USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Jurnalist Fatimə Mövlamlının müraciəti yayılıb

Gündəm / Siyasət / Sosial / Araşdırma

28-02-2025, 21:21

Jurnalist Fatimə Mövlamlının müraciəti yayılıb
“İndi həbsxana kamerasında ürəyimi sakit eləyən təkcə bir şey var – daxili rahatlıq”

“Meydan TV” cinayət işi ilə əlaqədar bu gün saxlanılan jurnalist Fatimə Mövlamlının dostlarına, doğmalarına müraciəti yayılıb.

"Əgər bu yazını oxuyursunuzsa, deməli, mən həbs olunmuşam".

Fevralın 28-də həbs olunan müstəqil jurnalist Fatimə Mövlamlının yaxınları onun həbsindən əvvəl yazıb hazırladığı məktubu ictimailəşdiriblər.

Sosial şəbəkələrdə yayılan müraciəti təqdim edirik:

“Deyirdilər ki, dayan. Deyirdilər ki, eləmə, Fatimə. Həbs olunacaqsan. Bunu dostlarımın, əzizlərimin səmimi narahatlığı kimi qəbul edirdim. Onlara haqq verirdim.

Amma dayana bilmədim. Dayanmadım və bu yazını oxuyursunuzsa deməli dayanmamağımın əvəzini almışam – həbs olunmuşam. İndi mənə “dayan” deyən dostlarım da yəqin giley-güzar edirlər ki, bax, demişdik axı, sənə lazım idi bu? Lazım idi, əzizlərim. Vallah lazım idi.

Siz elə bilirsiniz ki, mənim bu dünyada ən yaxın kəsimin – anamın gözlərini nigaranlıqla yollara dikməsindən xoşbəxtəm?

Yaxud az qala öz uşağım kimi əzizlədiyim, nə qədər soyuqqanlı görünsə də, mediaya repressiyalar başlayan gündən tez-tez asta səs tonu ilə “sənə ilişməyəcəklər ki?”,- deyə soruşan kiçik bacımın indi özü kədər içində boğulduğu vaxt anamı təsəlli etməyə çalışması məni qəhərə qərq eləmir?

Bacımın qızı mən həbs olunmazdan qısa müddət əvvəl xala deməyi öyrənmişdi. O vaxta qədər “baya” deyirdi. İndi zehnimdə onun məni sonluqdakı “a” səsini uzada-uzada xala deyə səsləməsini təsəvvür etmədiyimi, onun üçün evim qədər darıxmadığımı, Zeynəbi öz doğma övladım yerinə qoymadığımı, nisgilini çəkmədiyimi hesab edirsiniz?

Elədirsə, yanılırsınız. Səhv bilirsiniz, əzizlərim.

Bəs niyə dayanmadım?

Səbəbi çox sadədir – daxili rahatlıq.

Mən daxili rahatlığı susmamaqda tapırdım.

Həmkarlarımın sırf dürüst jurnalistika ilə məşğul olduqları üçün həbs olunduqları günlərdə mən necə sakit otura bilərdim?

Ətrafım fiziki olaraq sakit olsaydı belə, daxilimdəki səsi necə boğa bilərdim?

Mənə müraciət edən şikayətçiyə “üzrlü sayın, mən sizin probleminizi işıqlandıra bilməyəcəyəm” cavabını necə verə bilərdim?

Bacarmazdım.

Ona görə davam elədim – xəbər yazdım, reportaj hazırladım.

Bu məni xoşbəxt edirdi. Mən daxili rahatlığı təslim olmamaqda tapırdım. Peşman deyiləm.

İndi ətrafımda cüssəli kişilər barmaqları ilə məni işarə edib “sən qaçaqmalçısan” deyirlər.

Mən isə sadəcə gülürəm. Özü də lap ürəkdən. Qəhqəhə çəkirəm e!

Mən onların cəminin həyatı boyu qazana bilməyəcəyi haqlılıq payına sahibəm.

Mən jurnalistəm. Cinayət məsuliyyətinə səbəb olacaq heç bir işin altında imzam olmayıb.

Bununla fəxr edirəm!

Qısası, əzizlərim, məndən nigaran qalmayın. Yaxşıyam. Çox yaxşıyam.

Ən əsası da haqlıyam və indi uzaq həbsxana kamerasında ürəyimi sakit eləyən təkcə bir şey var – daxili rahatlıq.

Sevgilərlə, Fatimə Mövlamlı.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Araşdırma

28-02-2025, 21:19

Daha bir jurnalist Fatimə Mövlamlı saxlanılıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

22-02-2025, 14:51

Daha bir jurnalist həbs olundu

Siyasət

19-02-2025, 17:23

Zelenski: “ Sülh üçün hər şeyi etməyə hazıram"

Sosial / Hadisə

17-09-2024, 14:14

İranda Azərbaycanlı qadın jurnalist polis bölməsində döyülüb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

11-09-2024, 19:06

Fazil Qasımovun qardaşı Nazim Qasımov vəkil Bəhruz Bayramovla birlikdə professor Qubad İbadoğlu ilə görüşüblər

