USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah və sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
DİN-dən verilən məlumata görə, dekabrın 26-da polis əməkdaşları paytaxt və respublikanın müxtəlif rayonlarında keçirilən tədbirlər zamanı 2 avtomat silahı, 1 tapança, 4 tüfəng və 25 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Faktlarla bağlı müvafiq araşdırmalar aparılır.