USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Pensiya və maaşların 50 faiz artırılması təklif olunur

Siyasət / Sosial

11-03-2021, 09:41

Pensiya və maaşların 50 faiz artırılması təklif olunur

Ölkəmizdə benzinin, dizel yanacağının satış qiymətinin artırılması istehlak qiymətlərinin durmadan artmasına səbəb olub. Süni qiymət artımının qarşısının alınması üçün tədbir görülməməsi, bu azmış kimi, içməli suyun və tullantı sularının qiymətinin 100 faiz artırılması xalqın güzəranını pisləşdirib. Bütün bunlar isə cəmiyyətdə sosial gərginlik yaradıb.

Reyting.az xəbər verir ki, bunu Azərbaycan Təkamül Partiyası (ATM) Mərkəzi Şurasının videokonfrans formatında keçirilən iclasında partiyanın sədri, iqtisadçı alim Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, yaranmış vəziyyət minimum əmək pensiyası, minimum əmək haqqı, əlilliyə görə cüzi məbləğdə müavinət alan, xüsusilə də, işsiz vətəndaşların güzəranına olduqca mənfi təsir göstərir.

Təkamül Partiyası hesab edir ki, vəziyyətin getdikcə pisləşməməsi üçün əmək pensiyalarının, minimum əmək haqqının məbləğinin, ilkin olaraq, ən azı 50 faiz artırılması, aztəminatlı ailələrə, şəhid ailələrinə, müharibədə müxtəlif dərəcəli bədən xəsarəti almış qazilərə verilən təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması və bu zaman himayəsində olan azyaşlı uşaqların sayının nəzərə alınması məqsədəuyğundur. Sədr vurğulayıb ki, bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin əsaslı şəkildə yaxşılaşdırılmasına ehtiyac var: “Ancaq KİV-də yayılan məlumatlar göstərir ki, qeyd edilən sahələrdə, xüsusilə Vətən müharibəsində əlil olmuş qazilərə münasibətdə, nazirliyin “fəaliyyəti” əks nəticələr doğurmaqdadır”.

Pensiya və maaşların 50 faiz artırılması təklif olunur
T. Qənioğlu

Son illər ölkəmizdə aparılan iqtisadi islahatlara da toxunan T. Qənioğlu onları təqdir etdiyini, ancaq bu islahatların daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb: “Bu, azad edilmiş ərazilərimizin bərpasının tezləşdirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. ATP hesab edir ki, indiki zamanda bank-maliyyə sistemində, sığorta bazarında əsaslı islahatlara, iri xarici bankların və sığorta şirkətlərinin ölkəmizə gəlməsi üçün müvafiq hüquqi bazanın təkmilləşdirilməsinə ciddi ehtiyac var”.

Son illər ölkəmizdə aparılan kadr islahatlarına toxunan partiya sədri bu istiqamətdə tədbirlərin daha sürətlə həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb:

“KİV-də yayılan məlumatlar göstərir ki, bəzi “köhnə” kadrların gənclərlə əvəz edilməsi və onların “fəaliyyəti” heç də həmişə uğurla nəticələnmir. Ona görə də, yeni kadrlar irəli çəkilərkən onların hansı “mühitdə yetişdiyi“ nəzərə alınmalı, bu sahədə himayədarlığa son qoyulmalıdır”.

Siyasi sahədə aparılan islahatlara toxunarkən Prezident İlham Əliyevin təşəbbüsü ilə son illər iqtidar-müxalifət münasibətlərinin sivil mübarizə müstəvisinə keçdiyini, siyasi dialoqon genişləndiyini müsbət qiymətləndirən ATP sədri, bu sahədə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyətini təqdir etdiyini diqqətə çatdırıb: “Məlumdur ki, siyasi partiyaların normal fəaliyyətinin təmin edilməsi, xüsusilə onların müvafiq ofislərlə təmin edilməsi üçün Prezident İlham Əliyev müvafiq göstəriş verib. Təəssüf ki, Prezidentin göstərişinə zidd olaraq bu sahədə siyasi partiyalara differensial yanaşmanın şahid oluruq. Belə ki, Prezidentin göstərişinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti siyasi partiyalara ofislərin verilməsi üçün yerlər ayırıb və Azadlıq prospekti, 161 “B” ünvanında yerləşən köhnə binada ümumi sahəsi 99,2 m2, səmərəli sahəsi 40 m2 olan, hər birinin sahəsi təqribən 10 m2 olan iç-içə dörd “otaqlı” belə bir “yer” Təkamül Partiyasına da təklif edilib. Təbii ki, belə “ofis” siyasi partiyanın nəinki normal, heç elementar fəaliyyəti üçün məqbul deyildir. Bunu nəzərə alaraq Təkamül Partiyası rəsmi olaraq bu “ofisdən” imtina edib”.

Partiya sədri əlavə edib ki, siyasi partiyalar ofislə, avadanlıqla təmin edilərkən Əmlak Məsələləri Dövlət Xidmətinin differensial yanaşmasının səbəbləri, bu zaman hansı “prinsipləri” əsas götürdüyü Təkamül Partiyası üçün aydın deyildir.

İclasda təşkilati məsələ də müzakirə edilib. T. Qənioğlu partiyada üzün müddət səmərəli fəaliyyətini nəzərə alaraq, ATP Qadınlar Şurasının sədri, iqtisad üzrə fəlsəfə doktoru Şəms Əliyevanın partiya sədrinin müavini vəzifəsinə təyin edilməsi üçün verdiyi təqdimat yekdilliklə qəbul olunub.

Paylaş:
Digər xəbərlər

Sosial

18-02-2021, 17:43

Bir qrup pensiyaçının pensiyası artırıldı

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial

17-02-2021, 16:27

Dövlət xidmətindən süni qiymət artımı ilə bağlı məsələyə REAKSİYA

Siyasət / İqtisadiyyat / Sosial / Dünya

11-02-2021, 01:05

Türkiyə vətəndaşları üçün Azərbaycana viza tələbinin ləğvi turistlərin artmasına necə təsir edəcək?

Sosial

7-02-2021, 18:39

Kimlərin pensiyası və nə qədər artdı? - Millət vəkili

Siyasət / İqtisadiyyat / Sosial

6-02-2021, 01:24

İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM

Sosial

6-02-2021, 01:22

Sosial ödənişlərin məbləğlərində artım müşahidə olunacaq

Sosial

6-02-2021, 01:19

Azərbaycanda pensiyalar artırılır - FOTO

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial

1-02-2021, 16:09

Partiya sədri SOCAR-ı və “Azərsu” ASC-ni "topa tutdu"-Nə üçün xərcləri fantastik artır? Nə üçün xərclərin tərkibi, mənbəyi araşdırılmır?...

Sosial

26-01-2021, 19:02

Pandemiya 225 milyon insanı iş yerindən məhrum edib

Sosial

16-11-2020, 11:40

Şuranın dəstəyilə Qubada qida təhlükəsizliyinin artırılması mövzusunda tədbirlər təşkil olunub

Siyasət

22-06-2020, 14:15

Nazirlik ölkədə vətəndaş narazılığını artırır - İTTİHAM

Siyasət

11-05-2020, 15:34

Rəsmən 59 oldular - SİYAHI

Son xəbərlər
  • Dün, 22:04
    Ermənistanda müxalifət lideri Samvel Karapetyan bir aylıq həbs edilib
  • Dün, 21:58
    Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
  • Dün, 18:54
    Vilayətidən Tramp və müttəfiqlərinə sərt xəbərdarlıq: “Ayaqlarını qıracağıq”
  • Dün, 14:26
    Qoyunlardan qırxılan yunun uçotu aparılacaq – Yeni qaydalar 2027-ci ildən qüvvəyə minir
  • Dün, 13:40
    Əcnəbilərin Azərbaycanda pulsuz qeydiyyatı ləğv edilə bilər
  • Dün, 12:42
    İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
  • Dün, 12:37
    DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
  • Dün, 12:31
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • 5-11-2026, 20:34
    İrandan Ermənistana sərt reaksiya
  • 5-11-2026, 19:50
    Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 5-11-2026, 19:47
    Polad Həşimovun anasının son durumu açıqlanıb
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
Daha çox
Çox oxunanlar
Dün, 21:58
Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
5-11-2026, 20:34
İrandan Ermənistana sərt reaksiya
Dün, 12:42
İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
Dün, 22:04
Ermənistanda müxalifət lideri Samvel Karapetyan bir aylıq həbs edilib
5-11-2026, 19:50
Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Dün, 12:37
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə