USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Toplum TV-nin qapısının möhürlənməsindən 1 il keçdi

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

7-03-2025, 11:58

Toplum TV-nin qapısının möhürlənməsindən 1 il keçdi
Bu gün Azərbaycan hökumətinin “Toplum TV işi” üzrə başlatdığı repressiyalardan 1 il keçir.

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması“nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.

İyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib, redaksiyanın və əməkdaşların bütün avadanlıqları müsadirə olunub.

“Toplum TV”nin əməkdaşları Fərid İsmayılova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri, 2025-ci il yanvarın 17-dən barəsində həbs qətimkan tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri) və İDİ-nin rəhbəri, həmçinin ResPlatformanın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

2024-cü ilin martın 8-də “III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunublar.

Toplum TV-nin qapısının möhürlənməsindən 1 il keçdi

2025-ci il yanvarında “Toplum TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (...xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1 (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Fevralın 5-də isə Toplum TV-də aparıcı və redaktor olmuş Şahnaz Bəylərqızı (Hüseynova) “Toplum TV işi”ndəki ittihamlar üzrə şübhəli şəxs qismində saxlanılıb.

Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

O, fevralın 26-da Xətai rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Bunlardan başqa, “Toplum TV işi” ResPlatformanın spikeri Akif Qurbanovun mülkiyyətində olmayan bir avtomobilin və ittihamın əhatə etdiyi dövrdən əvvəl tikilmiş evinin, qurucu heyət üzvü Ruslan İzzətlinin, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin, İDİ-nin əməkdaşı Əli Zeynalın şəxsi avtomobilləri üzərinə həbs qoyulub.

“Toplum TV işi“ üzrə barəsində cinayıət işi açılan şəxslər özləri təqsirli bilmirlər, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

“Toplum TV” ölkənin az sayda olan müstəqil media qurumlarından biridir.

2016-cı ildən etibarən fəaliyyət göstərən qurum, jurnalistika prinsiplərini rəhbər tutaraq ölkədə və dünyada baş verən hadisələr ilə bağlı vətəndaşları məlumatlandırmağı qarşısına əsas məqsəd qoyub.

Azərbaycanda 2023-cü ilin noyabrından başlayaraq mediaya qarşı təzyiqlər artıb, qruplar halında təxminən 30 jurnalist həbs olunub.

Təzyiqlərin artması Toplum TV-nin ölkədə fəaliyyət göstərməsini mümkünsüz etdiyindən, media qurumu fevral ayından sonrakı fəaliyyətini ölkə xaricində yaşayan jurnalistlər vasitəsilə həyata keçirməyə qərar verib.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Araşdırma

26-02-2025, 23:05

Jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxıldı

Gündəm / Siyasət / Hadisə / Araşdırma

17-01-2025, 18:31

“Toplum TV”nin başqa bir əməkdaşı Elmir Abbasov da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

7-08-2024, 10:25

Jurnalist Günel Manaflı BŞBPİ-ə şahid qismində çağrılaraq ifadə verib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

7-04-2024, 13:11

“Toplum TV” cinayət işi üzrə 9 nəfər həbs olunub

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

15-03-2024, 19:24

Məhkəmə Toplum TV-nin jurnalistlərini və Demokratik Təşəbbüslər İnstitutunun üzvlərini həbsdə saxladı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

14-03-2024, 18:09

“Toplum TV cinayət işi” Onlar jurnalist olduqları üçün həbs olunublar

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

9-03-2024, 13:22

Almaniya səfirliyi jurnalistlərin həbsindən narahatlığını ifadə edib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

9-03-2024, 08:24

"Toplum TV" işi üzrə 2 nəfər polis nəzarətində olmaqla 7 jurnalist həbs edilib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

8-03-2024, 23:01

Toplum TV-nin əməkdaşı İlkin Əmrahov barəsində də 4 aylıq müddətinə həbs qətimkan tədbiri seçilib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

8-03-2024, 22:13

Toplum TV-nin jurnalisti Müşfiq Cabbar həbs olundu

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

7-03-2024, 09:07

Toplum TV-nin ofisində saxlanılanlara qarşı qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

