USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Yanvarın 23-dən bəri Çin rəhbərliyi Pekin Olimpiadasına gələn insanlar arasında 300-ə yaxın koronavirusa yoluxma faktı qeydə alıb.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sessiyası zamanı Pekin 2022-nin Təşkilat Komitəsinin tibbi ekspert qrupunun sədri Brayan Makkloski məlumat verib.
Aşkar edilmiş yoluxma hallarının dəqiq sayı 287-dir. Fevralın 2-də 55 yoluxma faktı aşkarlanıb: 29-u hava limanında, 26-sı Oyunların bütün iştirakçılarının yaşadığı ərazidə.
Qeyd edək ki, Olimpiya Oyunlarının açılışı fevralın 4-də olacaq.