USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Kürdəxanı qəsəbəsi ərazisində, Məhəmmədli dairəsi yaxınlığında qeydə alınıb. 1987-ci il təvəllüdlü Toğrul Süleymanovun idarə etdiyi “Mercedes Vito” markalı avtomobil hərəkətdə olarkən sərxoş vəziyyətdə asfalt örtüyü üzərində uzanmış 2003-cü il təvəllüdlü Kənan Əmirovu vurub.
Ağır xəsarətlər alan K.Əmirov dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.