USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Azərbaycan Respublikasının Bəhreyn Krallığında səfirliyi təsis olunacaq.
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Deputatlar layihənin əhəmiyyətini vurğulayıb və müzakirələrdən sonra sənəd səsverməyə qoyulub. Qanun layihəsi bir oxunuşda qəbul edilib.
Yeni diplomatik nümayəndəliyin iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına töhfə verəcəyi gözlənilir.