USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
![]()
Rusiya Federasiyası bölgədəki son seçkilərdən sonra strategiyasını yenidən nəzərdən keçirəcək və Moldova da daxil olmaqla müxtəlif ölkələrin siyasi proseslərinə müdaxilə etməyə davam edəcək.
Bu barədə Moldova Prezidenti Maya Sandu açıqlama verib.
Sandunun sözlərinə görə, Moskva diqqətini yaxın aylarda seçkilərin keçiriləcəyi digər ölkələrə yönəldir, postsovet məkanında və hətta inkişaf etmiş demokratiyalarda təsirini qorumağa çalışır:
“Rusiya Federasiyası hələ də strategiyasını təkmilləşdirir. Onlar belə nəticələr gözləmirdilər və indi planlarını yenidən nəzərdən keçirməyə çalışırlar. Gələn il Ermənistanda seçkilər keçiriləcək və Rusiya bu ölkədə hökumət üzərində nəzarəti bərqərar etməyə cəhd göstərəcək.”