Gündəm / Sosial / Hadisə / Araşdırma

17-06-2023, 21:07

DİN Fatimə Mövlamlının başına gələn hadisə ilə bağlı açıqlama yayıb

Gündəm / Sosial / Hadisə / Araşdırma

16-06-2023, 21:22

Ölkədə polis zorakılığı davam edir

Sosial / Hadisə

3-06-2023, 21:42

Sosial şəbəkələrdə özünü polis kimi təqdim edən şəxs həbs olundu

Gündəm

23-07-2020, 12:00

"KapitalBank" vətəndaşın puluna göz dikib? - GİLEY

Son xəbərlər
  • Dün, 21:30
    Azərbaycan 5 ölkə ilə vizasız gediş-gəliş barədə danışıqları davam etdirir
  • Dün, 19:29
    Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
  • Dün, 19:27
    Prezidentdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı sərəncam
  • Dün, 19:25
    MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb
  • Dün, 00:14
    Daxili qoşunların komandanının təyinatı Prezidentin səlahiyyətinə verildi
  • Dün, 00:09
    Mnatsakanyan ibtidai istintaqda verdiyi ifadələrdən imtina etdi
  • Dün, 00:06
    Həbsdə ölən sabiq icra başçısının oğluna yeni vəzifə verildi
  • Dün, 00:04
    Ramzan Kadırov Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
  • 25-12-2025, 23:59
    DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti uzadılıb
  • 25-12-2025, 16:09
    Bakıda “Land Rover” idarə edən narkokuryerdən 17 kiloqramdan çox marixuana götürülüb
  • 25-12-2025, 14:54
    Türkiyədə qəzaya uğrayan təyyarənin “qara qutuları” üçüncü ölkəyə göndəriləcək
  • 25-12-2025, 00:13
    Xaçmazda itkin düşən şəxsin qətlə yetirildiyi aşkarlanıb
  • 25-12-2025, 00:10
    AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
  • 25-12-2025, 00:09
    Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov həbs edilib
  • 24-12-2025, 22:24
    Yaponiya Suriyaya 53 milyon dollar maliyyə yardımı ayırıb
  • 24-12-2025, 22:21
    Daşkəsəndə qadın dərmandan zəhərlənib
  • 24-12-2025, 22:19
    Prezidentin ad günündən ailəvi foto paylaşılıb
  • 24-12-2025, 22:18
    Əlcəzair parlamenti Fransa müstəmləkəçiliyini cinayət kimi tanıyıb
  • 24-12-2025, 22:15
    Türkiyədə qəzaya uğrayan təyyarənin “qara qutuları” üçüncü ölkəyə göndəriləcək
  • 24-12-2025, 22:05
    Xankəndidə Zəfər parkının açılışı olub
  • 24-12-2025, 22:02
    Prezident İlham Əliyevin doğum günüdür
  • 24-12-2025, 13:30
    Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
  • 24-12-2025, 13:23
    Sadettin Saranla bağlı narkotik testi iddiası – rəsmi araşdırma davam edir
  • 24-12-2025, 13:03
    Gießendə avtomobil insanların üzərinə sürüldü – dörd nəfər yaralanıb
  • 24-12-2025, 12:52
    “Kreativ Media - Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırılıb
  • 23-12-2025, 16:51
    Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov həbs edilib
  • 23-12-2025, 16:48
    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol qəzasında həlak olub
  • 23-12-2025, 15:36
    Azərbaycanda sabiq vəzifəli şəxs həbsdə vəfat edib
  • 23-12-2025, 15:33
    Prezident İlham Əliyev Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsinin binasının açılışında iştirak edib
  • 23-12-2025, 15:29
    Məhkəmə Nərmin Quliyevanın qətli ilə bağlı kassasiya şikayətini təmin etmədi
  • 23-12-2025, 15:21
    Rusiya taxılı Azərbaycan üzərindən Ermənistana göndərilir
  • 23-12-2025, 15:20
    Podolyak vəzifəsindən azad edilib
  • 23-12-2025, 13:18
    AZAL təyyarə qəzası ilə bağlı istintaqın müddətinə aydınlıq gətirilib
  • 23-12-2025, 00:02
    Avropada yaşayan azərbaycanlı miqrant pulunu ala bilmədiyini iddia edir
  • 22-12-2025, 19:47
    Almaniyada yaşayan azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər
Daha çox
Çox oxunanlar
22-12-2025, 19:47
Almaniyada yaşayan azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər
23-12-2025, 00:02
Avropada yaşayan azərbaycanlı miqrant pulunu ala bilmədiyini iddia edir
23-12-2025, 16:51
Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov həbs edilib
20-12-2025, 15:44
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
24-12-2025, 13:03
Gießendə avtomobil insanların üzərinə sürüldü – dörd nəfər yaralanıb
22-12-2025, 15:18
Amnistiya aktının icrasına başlanılıb: minlərlə məhkum azadlığa buraxılacaq
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
22-12-2025, 19:47
Almaniyada yaşayan azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər
22-12-2025, 02:35
Ruslan İzzətlinin səhhəti ağırlaşıb – həyat yoldaşı həyati təhlükə olduğunu bildirir
19-12-2025, 16:51
Çatalca Geri Göndərmə Mərkəzində saxlanılan Gültəkin Hacıbəyli qərarı siyasi sifariş adlandırır
19-12-2025, 12:19
AXCP funksioneri Murad Sultanlı 30 sutka həbs olunub
19-12-2025, 12:12
“Azər Qasımlı işi”: Zərərçəkən hədə-qorxu iddiasına sübut təqdim edə bilmədi
17-12-2025, 23:37
Beynəlxalq təşkilatlar Bəhruz Səmədovun azad edilməsini tələb edib
Sosial
Xankəndidə Zəfər parkının açılışı olub
Sadettin Saranla bağlı narkotik testi iddiası – rəsmi araşdırma davam edir
Gießendə avtomobil insanların üzərinə sürüldü – dörd nəfər yaralanıb
“Kreativ Media - Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırılıb
Azərbaycanda sabiq vəzifəli şəxs həbsdə vəfat edib
Məhkəmə Nərmin Quliyevanın qətli ilə bağlı kassasiya şikayətini təmin etmədi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə