USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Almaniyanın Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsinin (əks-kəşfiyyat) rəhbəri vəzifəsinə Türkiyə əsilli Sinan Selen təyin ediləcək.
Bu barədə məlumatı Almaniya parlamentinin (Bundestaq) deputatlarına istinadən “Bild” qəzeti yayıb.
Bildirilib ki, S.Selen 1972-ci ildə İstanbulda doğulub, 4 yaşı olduqda ailəsi ilə birlikdə Almaniyaya köçüb. Köln universitetində hüquq sahəsində təhsil alan Selen Almaniya XİN-də hüquqşünas işləyib. 2019-cu ildə isə əks-kəşfiyyat rəhbərinin müavini təyin olunub.