
Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Belə ki, 1974-cü il təvəllüdlü Əliyev Ceyhun Sabir oğlu yaşadığı Yeni Suraxanı qəsəbəsində naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hüquq mühafizə orqanları araşdırma aparır.