USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Gəncədə Autizm Mərkəzi istifadəyə verilib

Siyasət / İqtisadiyyat / Sosial

11-04-2023, 21:23

Gəncədə Autizm Mərkəzi istifadəyə verilib

Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold” QSC-nin dəstəyi ilə
Gəncədə Autizm Mərkəzi istifadəyə verilib

Aprelin 11-də “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə yaradılan Gəncə Autizm Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.
Dünya Autizm Maarifləndirmə ayında təşkil edilən tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədrinin müavini Xəyyam Fərzəliyev, Heydər Əliyev Fondunun Heydər Əliyev İrsinin tədqiqi və təbliği şöbəsinin müdiri Cəmil Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov, Elm və Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova, birliyin Autizm Valideyn Məşvərət Şurasının sədri Natavan Məmmədova, Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, SOBE Autizm Fondunun koordinatoru Zeynep Takı Kapıtaş, Autizm səfiri, Xalq artisti Tünzalə Ağayeva və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı N.Bayramov layihənin Ümummilli Lider Heydər Əliyevin miras qoyduğu zəngin mənəvi irsin təşviqi, Azərbaycan dövlətinin uşaq və gənclərin inkişafı ilə bağlı yürütdüyü ardıcıl və məqsədyönlü siyasətin dəstəklənməsi, xüsusilə bölgədə həssas kateqoriyalardan olan vətəndaşlarımızın hərtərəfli qayğı ilə əhatələnməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

İqtisadiyyat nazirinin müavini S.Ələkbərov bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial yönümlü dövlət siyasətinə töhfə vermək məqsədilə yaradılan Gəncə Autizm Mərkəzinin Gəncə şəhəri və ətraf bölgələrdə autizm spektr pozuntusu olan uşaq və yeniyetmələrin fərdi inkişafına xidmət edən nəcib təşəbbüs olduğunu diqqətə çatdırıb.

“AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev Ümummilli Liderin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hər sahədə olduğu kimi uşaq və gənclərlə bağlı dövlət siyasətinin də uğurla davam etdirildiyini, bu siyasətə ən böyük dəstəyin isə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən verildiyini qeyd edib. O, bu gün Mehriban xanım Əliyeva tərəfindən uşaqların inkişafı, təhsili, gələcəyi ilə bağlı mühüm layihələrin həyata keçirildiyini, xüsusi qayğıya ehtiyacı olan uşaqlara hərtərəfli diqqət göstərildiyini, onların xəstəliklərdən qorunması, sağlamlıqlarının bərpası üçün ciddi və təxirəsalınmaz tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Gəncədə Autizm Mərkəzinin yaradılması təşəbbüsünün də Heydər Əliyev Fonduna məxsus olduğunu qeyd edən X.Fərzəliyev əlavə edib ki, layihənin əsas məqsədi autizm spektr pozuntularına malik olan uşaqları aşkarlayaraq, onlarda bu pozuntuların təzahür xüsusiyyətlərini öyrənmək, psixodiaqnostik və psixokorreksiya işi təşkil etməklə müsbət dəyişmələrə nail olmaqdır.
Heydər Əliyev Fondunun Heydər Əliyev İrsinin tədqiqi və təbliği şöbəsinin müdiri Cəmil Əliyev isə bildirib ki, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uşaq, yeniyetmə və gənclərin inkişafı ilə bağlı Fond tərəfindən həyata keçirilən tədbirlər yeni nəslin fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyüməsinə xidmət edir. O qeyd edib ki, bu məqsədlə icra olunan layihələr sırasında autizmli şəxslərin fərdi inkişafının dəstəklənməsi prioritetlər sırasındadır. C.Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə artıq sayca ikinci Autizm Mərkəzinin istifadəyə verildiyini, növbəti illərdə də bu istiqamətdə fəaliyyətin dəstəklənəcəyini qeyd edib.

“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova layihə barədə geniş məlumat verərək, Gəncə şəhəri ilə yanaşı, Daşkəsən, Göygöl, Goranboy, Şəmkir, Tovuz rayonlarında autizm spektr pozuntulu şəxsləri və onların ailələrini əhatə edən layihə çərçivəsində risk qrupuna aid edilən, xüsusi təhsil dəstəyinə ehtiyacı olan uşaqların müəyyənləşdirildiyini, onlara yerli və beynəlxalq mütəxəssislər tərəfindən müvafiq təlimlərin keçirilməsinə başlanıldığını bildirib. O, autizm sahəsində beynəlxalq təcrübənin regiona transfer edilməsinə verdikləri dəstəyə görə Heydər Əliyev Fondu və “AzerGold” QSC-yə təşəkkürünü bildirib.
Tədbirdə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini A.Sofiyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov, Türkiyənin SOBE Autizm Fondunun koordinatoru Z.T.Kapıtaşı, Xalq artisti T.Ağayeva, Autizm Valideyn Məşvərət Şurasının sədri N.Məmmədova və digərləri çıxış edərək, layihə barədə fikirlərini bölüşüb, autizm sahəsində son dövrlər icra olunan irimiqyaslı tədbirlərin Azərbaycanda dövlət və özəl təşkilatlar tərəfindən bu sahəyə ayrılan xüsusi diqqət və qayğının əyani təzahürü olduğunu qeyd ediblər.
Daha sonra qonaqlar Gəncə Autizm Mərkəzində məktəbəqədər təhsil, ixtisasəldəetmə, özünüidarəetmə və müstəqil davranış bacarıqlarına yiyələnmə kimi ehtiyaclara uyğun olaraq uşaqlar üçün tam ödənişsiz əsaslarla təşkil edilən təlim və bərpa prosesi ilə tanış olublar. Mərasim Autizm səfiri, Xalq artisti Tünzalə Ağayeva və autizmli gənc pianoçu Əlisahib Bayramovun ifaları ilə davam edib. Daha sonra qonaqlar autizmli uşaqların rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Qeyd edək ki dağ-mədən sənayesinin aparıcı dövlət şirkəti olaraq “AzerGold” QSC ölkəmizin iqtisadi inkişafa töhfə verməklə yanaşı, məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini daim diqqətdə saxlayır. Səhmdar Cəmiyyət fəaliyyət göstərdiyi regionda ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq və s. istiqamətlər üzrə çoxsaylı layihələr icra edərək, vətəndaşların rifah halının gücləndirilməsi ilə bağlı dövlətin yürütdüyü siyasətə töhfələrini verməkdədir.
Gəncədə Autizm Mərkəzi istifadəyə verilib
Gəncədə Autizm Mərkəzi istifadəyə verilib
Gəncədə Autizm Mərkəzi istifadəyə verilib
Gəncədə Autizm Mərkəzi istifadəyə verilib
Gəncədə Autizm Mərkəzi istifadəyə verilib
Gəncədə Autizm Mərkəzi istifadəyə verilib
Gəncədə Autizm Mərkəzi istifadəyə verilib
Gəncədə Autizm Mərkəzi istifadəyə verilib
Gəncədə Autizm Mərkəzi istifadəyə verilib
Gəncədə Autizm Mərkəzi istifadəyə verilib
Gəncədə Autizm Mərkəzi istifadəyə verilib

Paylaş:
Digər xəbərlər

Siyasət / İqtisadiyyat

6-03-2023, 21:33

Özbəkistanın nümayəndə heyəti “AzerGold” QSC-nin qonağı olub

Sosial / Hadisə

4-03-2023, 11:30

Daşkəsən rayonunda arıçılığın inkişafına dəstək məqsədilə növbəti layihənin icrasına başlanılıb

Sosial / Hadisə

3-03-2023, 15:49

“Çovdar” qızıl mədənində Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

Gündəm / Sosial / Hadisə

13-01-2023, 17:40

Kimlərin maaşı, 15% artıb?

Gündəm / Siyasət / Sosial

13-01-2023, 11:14

Dövlət büdcəsindən maliyyələşən işçilərin maaşı 15% artırıldı

Gündəm / Siyasət / Sosial

13-01-2023, 00:55

Gənclər və İdman Nazirliyi "Heydər Əliyev İli" ilə bağlı videoçarx hazırlayıb

Gündəm / Siyasət / Sosial

22-12-2022, 13:18

Adil Kərimli mədəniyyət nazirinin səlahiyyətlərini icra edəcək

Gündəm / İqtisadiyyat

1-07-2022, 13:59

Daşkəsən rayonunda yerli sakinlərlə növbəti görüş keçirilib

Sosial / Hadisə

10-05-2022, 10:18

Ulu öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib

İqtisadiyyat / Sosial

3-05-2022, 18:53

“AzerGold” yeni qızıl məhsullarını alıcılara təqdim edib

İqtisadiyyat / Sosial

22-03-2022, 19:35

Robert Stivensin “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabının təqdimat mərasimi keçirilib

Gündəm / Siyasət

5-03-2021, 23:54

YAP-ın idarə heyəti təyin edildi. (Siyahı)

Son xəbərlər
  • Dün, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • Dün, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • Dün, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • Dün, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • Dün, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • Dün, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • Dün, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
Daha çox
Çox oxunanlar
14-09-2026, 13:37
Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
14-09-2026, 13:28
Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
14-09-2026, 13:33
Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
16-09-2026, 12:06
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
14-09-2026, 13:30
Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
14-09-2026, 13:35
Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə