USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

“Əbülfəs Qarayevi 5 il həbs gözləyir” – hüquqşünas nazirin əməllərinə qiymət verdi

Mədəniyyət

11-05-2020, 16:35

“Əbülfəs Qarayevi 5 il həbs gözləyir” – hüquqşünas nazirin əməllərinə qiymət verdiBu günlərdə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdi. Əməliyyat zamanı nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanıldılar. Tutulanlar “otkat” almaqda, büdcə vəsaitlərini mənimsəməkdə, talamaqda ittiham olunurlar. İlkin məlumatlara görə, Zakir Sultanov bir sıra tikinti sifarişlərini yaxın adamlarına tapşıraraq onlardan “şapka” alıb. Hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Maraqlıdır ki, həbslərdən sonra mədəniyyət naziri özünü heç nə baş verməmiş kimi aparır. Cəmiyyətin ən azı Əbülfəs Qarayevin istefasını gözlədiyi bir vaxtda, o, heç nə olmamış kimi davranır.

Onun rəhbərlik etdiyi sahədə baş verən büdcə talançılığı istintaqsız da bəllidir. Belə bir vəziyyətdə nazirin inadkarlığı anlaşılmır.

Tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a bildirib ki, Əbülfəs Qarayev istənilən halda istintaqa cəlb olunmalıdır: “Sən bu sahəyə rəhbərlik edirsənsə, işçilərin burada min oyundan çıxıb dövlət büdcəsindən – yəni xalqın cibindən ayrılan pulları oğurlayıbsa, talayıbsa, sənin günahın göz qabağındadır. Sənin də bu cinayətlərdən xəbərin yoxdursa, onda kabinetinin qapılarını bağla və çıx get! Çünki idarə edə bilmirsən! Əbülfəs Qarayevin siyasi məsuliyyəti var. O vaxt Cahangir Hacıyevin rəhbərlik etdiyi Beynəlxalq Bankdan milyardlar oğurlananda məlum olmuşdu ki, arxasında Eldar Mahmudov dayanır. Bəs Əbülfəs Qarayevin tutulan müavininin, işçilərinin arxasında kim dayanıb? Bu adamlar kimdir ki, dövlət büdcəsindən bu sahəyə ayrılan pulları mənimsəsinlər? O sahəni 26 ildir ki, Əbülfəs Qarayevə tapşırıblar, o rəhbərlik edib. Xüsusən də pul məsələləri də onun kurasiyasında olub. Bəli, işçilərindən kimsə gedib onu aldada da bilər. Amma pul xərcləyəndə oğurluqları görməyə bilməzsən, deyə bilməzsən ki, pulla bağlı sənədləri imzalamışam, əslində isə pulun hara xərcləndiyindən, oğurlandığından xəbərim yoxdur. Pul xərcləmə məsələsi nazirliklərdə nazirin imzası ilə gerçəkləşir. Bunu bilməyən var? Ola bilsin, bəzi xırda məsələlər digər şəxslərə tapşırılsın, amma tam olaraq məsuliyyət nazirin üzərindədir. Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva pulların mənbəyi ilə bağlı suallara cavab olaraq deyirdi ki, mən bankir deyiləm ki, bundan xəbərim olsun, ərim verib, mən də xərcləmişəm. Mədəniyyət Nazirliyində isə belə söhbətlər keçərli deyil. Bu tamam başqa söhbətdir. Nazirin baş verənlərdən xəbərsiz olmasını düşünmək üçün sadəlöhv olmaq gərəkdir”.
Əkrəm Həsənov deyir ki, Ə.Qarayev istintaqa cəlb olunsa, onu 5 ilə qədər həbs gözləyir: “Dövlət büdcəsindən konkret sahəyə ayrılan pulların idarə edilməsinə, təyinatı üzrə xərclənməsinə nəzarət etməli şəxs həmin sahəyə rəhbərlik edəndir. Bu halda isə nazir Əbülfəs Qarayevdir. Əbülfəs Qarayev ən azı Cinayət Məcəlləsinin 314-cü – səhlənkarlıq maddəsi ilə istintaqa cəlb olunmalıdır. Bu maddədə səhlənkarlıq – işə vicdansız yanaşma, laqeyd münasibət nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi fiziki və hüquq şəxslərin qanuni mənafelərinə və ya dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə xüsusilə ağır nəticələrə səbəb olduqda 5 ilə qədər həbs gözləyir. Hətta sübut olunsa ki, Əbülfəs Qarayevin xəbəri yoxdur, bu halda 5 il həbsə getməlidir. Mədəniyyət Nazirliyinin Əsasnaməsinin 5.6 maddəsinin 2-ci bəndinə görə nazir müavinləri arasında vəzifə bölgüsü aparır;

Həmin maddənin 13-cü bəndinə görə
- dövlət büdcəsindən ayrılmış vəsaiti təyinatı üzrə xərclənməsini təmin edir.

Göründüyü kimi, əsasnaməyə görə vəzifə bölgüsünü nazir olaraq Əbülfəs Qarayev aparıb və pulların xərclənməsinə nəzarət də onun vəzifəsidir. Əbülfəs Qarayev deyə bilməz ki, mən büdcə pullarının oğurlanmasından xəbərsiz olmuşam”.

Əkrəm Həsənov deyir ki, İcra Hakimiyyətlərindən sonra həbslərin nazirliklərə keçməsinə, prosesin Mədəniyyət Nazirliyindən başlanmasına təəccüb etməyib: “Mən həbslərin Mədəniyyət Nazirliyindən başlamasına təəccüb etmədim. Əvvəlki açıqlamalarımda da qeyd etmişdim ki, icra hakimiyyətlərində başlanan həbslər tədricən yuxarılara keçəcək. Yerli icra hakimiyyətlərindən sonra nazirliklərin ən zəifindən başlamaqla əməliyyatların keçiriləcəyi, həbslərin gerçəkləşəcəyi, hətta ən gözləmədiyimiz, az qala vəzifədə daşlaşmış məmurların belə istintaqa çəkiləcəyi ehtimalı böyükdür. Aydındır ki, Mədəniyyət Nazirliyində mənimsəmə, israf digərilərinə nisbətdə çox ola bilməz. Bu ona görə deyil ki, oradakı məmurlar daha təmizdirlər, nazirliyin adına uyğundurlar, mədənidirlər. Yox, belə deyil, sadəcə ora dövlət büdcəsindən ayrılan pul o qədər deyil. İşçi sayı isə çoxdur. Mədəniyyət Nazirliyidir, Təhsil Nazirliyidir, bu nazirliklərdə işçilərin sayı çoxdur. Ayrılan pulları istəməsələr belə işçilərə vermək məcburiyyətindədirlər, hamısını yeyə bilmirlər. Söhbət ondan gedir ki, Azərbaycanda məmurlar dövlət büdcəsindən ayrılan pulların talan edilməsinə öyrəşiblər və bunun sonu olmayacağını düşünürlər. Artıq bu istiqamətdə kövrək də olsa, addımlar atılır. Prosesin sona qədər aparılması dövlətin güclənməsinə, dövlətin dirçəlməsinə yaxşı zəmin yaradar. Bu proses dayanmamalıdır”.
Musavat.com

Paylaş:
Digər xəbərlər

Siyasət

11-05-2020, 17:30

“MƏDƏNI” XƏYANƏT... - Və idarəçilik sistemindəki “minalanmış sahə”

Müsahibə

11-05-2020, 17:12

Bu, nazirin məsuliyyətidir - MN-də DTX əməliyyatı

Mədəniyyət

11-05-2020, 13:59

TANIŞ OLUN: Ölkənin ən “məsum” naziri... - Nazirliyin büdcəsini “muşketyorlar” mənimsəyib

Gündəm

11-05-2020, 10:00

DÖVLƏTDƏN OĞURLANAN PULLARI BU CÜR HAVAYA SOVURAN YÜKSƏK ÇİNLİ MƏMURLAR HƏR CÜR CƏZAYA LAYİQDİRLƏR

Gündəm / Siyasət

8-05-2020, 15:50

DTX əməliyyat apararkən nazir də orada olub - YENİLƏNİB + FOTO

Siyasət

1-05-2020, 13:30

DTX-nin həbs etdiyi sabiq icra başçısı bu ittihamlarla tutulub

Bölgə

30-04-2020, 12:11

İsmayıllı şəhər icra nümayəndəsinin barəsində həbs qətimkan tədbiri seçilib

Sosial

11-03-2020, 12:51

Həbs olunan gömrükçülərə 4 aylıq İLKİN CƏZA - TƏFƏRRÜAT

Araşdırma

3-03-2020, 11:46

Əbülfəs Qarayev ata yurduna da biganədir — Fatmayıda tarixi abidələr məhv olur (VİDEO/FOTOLAR)

Son xəbərlər
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
Daha çox
Çox oxunanlar
21-09-2026, 19:55
Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
25-09-2026, 19:43
“AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə