USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Harris demokratların ABŞ prezidentliyinə rəsmi namizədi oldu

Siyasət

21-08-2024, 16:47

  Harris demokratların ABŞ prezidentliyinə rəsmi namizədi oldu

Avqustun 20-də ABŞ Demokratlar Partiyası Kamala Harrisi ölkənin prezidenti postuna namizədliyini rəsmən irəli sürüb.

Harris qurultay nümayəndələrindən 4 min 567 səs, yaxud ümumi sayın 99 faizi qədər səs yığıb.

"Sizin namizədiniz olmaq bizdən ötrü böyük şərəfdir", – Harris vitse-prezidentliyə namizədi Tim Uolz (Tim Walz) ilə birlikdə videoəlaqə ilə çıxışı zamanı deyib.

Daha öncə qurultayda ABŞ prezidenti Co Bayden (Joe Biden) çıxış edərək Harrisin əla prezident olacağını deyib, "çünki bir çox başqa yaxşı prezidentlərimiz kimi, o da vitse-prezident olub".

ABŞ tarixində Bayden daxil 15 vitse-prezident prezidentlik postuna yüksələ bilib, - "NBC News" bildirir.

Bir ay öncə – iyulun 21-də Bayden seçki marafonundan çəkiləndən sonra Harris ABŞ prezidentliyinə nominant olub. Bir ay ərzində Harris 500 milyon dollaradək ianə yığa bilib.

Obamalar Trampla bağlı xəbərdarlıq edirlər

Avqustun 20-də, Demokratlar Partiyasının qurultayının ikinci günündə keçmiş prezident Barak Obama (Barack Obama) həyat yoldaşı Mişel Obama (Michelle Obama) ilə birlikdə çıxış edərək xalqı Kamala Harrisi dəstəkləməyə çağırıb. Onlar noyabrda keçiriləcək prezident seçkisində ağır mübarizə ilə bağlı xəbərdarlıq səsləndiriblər.

"Amerika, ümid geri qayıdır", – keçmiş birinci ledi deyib. O, daha sonra respublikaçıların namizədi Donald Trampı (Donald Trump) sərt tənqid edib.

"Dünyanı məhdud, dar görməsi, iki zəhmətkeş, ali savadlı, uğurlu, həm də qaradərili iki nəfərin varlığı onu qorxuya salıb", – M.Obama Tramp barədə deyib.

ABŞ tarixində ilk qaradərili prezident olan B.Obama isə bildirib ki, xalq Yamayka və Hindistan kökənli Harrisi seçməyə hazırdır. Harris seçilərsə, ölkənin ilk qadın prezidenti olacaq.

"The Associated Press" yazır ki, Demokratlar Partiyasının iki böyük ulduzunun belə kəskin mesajları indiki məqamın vacibliyini vurğulayır.

Digər demokratların dəstəyi
Vitse-prezident K.Harrisi digər tanınmışlar, ifrat soldan mərkəzçilərə qədər bəzi rəsmilər, hətta bəzi respublikaçılar belə dəstəkləyir.

Senatda demokratların lideri Çak Şumer (Chuck Schumer) və Vermontdan müstəqil Berni Sanders (Bernie Sanders) də Harrisi tərifləyib.

Şumer seçiciləri Senatda daha bir demokrat çoxluğu seçməyə çağırıb. "O bunu təkbaşına edə bilməz", – o, Harrisin mümkün prezidentliyi barədə deyib.

Demokratların qurultayı tərəddüdlü Viskonsin ştatında 15 min adamın yığışdığı arenada keçirilir. Ötən ay respublikaçıların qurultayı da həmin yerdə baş tutub.

"Biz birlikdə irəliyə yeni yol açacağıq. Azadlıq, imkan, nikbinlik və etimad gələcəyi", – vitse-prezident söyləyib.

Demokratlar qurultayın sonuncu günü – avqustun 22-də prezidentliyə namizədi rəsmən elan edəcəklər.

Tramp da vitse-prezidentliyə namizədi Ceyms Vens (JD Vance) ilə birlikdə bu günlər seçki təşviqatı çərçivəsində tədbirlər keçirir.

Bir çox rəy sorğularında Harris Trampı bir neçə faiz üstələyir. Amma tərəddüdlü ştatlarda onların mövqeləri təxminən eynidir, Tramp cüzi irəlidədir.

ABŞ-da prezident seçkisi bu il noyabrın 5-də keçiriləcək.
Azadlıq radiosu

Paylaş:
Digər xəbərlər

Siyasət

20-08-2024, 09:13

Kamala Harris Trampla debatdan imtina edib

Siyasət

5-08-2024, 00:50

Harris Trampı qabaqlayıb

Siyasət

3-08-2024, 21:47

Harris Trampın təklifi ilə razılaşmadı harris-trampin-bu-teklifi-ile-razilasmadi

Siyasət

23-07-2024, 15:15

Tramp rəqibi Kamala Harrisi “axmaq və qəddar” adlandırıb

Siyasət

21-07-2024, 23:23

Co Bayden prezident seçkilərindən çəkilmə qərarına gəldi

Siyasət

16-06-2024, 01:35

ABŞ Ukraynaya əlavə 1.5 milyard dollar ayırıb

Siyasət / Dünya

3-03-2024, 14:54

Bayden ABŞ seçicilərinin dəstəyinə görə Tramp və Heylidən geridədir

Gündəm / Siyasət

7-02-2024, 12:37

Prezidentliyə namizəd olan Elşad Musayev səs verib

Siyasət

7-02-2024, 10:33

Prezidentliyə namizəd Fazil Mustafa səs verib

Siyasət

10-01-2024, 12:56

Gələn həfrədən prezidentliyə namizədlərin təşviqat kampaniyası başlayır

Siyasət

28-05-2023, 12:58

Türkiyədə prezident seçkilərinin ikinci turu başlayıb

Gündəm / Siyasət

29-10-2022, 21:48

Bayden Misir, Kamboca və İndoneziyaya səfər edəcək

Son xəbərlər
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
Daha çox
Çox oxunanlar
14-09-2026, 13:28
Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
16-09-2026, 12:06
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
14-09-2026, 13:33
Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
14-09-2026, 13:35
Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
14-09-2026, 13:37
Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
14-09-2026, 13:30
Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə