USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2002 nəfər müalicə olunaraq sağalıb, 2457 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 289 min 601 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 253 min 762 nəfər müalicə olunaraq sağalıb, 3978 nəfər vəfat edib. Aktiv xəstə sayı 31861 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 40 min 386 test aparılıb. Bugünkü test sayı isə 14254-dür.