USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə hazırlaşır.
Bu barədə yerli "İltalehti" qəzeti yazır.
Qeyd olunur ki, üzvlük üçün müraciət aprelin sonunda alyansa təqdim oluna bilər. NATO-ya daxil olmaq niyyəti prezident Sauli Niinistö və baş nazir Sanna Marinin sədrliyi ilə Xarici İşlər və Təhlükəsizlik Siyasəti Nazirləri Komitəsinin (TP-Utva) parlament müzakirələri zamanı elan ediləcək.
Finlandiyanın NATO-ya daxil olması bütün üzv dövlətlər tərəfindən təsdiqlənməlidir. Onlar razılıq verdikdən sonra NATO-nun baş katibi namizəd ölkəni NATO-ya üzv olmağa dəvət edir.