USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, iyunun 6–7-də ölkə üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra cinayətlərin açılması təmin edilib.
Məlumata görə, həmin günlərdə əvvəlki dövrlərdən bağlı qalan 7 cinayət də daxil olmaqla ümumilikdə 92 hadisənin üstü açılıb. Axtarışda olan 77 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, narkotiklərlə bağlı 32 fakt, qanunsuz silah-sursatın aşkarlanması üzrə isə 7 hal müəyyən edilib.
Ümumilikdə cinayət törətməkdə şübhəli bilinən 91 nəfər saxlanılıb