USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

2023-cü il siyasi məhbus ili kimi yadda qaldı

Gündəm / Araşdırma

30-12-2023, 12:48

2023-cü il siyasi məhbus ili kimi yadda qaldı
Ölkə tarixinin daha bir utanc ilini arxada qoyur. 2023-cü il son saatlarını yaşayır. Bir neçə saatdan sonra 2024-cü il gələcək, yeni təqvim ili başlayacaq. 2023-cü il tarixə qovuşur. Çətin il, ağır il oldu 2023. Bir tərəfdən ölkənin ərazi bütövlüyü, suverenliyi təmin olundu. Digər tərəfədən işğaıçılara qarşı silkələnən dəmir yumruğ Azərbaycan xalqına qarşı çevrildi. Ölkədə çoxlu günahsız adamlar tutuldu. Son döyüşlərdə igid oğullarımız şəhid oldu. İlin əvvəlində qardaş Türkiyə ağır təbii fəlakət yaşadı.

2023-də Kamil Vəli Nərimanoğlu, Arif Acaloğlu kimi ziyalılarımızı, Babək Həsənli kimi qazimizi itirdik. Əlayif bəy kimi peşəsinə hörmətlə yanaşan bir hüquqşünası itirdik. Neçə-neçə qazi ehtiyac ucbatından intihar etdi.

Əslində 2023-cü il hakimiyyətin elan etdiyi Heydər Əliyev ili kimi yox, siyasi məhbuslar ili kimi tarixin yaddaşına düşdü. 2023 başlayanda 100 nəfər ətrafında olan siyasi məhbuslar ilin sonuna doğru 256 nəfər çatdı. Hamısı da günahsız, qurama ittihamlarla tutulan şərəfli insanlar. İki gün əvvəl işgəncə hesabına üzərinə ölüm işi qoyulmuş, 11 il cəza verilmiş, onun 4 ilini zindanda yatmış Polad İsmayılov bəraət aldı. Günahsız adamın üzərinə ölüm işi qoyulub. Polis, prokurorluq, məhkəmə, müstəntiq, dövlət işçisi əlbir olub günahsız adamın üzərinə ölüm işi qoyublar, ölənin qanın batırıblar. Bu qədər hüquq orqanlarından bir qanunsuzıuğun qabağını almayıb.

2023-cü ildə Tofiq Yaqublu həbsdən azad edildi və yenidən həbsə düşüdü, Bütün dünyada öz dələduzluğu ilə ad çıxarmış bir rejim ölkənin ən dürüst insanı olan Tofiq Yaqublunu dələduzluq ittihamı ilə həbs etdi. Dünyanın ən tanınmış iqtisadçı alimi, LSE-nin dəvətli professoru, halal pul qazanmağın sirlərini dünyanın ən tanınmış universitetlərində tələbələrə öyrədən Qubad İbadoğlu saxta pul kəsmək ittihamı ilə həbs edildi. Qurama ittihamla saxlanılmış Bəxtiyar Hacıyev bütün ili həbsdə keçirdi. Söyüdlülərin haqqın müdafiə etdiyi üçün iqtisadçı doktor, iş adamı Nazim Bəydəmirli ekologiya məhbusu oldu. Ekologiya məhbusu olduğu üçün Bakı şəhərində torpaq sahəhəsini əlindən almağın, daha doğrusu bur addan başqa ada keçirməyin yollarını arayırlar. Cəbhənin məhbuslarının sayı 10 nəfərin üzərindədir. Elxan Əliyevi də elə torpaq alqı-satqısı adı ilə ssenariləşdirilmiş əməliyyatla tutublar. Azad olunmuş torpaqlarda infrastruktur layihələrdə natəmiz əməlləri ifşa etdiklərinə görə Abzas Mediadan Üvli Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı, Nərgiz Absalamov, Məhəmməd Kekalov, Xalq Cəbhəsindən Əlzamin Salayev, müharibə iştirakçısı Niyaməddin Əhmədov, Elnur Həsənov, Pnhan Kərimli, Razi Alışov, Şahin Hacı, Mütəllim Oruc, Aqil Hümbətov, Elbəyi Kərimli, Kanal-13-dən Əziz Orucov, Rüfət Muradlı, Şamo Emin, jurnalist və ictimai fəallardan Əvəz Zeynallı, Rza Səfərsoy, Teymur Kərimov, Atilla xan, Möhyəddin Orucov, İlhamiz Quliyev, İşçi masasında Afiyəddin Məmmədov saxta, qurama, siyasi ittihamlarala həbsə alınıblar.

2023-cü il Azərbaycan dindarlarının kütləvi həbsi və təqibi ilə tarixin yaddaşına oturdu. Nə Allah lənət eləmiş Fironun dövründə kahinlər, nə Abbasi xəlifəsi Harun ər-Rəşidin dövründə alim və üləmalar, nə də Sovet Azərbaycanının KGB rəhbərləri Stepan Yemelyanov, Andrey Bluqa, Anatoli Quskov, Aleksandr Kardaşov, Semyon Sviqun, Heydər Əliyev dövründə Azərbaycan dindarları, islam üləmaları və ölkədə islam dini İlham Əliyevin dövründə olduğu kimi kütləvi təqiblərə məruz qalmamışdı, saxta ittihamlarla (daha çox narkotika ittihamı) həbs edilməmişdi. Dinsiz dövlət olan Sovet dövlətinin bütün tarixi ərzində bu qədər dindar və din xadimləri həbs edilməmişdi. Tale Bağırzadə, Abbas Hüseyn, Əhsən Nuruzadə, Ağaəli Yəhyayev, Nizami Əhmədov, Hacı Siyasət Bağırov və 150 yaxın ruhani, üləma, iman əhli saxta ittihamlarla zindana atılıblar. Hazırda ölkədə olan 256 siyasi məhbusun 150-yə yaxını dindar məhbuslardır. Hər dəfə İranla münasibətlərin gərginləşməsi Azərbaycan dindar vətəndaşlarının kütləvi təqibi və həbsi ilə nəticələnir. Bax, yola saldığımız 2023-cü il bu qədər doğru-dürüst, təmiz, vətənsevər, imanlı adamların həbsi ilə yadda qalır. Ölkə adına bu böyük utancdır. Yeni il axşamı olsa belə. Axı Qubad İbadoğlu kimi, Tofiq Yaqublu kimi, Ülvi Həsənli kimi, Sevinc Vaqifqızı kimi, Niyaməddin Əhmədov kimi bütün varlığı ilə vətənə xidmət edən adamları bu yeni il axşamı necə həbsdə saxlamaq olar.

Paylaş:
Digər xəbərlər

Sosial

27-11-2023, 11:50

Göygöldə vətəndaşlar qanunsuz saxladıqları silahları polisə təhvil verib

Sosial

18-11-2023, 18:31

Sabunçuda qanunsuz tikilən evlər sökülüb

Sosial

6-11-2023, 18:00

Bakıda qanunsuz tikililər sökülüb

Sosial / Hadisə

5-04-2023, 16:19

Bakıda dənizkənarı ərazidə qanunsuz tikili sökülür

Gündəm / Sosial / Hadisə

4-02-2023, 12:40

FHN qanunsuz tikinti işlərinin qarşısı alıb

Gündəm / Sosial / Hadisə

20-01-2023, 21:35

Polis Göygöldə qanunsuz ağac kəsən şəxs saxlayıb

Gündəm / Sosial / Hadisə

15-11-2022, 10:44

Ağcabədi polisi qanunsuz ov edən şəxsləri saxlayıb

Gündəm / Sosial / Hadisə

2-11-2022, 12:58

Şabranda qanunsuz ov edənlər saxlanılıb

Sosial

2-02-2022, 07:31

Qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələndi

Sosial

2-12-2021, 12:22

Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısı alındı

Sosial

29-10-2021, 13:12

FHN bu şəxslərə müraciət etdi

Sosial

8-06-2021, 11:08

Araz Musayevin qanunsuz tikintisi dayandırıldı - Rəsmi

Son xəbərlər
  • Dün, 20:47
    Filippində 9 gündür davam edən leysanlar fəlakətə çevrilib: 16 nəfər ölüb
  • Dün, 20:46
    Pezeşkian Xameneinin səhhəti ilə bağlı yayılan iddialara cavab verib
  • Dün, 20:44
    Tramp Əliyevdən İranla bağlı mövqeyini soruşub: “Təslim olacağını düşünmək real deyil”
  • Dün, 20:42
    Ukrayna dronları Rusiyanın ən böyük neft-kimya kompleksini vurub
  • Dün, 20:40
    Ərdoğana sui-qəsd cəhdi ilə bağlı 10 il axtarılan şəxs saxlanılıb
  • Dün, 20:38
    İstanbulda azərbaycanlı qadın evində ölü tapılıb
  • 9-08-2026, 19:31
    Estoniyadan geri çağırılan səfir sabiq BDU rektoru Abel Məhərrəmovun oğludur
  • 8-08-2026, 16:24
    Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
  • 8-08-2026, 16:21
    Paşinyan İlham Əliyevə zəng edib: Bakı və İrəvan sülh prosesini müzakirə edib
  • 6-08-2026, 17:50
    Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
  • 6-08-2026, 17:47
    Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
  • 4-08-2026, 22:23
    Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edilib, əmlakı müsadirə olunub
  • 2-08-2026, 12:27
    Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
  • 31-07-2026, 19:26
    Azərbaycanın qadın səfirlərinin sayı üç olub
  • 31-07-2026, 11:06
    Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
  • 31-07-2026, 11:03
    Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif olunub
  • 30-07-2026, 14:38
    Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
  • 30-07-2026, 14:35
    İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
  • 30-07-2026, 14:32
    “Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
  • 28-07-2026, 14:29
    “Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
  • 28-07-2026, 12:58
    Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
  • 28-07-2026, 12:55
    Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
  • 27-07-2026, 18:25
    “Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
  • 27-07-2026, 14:37
    Ağdamda açıq ərazilərdə baş verən yanğınlar söndürülüb
  • 27-07-2026, 14:34
    Marneulidə azərbaycanlı gənc silahlı hücuma məruz qalıb
  • 27-07-2026, 12:57
    Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
  • 27-07-2026, 12:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 27-07-2026, 12:53
    Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
  • 26-07-2026, 20:17
    “Zolotaya Korona” ilə Azərbaycana pul köçürmələri dayandırılıb
  • 26-07-2026, 20:16
    “Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
  • 26-07-2026, 20:14
    Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
  • 26-07-2026, 20:10
    Rusiyada miqrantların gəlirlərinə dair tələblər sərtləşdirilib
  • 26-07-2026, 20:07
    İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 26-07-2026, 20:05
    Göygöldə Yaylaq Festivalında çardaq aşıb, 8 nəfər yaralanıb
  • 26-07-2026, 19:59
    Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb
Daha çox
Çox oxunanlar
6-08-2026, 17:50
Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
6-08-2026, 17:47
Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
8-08-2026, 16:21
Paşinyan İlham Əliyevə zəng edib: Bakı və İrəvan sülh prosesini müzakirə edib
9-08-2026, 19:31
Estoniyadan geri çağırılan səfir sabiq BDU rektoru Abel Məhərrəmovun oğludur
8-08-2026, 16:24
Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
Dün, 20:38
İstanbulda azərbaycanlı qadın evində ölü tapılıb
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə