USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Rusiya Qırğızıstana S-300 zenit-raket komplekslərini təhvil verib.
Bu barədə Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov məlumat yayıb.
"Bizim vahid hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir. Biz indi bu birgə sistemin elementlərini - S-300-ü almışıq. Artıq Qırğızıstan ərazisindədir", - rəsmi qeyd edib.
Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, hava hücumundan müdafiə raket sistemi Bişkekdə keçiriləcək hərbi paradda təqdim oluna bilər.