USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Həbsdə olan jurnalist Şəmşad Ağa haqqında yazılanlara münasibət bildirib

Gündəm / Siyasət / Araşdırma

10-03-2025, 18:29

Həbsdə olan jurnalist Şəmşad Ağa haqqında yazılanlara münasibət bildirib

“Həm “toplumçular”, həm “abzasçılar”, həm də “meydançılar” xalqın haqq səsidirlər, onlara dəstək olmaq vicdan məsələsidir”

Meydan TV ilə əməkdaşlıqda günahlandırılaraq, qaçaqmalçılıq ittihamı ilə həbs olunmuş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev (Ağa) hökumətyönlü mediada haqqında yazılan ittihamlara cavab verib. O, həbsdən yazdığı məktubunda hökumətyönlü mediada yazılanları “iftira” adlandırıb.

“Hökumətyönlü media yenə sicilləmə yazılarla istintaqın yalanlarını tirajlayıb. Hələ bir qədər irəli gedərək məni Meydan TV-nin yeni rəhbəri də qoyublar. Bu qədər absurd və gülünc iddialar yalnız Azərbaycanda uydurula bilər”.

Həbsdə olan jurnalist bildirib ki, “fakt kimi” ortaya qoyulan fotolar dəlil ola bilməz.

“3 il öncə xaricdə təlimdə olmuşam. Hökumət mediasının yaydığı və fakt kimi sırıdığı fotolar da həmin təlimdəndir. Həmin fotoların bəzilərini də öz sosial media hesabımdan da paylaşmışam. Bunlar sanki “Amerikanı yenidən kəşf ediblər””.

Jurnalist məktubunda yazır ki, azadlıqda olarkən həbs olunmuş həmkarlarına dəstək verməyi özünün vicdan məsələsi hesab edib.

“Meydan TV-nin əməkdaşları həbs edildikdən sonra onlara açıq dəstək vermişəm, hüquqlarını müdafiə etmişəm. Bu yazılar da rəhbəri olduğum “Arqument.az” saytında dərc olunub. Həm “toplumçular”, həm “abzasçılar”, həm də “meydançılar” bu ölkənin, xalqın haqq səsidirlər, onlara dəstək olmaq vicdan məsələsidir”.

Şəmşad Ağa məktubunda Meydan TV-nin rəhbəri təyin olunması ilə bağlı hökumətyönlü mediada yazılan məlumatları isə “gülünc” adlandırıb.

“Meydan TV-nin rəhbəri olmağım, ora işçilər cəlb etməyimlə bağlı iddialar gülüncdür. Meydan TV kimi həqiqəti yazan və yayan bir orqanın rəhbəri olmaq qürurverici olardı”.

Jurnalist yazıb ki, həbsdə olduğu müddətdə tanımadığı insanlardan Meydan TV-yə gördüyü münasibət onu sevindirib. O yazıb ki, “xalqa “milyonluq yalanlar” keçmir, o “ağı qaradan ayıra bilir””.

“Bu qədər günahsız insanı, qadın-kişi demədən şərləyib tutan ədalətsiz hakimiyyətə etiraz etmək, öz həmkarlarını dəstəkləmək, onların yarımçıq qalan işlərinə kömək etmək, hüquqlarını müdafiə etmək bir vicdan borcudur. Bunu etdiyimə görə qətiyyən peşman deyiləm”.

O, özünün və həmkarlarının həbsini siyasi qərar hesab etdiyini bildirib.

“Həbsimiz və bu sistematik repressiya dalğası siyasi qərardır. Heç bir yalan və manipulyasiya bu həbslərin siyasi motivini dəyişdirə bilməz”.

“İfadə azadlığı müqəddəsdir və qalib gələcək! Bütün günahsız dostlarıma və həmkarlarıma azadlıq tələb edirəm!”,- jurnalist məktubunun sonunda qeyd edib.

Jurnalist Şəmşad Ağayev (Ağa) fevralın 5-də “Meydan TV işi” ilə bağlı saxlanılıb. Ona qarşı “MeydanTV işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Fevralın 6-da onun barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı) “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Fatimə Mövlamlı da fevralın 28-də “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Xətai Rayon Məhkəməsi martın 1-də istintaq dövrü üçün jurnalistin 1 ay 9 gün müddətinə həbs olunması qərarını çıxarıb.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.

Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.

Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.

Beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırırlar.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

7-03-2025, 12:02

Məhkəmə Fatimə Mövlamlını həbsdə saxlayıb

Gündəm / Siyasət / Sosial / Araşdırma

28-02-2025, 21:19

Daha bir jurnalist Fatimə Mövlamlı saxlanılıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

12-02-2025, 20:14

Məhkəmə Ramin Dekonu yenə həbsdə saxladı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

5-02-2025, 11:34

Daha bir jurnalist saxlanıldı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

4-02-2025, 16:52

Məhkəmə yenə də Meydan TV-nin reportyorunu həbsdə saxladı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

9-05-2024, 19:16

Məhkəmə "Abzas Media" işi üzrə üç jurnalist müttəhimi yenə də həbsdə saxlayıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

25-01-2024, 23:21

Məhkəmə yenə də jurnalist Elnarə Qasımovanı həbsdə saxladı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

10-01-2024, 05:35

Jurnalist Hafiz Babalı hökumətyönlü KİV-lərdən onu nüfuzdan salan məlumatları təkzib etməyi tələb edir

Son xəbərlər
  • Bugün, 15:06
    Güzgü Qarşısındakı Tələ: SAĞLAM ARIQLAMAQ, YOXSA HƏYATI TƏHLÜKƏYƏ ATMAQ?
  • Dün, 19:06
    Fransa Moldovanın keçmiş baş nazirini beynəlxalq axtarışa verib
  • Dün, 19:04
    Bu telefonlarda “WhatsApp” dəstəyi dayandırılacaq – Siyahı
  • Dün, 18:18
    Polis qanunsuz saxlanılan odlu silah-sursat aşkarlayıb
  • Dün, 18:12
    Mateusz Kochalski “Qarabağ”da qalmaq qərarı verib
  • Dün, 13:37
    “Meclis.info işi” üzrə məhkəmə: 5 şahidin məcburi gətirilməsi qərara alınıb
  • Dün, 13:32
    Olimpiya çempionları şəhid övladları ilə görüşüblər
  • Dün, 13:29
    Rusiya daha bir generalını itirib
  • Dün, 03:56
    Xaricdə yaşayan blogerlərə qiyabi hökm oxunub
  • 26-12-2025, 21:30
    Azərbaycan 5 ölkə ilə vizasız gediş-gəliş barədə danışıqları davam etdirir
  • 26-12-2025, 19:29
    Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
  • 26-12-2025, 19:27
    Prezidentdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı sərəncam
  • 26-12-2025, 19:25
    MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb
  • 26-12-2025, 00:14
    Daxili qoşunların komandanının təyinatı Prezidentin səlahiyyətinə verildi
  • 26-12-2025, 00:09
    Mnatsakanyan ibtidai istintaqda verdiyi ifadələrdən imtina etdi
  • 26-12-2025, 00:06
    Həbsdə ölən sabiq icra başçısının oğluna yeni vəzifə verildi
  • 26-12-2025, 00:04
    Ramzan Kadırov Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
  • 25-12-2025, 23:59
    DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti uzadılıb
  • 25-12-2025, 16:09
    Bakıda “Land Rover” idarə edən narkokuryerdən 17 kiloqramdan çox marixuana götürülüb
  • 25-12-2025, 14:54
    Türkiyədə qəzaya uğrayan təyyarənin “qara qutuları” üçüncü ölkəyə göndəriləcək
  • 25-12-2025, 00:13
    Xaçmazda itkin düşən şəxsin qətlə yetirildiyi aşkarlanıb
  • 25-12-2025, 00:10
    AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
  • 25-12-2025, 00:09
    Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov həbs edilib
  • 24-12-2025, 22:24
    Yaponiya Suriyaya 53 milyon dollar maliyyə yardımı ayırıb
  • 24-12-2025, 22:21
    Daşkəsəndə qadın dərmandan zəhərlənib
  • 24-12-2025, 22:19
    Prezidentin ad günündən ailəvi foto paylaşılıb
  • 24-12-2025, 22:18
    Əlcəzair parlamenti Fransa müstəmləkəçiliyini cinayət kimi tanıyıb
  • 24-12-2025, 22:15
    Türkiyədə qəzaya uğrayan təyyarənin “qara qutuları” üçüncü ölkəyə göndəriləcək
  • 24-12-2025, 22:05
    Xankəndidə Zəfər parkının açılışı olub
  • 24-12-2025, 22:02
    Prezident İlham Əliyevin doğum günüdür
  • 24-12-2025, 13:30
    Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
  • 24-12-2025, 13:23
    Sadettin Saranla bağlı narkotik testi iddiası – rəsmi araşdırma davam edir
  • 24-12-2025, 13:03
    Gießendə avtomobil insanların üzərinə sürüldü – dörd nəfər yaralanıb
  • 24-12-2025, 12:52
    “Kreativ Media - Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırılıb
  • 23-12-2025, 16:51
    Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov həbs edilib
Daha çox
Çox oxunanlar
22-12-2025, 19:47
Almaniyada yaşayan azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər
23-12-2025, 00:02
Avropada yaşayan azərbaycanlı miqrant pulunu ala bilmədiyini iddia edir
23-12-2025, 16:51
Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov həbs edilib
24-12-2025, 13:03
Gießendə avtomobil insanların üzərinə sürüldü – dörd nəfər yaralanıb
22-12-2025, 15:18
Amnistiya aktının icrasına başlanılıb: minlərlə məhkum azadlığa buraxılacaq
22-12-2025, 02:35
Ruslan İzzətlinin səhhəti ağırlaşıb – həyat yoldaşı həyati təhlükə olduğunu bildirir
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
Dün, 13:37
“Meclis.info işi” üzrə məhkəmə: 5 şahidin məcburi gətirilməsi qərara alınıb
22-12-2025, 19:47
Almaniyada yaşayan azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər
22-12-2025, 02:35
Ruslan İzzətlinin səhhəti ağırlaşıb – həyat yoldaşı həyati təhlükə olduğunu bildirir
19-12-2025, 16:51
Çatalca Geri Göndərmə Mərkəzində saxlanılan Gültəkin Hacıbəyli qərarı siyasi sifariş adlandırır
19-12-2025, 12:19
AXCP funksioneri Murad Sultanlı 30 sutka həbs olunub
19-12-2025, 12:12
“Azər Qasımlı işi”: Zərərçəkən hədə-qorxu iddiasına sübut təqdim edə bilmədi
Sosial
Güzgü Qarşısındakı Tələ: SAĞLAM ARIQLAMAQ, YOXSA HƏYATI TƏHLÜKƏYƏ ATMAQ?
Bu telefonlarda “WhatsApp” dəstəyi dayandırılacaq – Siyahı
Olimpiya çempionları şəhid övladları ilə görüşüblər
Xaricdə yaşayan blogerlərə qiyabi hökm oxunub
Xankəndidə Zəfər parkının açılışı olub
Sadettin Saranla bağlı narkotik testi iddiası – rəsmi araşdırma davam edir

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə