Siyasətçi Azər Qasımlının ölkədən çıxışına qadağa qoyulub.
Bu barədə siyasətçi özünün Facebook səhifəsində paylaşım edib.
Azər bəy Qasımlı deyir:
"Bu gün səhər Praqaya, oradan da Berlinə səfərim var idi. Pasport nəzarətində dedilər ki, Daxili İşlər Nazirliyi ölkədən çıxışıma qadağa qoyub. Formal səbəbini bilmirəm. Lakin hesab edirəm ki, bu qadağa siyasi qərardır və hakimiyyətin siyasətini tənqid etdiyimə görə mənə qarşı təzyiqdir. Bu qadağa qeyri-qanunidir və yalnız şərləmə əsasında qoyula bilər.
Məsələ ilə bağlı bir az əvvəl DİN-in Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyevlə danışmışam. Elşad Hacıyev səbəbini araşdıracağını deyib.
Hazırda Bakı Şəhər Baş Polis İdarəsinə gedirəm."
Qeyd edək ki Azər Qasımlı hakimiyyəti sərt tənqid edən siyasətçidir.