən oğurlandım. DİN rəhbəri bu cinayətin arxasında DİN-in dayanmadığını, bu cinayətkarların qısa müddətdə tapılacağını desə də, BMCMİ -də istintaqa təqdim etdiyim faktlar araşdırılmadı, əksinə cinayətin bağlı qalması istiqamətində addımlar atıldı. Bu günə qədər həmin cinayət açılmayıb.

➢ DİN-in qanunsuz qərarları addımları barədə DİN yanında İctimai Şura ilə görüş keçirib ətraflı məlumat versəm də, İŞ sədri Ə.Nuriyev V.Eyvazovla görüçündən sonra mətbuata “B.Hacıyevin bütün şikayətləri araşdırılıb, cavablandırılıb” yalan açıqlamasını verdi.

➢ Bütün bu müddət ərzində Whatsapp kibercinayətkarları, “Humans of Azerbaijan” səhifəsi, ü.alovlu və f.muradov koordinasiyalı şəkildə mənim haqqımda şər və böhtan, təhqir kampaniyalarını davam etdirdilər. DİN, BŞBPİ, BMCMİ-ə dəfələrlə bu prosesi dayandırmağı təklif etsəm də, həmin şəxslərin DİN-ə aid olmadıqları bəhanəsilə bundan imtina etdilər. Şikayətlər cavabsız və nəticəsiz qaldı.

➢ 2022-ci ilin 22 avqust tarixində BMCMİ əməliyyatşıları tərəfindən yenidən oğurlandım. Bu dəfə Facebook vasitəsilə canlı yayım açdığım üçün məni BMCMİ-ə apardılar və fiziki, psixoloji təzyiq edərək DİN rəhbəri Eyvazov barədə yazdığım tənqidi postları sildirdilər.

➢ BMCMİ rəisi Ə.Rzayev ü.alovlunun bundan sonra mənimlə bağlı heç bir təhqir və böhtan məzmunlu postlar yazmayacağına, bunun baş verəcəyi təqdirdə onu və f.muradovu həbs etdirəcəyini bildirdi. Ancaq cəmi 2 gün sonra hər iki şəxs eyno əməlləri davam etdirdilər! BMCMİ rəisinə şəxsən təqdim etdiyim 2 ərizə nəticəsiz qaldı, Ə.Rzayev verdiyi sözdən cəmi 2 gün sonra verdiyi sözün əksinə addım atdı.

➢ f.muradovun Şuşaya qanunsuz səfər etdiyini deyən BŞBPİ rəis müavini V.Ələkbərov icazə portalında onun icazəsi olmadığını göstərsə də, DİN-in digər Baş İdarəsi BMCMİ rəisi Ə.Rzayev f.muradovun səfərinin Prezident Administrasiyasının məktubu əsasında, qanuni olmasını iddia etdi. Məktubun surəti mənə göstərilmədi, PA bu iddianı təkzib etdi və DİN-in PA adından yalan danışdığını bildirdi.

➢ 2 il ərzində çoxsaylı şikayətlərə, inzibati xətalar törətməklərinə baxmayaraq, konkret cinayət əməlləri törətdiklərini etiraf etmiş şəxslərin, o cümlədən f.muradov və ü.alovlunun həbs edilməməsi, onların DİN-i tənqid edən şəxsləri təhqir və böhtan kampaniyası hədəfinə almaqları həmin şəxslərin birbaşa DİN tərəfindən himayə edilməsini göstərir.

➢ Xalq artisti F.Kərimova xüsusi ittiham qaydasında ü.alovlunu Binəqədi R.M-ə şikayət etsə də, məhkəmə dəfələrlə alovlunun məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul etsə də, DİN müxtəlif bəhanələrlə bu qərarları icra etmir”.

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial / Hadisə

16-01-2023, 19:34

Bəxtiyar Hacıyevin anası 7 gündür ki, aclıq edən oğlu ilə görüşüb

Gündəm / Sosial / Hadisə

20-12-2022, 20:25

Xəzər rayon məhkəməsi Bəxtiyar Hacıyevlə bağlı "müdafiə komitəsinin" vəsadətinii təmin etmədi

Gündəm / Siyasət / Sosial / Müsahibə / Araşdırma

9-03-2022, 22:11

Siyasi və ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanıldı.

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

19-10-2021, 00:47

Ictimai-siyasi fəal Bəxtiyar Hacıyev özünü PA qarşısında yandırmağa cəhd etdi

Son xəbərlər
  • Bugün, 01:54
    Rusiya Müdafiə Nazirliyi Qərbi “böyük müharibəyə hazırlaşmaqda” ittiham etdi
  • Bugün, 01:07
    Almaniyada AfD ətrafında mübahisələr yenidən gücləndi
  • Bugün, 01:05
    SBU Rusiyada neft stansiyasına zərbə endirdiyini açıqladı
  • Bugün, 01:01
    Rusiya Belarusdan aviasiya yanacağı idxalını kəskin artırdı
  • Bugün, 00:59
    Baltik ölkələri Aİ-ni Rusiya neftinə qadağanı sürətləndirməyə çağırdı
  • Bugün, 00:55
    Vucic istefa verəcəyini açıqladı
  • Bugün, 00:47
    Polşa və Ukrayna arasında yeni gərginlik
  • Bugün, 00:42
    Usik bütün çempionluq kəmərlərindən imtina etdi
  • Bugün, 00:39
    Ukraynada həlak olan rusiyalı hərbçilərin sayı açıqlandı
  • Bugün, 00:33
    Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
  • Dün, 21:01
    Ötən gün qanunsuz saxlanılan 2 avtomat aşkarlanıb
  • Dün, 13:36
    AŞPA-dan Azərbaycana sərt qətnamə: jurnalistlər, fəallar və siyasi məhbuslarla bağlı ciddi çağırışlar
  • Dün, 02:18
    “26 iyun — Azərbaycan Ordusunun şərəf və qürur günü”.
  • 26-06-2026, 23:54
    Vaşinqton və Tehran yeni danışıqlar masasına oturur
  • 26-06-2026, 23:53
    Lukaşenkodan Moskvaya gözlənilməz səfər
  • 26-06-2026, 23:51
    Gürcüstan parlamentində gərginlik yumruq davasına çevrildi
  • 26-06-2026, 23:48
    Rusiya miqrantlar üçün dövlət rüsumlarını kəskin artırır
  • 26-06-2026, 19:45
    AŞPA-da Bakı tək qalmışdı, Ankara isə susmuşdu
  • 26-06-2026, 02:30
    Möhtəşəm aksiya: 7 min türk Strasburqdan dünyaya səsləndi: “Hər kəs üçün ədalət”
  • 26-06-2026, 01:01
    Europe's Unanswered Question: Who Will Make Turkey Obey Its Human Rights Obligations?
  • 25-06-2026, 20:03
    Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?
  • 25-06-2026, 18:02
    Müdafiə Nazirliyinin hərbçiləri təltif olunub
  • 25-06-2026, 18:00
    Lukaşenko Zelenskinin nümayəndələri ilə görüşdüyünü açıqladı
  • 25-06-2026, 17:54
    AŞPA Gürcüstanın Avropa Şurası standartlarına sadiqliyini sual altına aldı
  • 25-06-2026, 17:44
    “AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
  • 25-06-2026, 13:44
    AŞPA Azərbaycanda tənqidi səslərin susdurulmasını pisləyib
  • 24-06-2026, 12:03
    “AŞPA: Serbiyada demokratiya və ictimai azadlıqlarla bağlı ciddi narahatlıqlar var”.
  • 23-06-2026, 21:52
    Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək
  • 23-06-2026, 18:15
    Christophe Lacroix: “Azərbaycanda artıq totalitar dövlət modelindən söhbət gedir”
  • 23-06-2026, 16:43
    Avropa Şurası Konqresi Gürcüstanda yerli özünüidarəetmə ilə bağlı vəziyyəti araşdıracaq
  • 23-06-2026, 16:41
    Avropa Şurası Konqresi Gürcüstanda yerli özünüidarəetmə ilə bağlı vəziyyəti qiymətləndirəcək
  • 23-06-2026, 16:05
    Tanja Gonggrijp Avropa Şurasının Baş katibinin müavini seçildi
  • 22-06-2026, 19:00
    İran Prezidenti Pakistana səfər edəcək
  • 22-06-2026, 18:57
    Nazir repetitorluğun qadağan olunması məsələsinə münasibət bildirdi
  • 22-06-2026, 18:54
    “Dostluq” tankeri Azərbaycan-Türkmənistan münasibətlərinin yeni rəmzi oldu
Daha çox
Çox oxunanlar
26-06-2026, 01:01
Europe's Unanswered Question: Who Will Make Turkey Obey Its Human Rights Obligations?
26-06-2026, 02:30
Möhtəşəm aksiya: 7 min türk Strasburqdan dünyaya səsləndi: “Hər kəs üçün ədalət”
25-06-2026, 20:03
Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?
22-06-2026, 01:56
Tramp və Meloni arasında gərginlik: Sorğular İtaliya baş nazirinin mövqeyini gücləndirir
21-06-2026, 13:35
AŞPA-dan Azərbaycanla bağlı sərt hesabat: “Tənqidi səslər sistemli şəkildə susdurulur”
22-06-2026, 14:44
AŞPA-da dənizdə xilasetmə əməliyyatlarına həsr olunmuş fotosərgi təşkil olunub - Foto reportaj
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək
Nazir repetitorluğun qadağan olunması məsələsinə münasibət bildirdi
AŞPA-da dənizdə xilasetmə əməliyyatlarına həsr olunmuş fotosərgi təşkil olunub - Foto reportaj
Trampdan Meloni ilə bağlı yeni açıqlama
Rusiya Xarkova KAB bombaları ilə zərbə endirib: ölən və yaralananlar var

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə