USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmit ilə görüşüb.
Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
C.Bayramov Azərbaycanın ATƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyini, bu xüsusda cari post-münaqişə dövründə ölkəmiz ilə ATƏT arasında əməkdaşlıq proqramının həyata keçirilməsinin vacib olduğunu vurğulayıb. Bununla yanaşı, Ermənistanın ATƏT çərçivəsində ənənəvi olaraq bir sıra destruktiv fəaliyyətini qeyd edib.