6-03-2024, 22:39

"Toplum TV" -nin 7 jurnalist əməkdaşı saxlanılıb

Son xəbərlər
  • Bugün, 16:51
    Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov həbs edilib
  • Bugün, 16:48
    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol qəzasında həlak olub
  • Bugün, 15:36
    Azərbaycanda sabiq vəzifəli şəxs həbsdə vəfat edib
  • Bugün, 15:33
    Prezident İlham Əliyev Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsinin binasının açılışında iştirak edib
  • Bugün, 15:29
    Məhkəmə Nərmin Quliyevanın qətli ilə bağlı kassasiya şikayətini təmin etmədi
  • Bugün, 15:21
    Rusiya taxılı Azərbaycan üzərindən Ermənistana göndərilir
  • Bugün, 15:20
    Podolyak vəzifəsindən azad edilib
  • Bugün, 13:18
    AZAL təyyarə qəzası ilə bağlı istintaqın müddətinə aydınlıq gətirilib
  • Bugün, 00:02
    Avropada yaşayan azərbaycanlı miqrant pulunu ala bilmədiyini iddia edir
  • Dün, 19:47
    Almaniyada yaşayan azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər
  • Dün, 16:50
    Podolyak vəzifəsindən azad edilib
  • Dün, 15:18
    Amnistiya aktının icrasına başlanılıb: minlərlə məhkum azadlığa buraxılacaq
  • Dün, 02:35
    Ruslan İzzətlinin səhhəti ağırlaşıb – həyat yoldaşı həyati təhlükə olduğunu bildirir
  • 20-12-2025, 15:44
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
  • 19-12-2025, 23:48
    Gültəkin Hacıbəyli saxlanıldığı mərkəzdən MİT rəhbəri İbrahim Kalına müraciət edib
  • 19-12-2025, 23:46
    Samirə Cavanşir qızı Məmmədova-Filologiya üzrə fəlsəfə doktoru, dosent SelEdu Academy-nin təsisçi-rəhbəri
  • 19-12-2025, 16:51
    Çatalca Geri Göndərmə Mərkəzində saxlanılan Gültəkin Hacıbəyli qərarı siyasi sifariş adlandırır
  • 19-12-2025, 16:45
    Hökməli və Qobu qəsəbələrində avtomobil yollarının əsaslı təmiri üçün vəsait ayrılıb
  • 19-12-2025, 16:42
    Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası çatıb
  • 19-12-2025, 16:40
    Arayik Harutyunyan: “Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir”
  • 19-12-2025, 16:37
    DİN-in xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası təsdiq edilib
  • 19-12-2025, 16:36
    Meyxanaçı Ağakərim vəfat edib
  • 19-12-2025, 12:23
    Paytaxtda pirotexniki vasitələr satılan anbar aşkarlandı
  • 19-12-2025, 12:21
    ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırdı
  • 19-12-2025, 12:19
    AXCP funksioneri Murad Sultanlı 30 sutka həbs olunub
  • 19-12-2025, 12:18
    Dekabrın 18-də 36 nəfər cinayətdə şübhəli bilinərək saxlanılıb
  • 19-12-2025, 12:14
    Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
  • 19-12-2025, 12:12
    “Azər Qasımlı işi”: Zərərçəkən hədə-qorxu iddiasına sübut təqdim edə bilmədi
  • 19-12-2025, 12:09
    Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınıb
  • 19-12-2025, 12:06
    Aİ Ukrayna məsələsinə görə Çexiya, Macarıstan və Slovakiyaya siyasi təzyiq göstərəcək
  • 19-12-2025, 12:04
    Milli Məclis Avropa Parlamenti ilə bağlı bəyanat qəbul edəcək
  • 19-12-2025, 12:02
    Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib
  • 19-12-2025, 12:00
    Bu il narkotiklə bağlı 7 441 cinayət faktı aşkarlanıb
  • 19-12-2025, 11:57
    Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
  • 19-12-2025, 11:55
    Astarada itkin düşən balıqçılardan birinin meyiti tapılıb
Daha çox
Çox oxunanlar
Dün, 19:47
Almaniyada yaşayan azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər
18-12-2025, 10:47
34 nəfər Almaniyadan Azərbaycana deportasiya olunub
18-12-2025, 10:42
Əli Kərimli həyat yoldaşı ilə təcridxanada görüşüb
17-12-2025, 23:23
İrandan Azərbaycana 24 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb
17-12-2025, 23:25
Yanacaqdoldurma və qaz təchizatı obyektlərinə lisenziya blanklarının formaları təsdiqləndi
18-12-2025, 10:50
Saxta sənədlərlə dələduzluq edən şəxs saxlanılıb
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
Dün, 19:47
Almaniyada yaşayan azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər
Dün, 02:35
Ruslan İzzətlinin səhhəti ağırlaşıb – həyat yoldaşı həyati təhlükə olduğunu bildirir
19-12-2025, 16:51
Çatalca Geri Göndərmə Mərkəzində saxlanılan Gültəkin Hacıbəyli qərarı siyasi sifariş adlandırır
19-12-2025, 12:19
AXCP funksioneri Murad Sultanlı 30 sutka həbs olunub
19-12-2025, 12:12
“Azər Qasımlı işi”: Zərərçəkən hədə-qorxu iddiasına sübut təqdim edə bilmədi
17-12-2025, 23:37
Beynəlxalq təşkilatlar Bəhruz Səmədovun azad edilməsini tələb edib
Sosial
Azərbaycanda sabiq vəzifəli şəxs həbsdə vəfat edib
Məhkəmə Nərmin Quliyevanın qətli ilə bağlı kassasiya şikayətini təmin etmədi
Rusiya taxılı Azərbaycan üzərindən Ermənistana göndərilir
Avropada yaşayan azərbaycanlı miqrant pulunu ala bilmədiyini iddia edir
Amnistiya aktının icrasına başlanılıb: minlərlə məhkum azadlığa buraxılacaq
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə