USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

27 sentyabr – Anım Günü münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi Zəfər Parkını ziyarət edib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti parkda şəhidlərin xatirəsini ehtiramla yad edib. Abidənin önünə əklil qoyulub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların ruhuna dua oxunub.
Qeyd edək ki, 27 sentyabr ölkəmizdə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Anım Günüdür.