USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu haqda Nazirlər Kabinetinin yanında operativ qərargahdan Trend-ə daxil olan məlumatda bildirilib. Bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib.
Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir. Onların səhhəti ciddi nəzarət altında saxlanılır.