USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Minsk Qrupunun vasitəçilik institutu tamamilə iflasa uğradı"

Siyasət

22-04-2022, 02:48

"Minsk Qrupunun vasitəçilik institutu tamamilə iflasa uğradı"ATƏT-in Minsk Qrupununun de-fakto fəaliyyətini (daha doğrusu, olmayan “fəaliyyət”ini) dayandırması gözlənilən idi. Odur ki, 30 ilə yaxın nəticəsiz fəaliyyəti və ermənipərəst mövqeyi ilə özünü proseslərdən kənarlaşdırmış bir qrupun indi tarixin arxivinə köçməsinə sensasiyalı hadisə kimi baxmamalıyıq. Tarixi ədalət gec də olsa öz yerini tapır. Minsk Qrupunun 44 günlük müharibədən sonra prosesdən tamamilə kənarlaşması ya bu qrupun buraxılmasıyla nəticələnməli, yadaki bu qrupda transformasiya baş verməli, prosesdə iştirakı davam etdirmək üçün yeni format təklif edilməli, yeni yanaşma ortaya çıxmalıydı.

Rusiyanın Ukraynada törətdiyi vəhşiliklərdən sonra ABŞ və Fransanın Rusiya ilə birgə Minsk Qrupunda təmsil olunmaqdan imtina etməsi bu qrupun tarixə çevrilməsinə son nöqtəni qoydu. Bunun ardınca Kreml Azərbaycan və Ermənistanla danışıqlar aparmaq üçün İqor Xovayevi xüsusi nümayəndə təyin etdi. Rusiyanın bu addımı ABŞ-ı da dərhal hərəkətə keçməyə sövq etdi. Belə ki, Birləşmiş Ştatlar da Minsk Qrupunda fəaliyyətini dayandıraraq, bu qrupdakı amerikalı həmsədr Endru Şoferi Qafqazda danışıqlar üzrə baş müşavir təyin etdi. Bu təyinatların mürəkkəbi qurumamış, Endryü Şofer və İqor Xovayevin Cənubi Qafqaza səfərləri başladı. ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer bu həftə regiona səfəri çərçivəsində Ermənistanda olub.

Maraqlıdır ki, Ermənistan mətbuatı E.Şoferi erməni ictimaiyyətinə köhnə qayda ilə həmsədr kimi təqdim etməyə çalışsa da, lakin ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu Tvitterdə onu Qafqazda danışıqlar üzrə baş müşavir kimi təqdim edərək Ermənistan KİV-nin həqiqəti təhrif etməsinə imkan vermədi. Beləliklə, ATƏT-in Minsk Qrupunun taleyinə də son nöqtə qoyulmuş oldu. Həmsədrlərin xüsusi nümayəndələrlə əvəzlənməsi labüd idi və bununla da tərəflər həmsədrlik formatından birdəfəlik imtina etdilər. Minsk Qrupunun vasitəçilik institutu tamamilə iflasa uğradı .

İndi bu qrupun mövcudluğuna nə vaxt de-yure son qoyulacağı Azərbaycan üçün elə də prinsipial əhəmiyyət kəsb eləmir. Əsas odur ki, Azərbaycan öz cari hədəflərindən birinə nail oldu, Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunu yenidən prosesə cəlb etmək niyyətlərinin üzərindən həmişəlik xətt çəkdi. Artıq beynəlxalq qurumların, eləcə də Moskvanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində təşkil etdiyi görüşlərdə ATƏT-in Minsk Qrupunun adı qətiyyən çəkilmir. Bu isə heç şübhəsiz ki, birmənalı olaraq Azərbaycanın diplomatik-siyasi uğuru kimi qiymətləndirilməlidir.

İndi Minsk Qrupunun həmsədrlərini prosesdə xüsusi nümayəndələr əvəz edir. Hazırda ABŞ-dan və Rusiyadan olan xüsusi nümayəndələrin Bakıya ayrı-ayrılıqda səfərləri gözlənilir. Maraqlıdır ki, ABŞ öz xüsusi nümayəndəsi vasitəsilə Ermənistan-Azərbaycan münasibətlərinin məhz Brüssel razılaşmaları əsasında tənzimlənməsinə üstünlük verir. Lakin Rusiya lideri Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla son görüşündə səsləndirdiyi ikibaşlı fikirlər isə onu göstərir ki, Rusiya sülh prosesini də öz monopoliyası altına almağa, Avropa İttifaqını prosesdən kənarda saxlamağa və yalnız rusiyalı xüsusi nümayəndənin təkbaşına vasitəçiliyinə can atır. Kreml bu məqsədinə məhz Ermənistanı öz basqısı altında saxlamaqla, eləcə də Qarabağdakı separatçı ermənilərin əliylə nail olmağa çalışır.

Putinin Paşinyan ilə imzaladığı bir sıra sənədlər indi Rusiyaya Ermənistanı öz nəzarət orbitində saxlamağa daha çox imkan verir. Kremlin rəsmi saytının məlumatına əsasən, tərəflər 30 bənddən ibarət əməkdaşlığa dair bəyannamə imzalayıblar. Sənəddə tərəflər yenə də “Dağlıq Qarabağ” ifadəsini işlədiblər. Halbuki, rəsmi Bakı “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidini artıq çoxdan ləğv edib. Putin sözügedən görüşdə həmçinin vurğuladı ki, “Qarabağda hələ çox problem var”. Əlbəttə, Putin bununla bir tərəfdən ermənilərin rəğbətini qazanmaq məqsədini güdürdü, digər tərəfdən isə bu ifadə Azərbaycana ünvanlanmışdı. Yəni ki, Rusiya lideri ismarıc vermək istəyirdi ki, Qarabağa dair heç bir məsələ Moskvanın vasitəçiliyi olmadan tənzimlənə bilməz. Bu Rusiyanın ənənəvi hegemonluq siyasətinin təzahürü idi.

Amma Azərbaycanın Rusiyanın diktəsi ilə hərəkət etmək fikri yoxdur. Azərbaycan Ermənistan ilə münasibətləri ikitərəfli qaydada nizama salmağa, normallaşdırmağa üstünlük verir. Vasitəçilik etmək istəyənlər isə buyurub bu prosesə öz töhfələrini verə, sadəcə köməklik göstərə bilərlər. Bunu Prezident İlham Əliyev də bu yaxınlarda çıxışlarından birində qeyd etdi. Bizim heç kimə xüsusi vasitəçilik səlahiyyətləri vermək fikrimiz yoxdur. Azərbaycan bu prosesdə eyni zamanda həm Brüsselin (ABŞ-Avropa İttifaqı tandeminin), həm də Moskvanin vasitəçilik təşəbbüslərindən yararlanmağa çalışacaq. Hesab edirəm ki, hazırkı situasiyada bu ən optimal taktikadır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Paylaş:
Digər xəbərlər

Siyasət

3-12-2021, 09:41

Mins qrupu Qarabağla bağlı bəyanat verib

Siyasət

30-09-2021, 08:54

Həmsədrlər yalnız bu missiyanı yerinə yetirə bilər

Siyasət

25-08-2021, 12:30

Prezident mühüm fikirlərini BMT rəsmisinin diqqətinə dəmir məntiq kimi ifadə edib

Siyasət

30-07-2021, 10:12

Həmsədrlərin sərhəd bəyanatı: Minsk qrupunun gündəmi dəyişir - TƏHLİL

Siyasət

26-07-2021, 11:07

"Makronun Bakıya səfəri heç nəyi dəyişməyəcək"

Siyasət

23-07-2021, 13:21

Həmsədr ölkələrin səfirlərinin Şuşaya getməməsinin SƏBƏBİ

Siyasət

12-07-2021, 11:44

"Bir müddət sonra hər üç ölkənin səfirləri Şuşaya getmək üçün özləri müraciət edəcəklər"

Siyasət

8-06-2021, 12:06

Minsk qrupu ləğv edilməlidir

Siyasət

1-06-2021, 09:55

Minsk Qrupu növbəti qərəzini göstərdi

Siyasət

20-11-2020, 11:33

Deputatlar Fransanın həmsədrlikdən uzaqlaşdırmasını təklif etdilər

Siyasət

26-10-2020, 08:25

MİNSK QRUPU BƏYANƏT YAYDI

Siyasət

23-07-2020, 14:34

Elmar Məmmədyarovun apardığı mənasız danışıqlar... – Minsk Qrupundan imtina ideyası dəstək qazanır

Son xəbərlər
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
Daha çox
Çox oxunanlar
14-09-2026, 13:37
Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
16-09-2026, 12:06
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
14-09-2026, 13:28
Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
14-09-2026, 13:30
Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
14-09-2026, 13:33
Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
14-09-2026, 13:35
Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə