USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

TÜRKİYƏDƏN BÖYÜK QİSAS ƏMƏLİYYATI! - Əsəd rejiminin qoşunları darmadağın edilir, Moskva geri çəkilir

Siyasət

3-03-2020, 12:57

TÜRKİYƏDƏN BÖYÜK QİSAS ƏMƏLİYYATI! - Əsəd rejiminin qoşunları darmadağın edilir, Moskva geri çəkilirRusiyalı icmalçı: "Rusiya KİV-ləri susur, qızdırma içində uydurmağa çalışır ki, Ankaranın Moskvanı və ona müttəfiq Dəməşq və İran rejimini təhqiramiz məğlubiyyətə uğratmasını necə təqdim eləsin”

Türkiyə ordusu Suriyada “Bahar qalxanı” əməliyyatını misli görünməmiş qətiyyətlə davam etdirir. Artıq aydındır ki, bu, əvvəlki əməliyyatların (“Zeytun budağı, ”Barış çeşməsi") heç birinə bənzəmir və hədəf qat-qat ciddidir: Rusiya və İrana güvənən Əsəd rejiminin hərbi dayaqlarını darmadağın edərək, ölkənin milli təhlükəsizliyinə real təhdidi birdəfəlik aradan qaldırmaq, eyni zamanda 34 türk əsgərinin qisasını almaq.

Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə rəsmilərinin, Türkiyənin zarafat etmədiyini indi Rusiya və İran da daxil, bütün dünya əyani görür. Bu xüsusda türk hərbçilərinin qətlindən dərhal sonra Ərdoğanın köməkçisi Məsud Haqqının Rusiyanın ünvanına söylədiyi sərt sözləri yada salmaq da olar.

Suriyada savaşa hazır olduqlarını deyən prezident rəsmisi söyləmişdi: “Rusiya ilə 16 dəfə müharibə etmişik və bunu təkrarlamağa hazırıq. Türkiyənin qisası amansız olacaq. Unutmayaq ki, Rusiyada 25 milyon müsəlman yaşayır və onlar ölkəni içindən parçalayacaq”.

Yeri gəlmişkən, rusiyalı təhlilçilər və KİV-lər belə bir xəbərdarlığın ilk dəfə Türkiyənin yüksək çinli rəsmisinin dilindən səslənməsinə və vəziyyətin kritik olmasına məxsusi diqqət çəkir, paralel surətdə Türkiyə xalqının, bütövlükdə Türk toplumunun Ərdoğan hökuməti ilə həmrəy olmasını ciddiyə almağın zəruriliyini vurğulayırlar.

*****

idlib de ile ilgili görsel sonucu

O da diqqətçəkicidir ki, Suriyada hədəfə alınaraq məhv edilən rejim hərbi qüvvələri arasında Rusiyadan alınan döyüş sistemləri üstünlük təşkil edir. Göründüyü kimi, Moskvanın verdiyi silahlar daha Əsədin dadına çata bilmir.

Bunu rusiyalı müşahidəçilər də açıq etiraf etməyə başlayıblar.“Çoxsaylı qaynaqların tədqiqindən sonra bunu demək olar ki, son günlər Türkiyə Suriyadakı Əsəd rejimini, Rusiya və İranın qoşunlarını darmadağın eləməkdədir. Təkcə son bir neçə gündə onların Hələbdəki və İdlibdəki itkiləri artıq yüzlərlə adam, onlarla hərbi texnika vahidi hesabı ilə ölçülür”.

Aleksandr Kuşnar ile ilgili görsel sonucu

Minval.az-ın verdiyi məlumata görə, bunu rusiyalı icmalçı və jurnalist Aleksandr Kuşnar öz şərhində yazıb.

Şərhdə daha sonra deyilir: “Ankara artilleriyanı və Hərbi Hava Qüvvələrini (hələlik daha çox dronları) hərəkətə gətirib. ABŞ dövlət katibi bəyan edib ki, Ankaraya kömək variantlarını nəzərdən keçirir. Şəxsi təcrübəmdən bilirəm ki, amerikalılar belə bəyanatları boşuna vermirlər (ABŞ başda olmaqla, Qərb Türkiyə kimi, Əsəd rejiminin süqutunda maraqlıdır - ”YM"). Kreml rusiyalıların türklərə xain zərbəsindən sonra Ərdoğanın geri çəkiləcəyini düşünməkdə dəhşətli şəkildə yanılıb. Türkiyənin Suriyada genişmiqyaslı əməliyyatından cəmi üç gün keçib. Amma artıq hər gün yüzlərlə əsgər və texnika itirən Əsədin qoşunları əzilib və məhv edilib. Rusiya aviasiyasının da daha səsi çıxmır. Suriya müxalifəti (Türkiyəyə bağlı - “YM”) bazar günü səhərə demək olar, 30 şəhəri ələ keçirib - hansı ki, yaxınlaradək Dəməşqin nəzarətində idi. Sutka boyu Türkiyə dronları və ağır artilleriya işləyir. Hələ Ankara F-16-larını hərəkətə gətirməyib - hansılar ki, Türkiyə arsenalında 250 ədəddir. Əsədin Hələbdəki mühüm obyektləri - aeroport və çəllək bombaları istehsal edən zavod dağıdılıb. İllərdir bu bombalar dinc insanların başına yağdırılırdı. Rusiyalı müxbir hadisə yerindən xəbər verir ki, türklər gecə-gündüz, istənilən hərəkət edən hədəfi dronlardan vururlar".

syria ile ilgili görsel sonucu

Şərhdə proseslərin Moskva üçün yaxşı heç nə vəd eləmədiyi barədə xəbərdarlıq da yer alır. “Əsədçilər illər boyu öyrəşmişdilər ki, onların əvəzinə bütün problemləri Rusiya təyyarələri həll edəcək. Artıq Əsəd ordusu bu üstünlüyü itirib. Amerikalı müşahidəçilərin təxminlərinə görə, indiki templərin saxlanacağı təqdirdə ən yaxın zamanda əsədçilər döyüş meydanından qaçacaqlar, çünki onların, sadəcə, insan resursu qalmayacaq və ehtiyatda yalnız yeniyetmələr olacaq. Türkiyədə xain hücuma görə qisas vəd eləmişdilər. Budur, onlar sözlərini tuturlar. Rusiya KİV-ləri susur, qızdırma içində uydurmağa çalışır ki, Ankaranın Moskvanı və ona müttəfiq Dəməşq və İran rejimini təhqiramiz məğlubiyyətə uğratmasını necə təqdim eləsin”, - deyə rusiyalı şərhçi sonda əlavə edib.

idlib de ile ilgili görsel sonucu

*****

Bu arada prezident Vladimir Putin İTAR-TASS-a verdiyi açıqlamada Rusiyanın heç bir ölkə ilə savaşmaq fikrində olmadığını bəyan edib. Bir gün qabaq isə rəsmi Moskva Əsəd rejiminin İdlibdə hava məkanının bağlaması səbəbi ilə türk təyyarələrinin təhlükəsizliyinə Rusiyanın zəmanət verə bilməyəcəyini bəyan eləmişdi. Bir çox siyasi və hərbi təhlilçilərə görə, əslində bu mesaj Türkiyəyə bəd niyyətlə verilməyib.

“Rusiyanın İdlib hava məkanının bağlanılması ilə bağlı verdiyi mesaj mümkün qarşıdurmalarda Türkiyə tərəfinin itki verməməsi üçün edilən bir dost xəbərdarlığıdır”. Bu sözləri Axar.az-a açıqlamasında türk ekspert Həsən Oqtay deyib. Onun sözlərinə görə, Türkiyə “Bahar qalxanı” hərəkatında bütün ehtimalları hesablayaraq mübarizəsini davam etdirəcək: “Hava məkanının bağlanması Türkiyə ordusunun əməliyyatına mane ola bilməz və türk ordusu hədəflədiyi kimi ”Bahar qalxanı" əməliyyatını başa çatdıranadək yolundan dönməyəcək. İdlibdə şəhid edilən 33 əsgər üzərində mübahisə davam edir".

Ekspertin fikrincə, Vladimir Putin əslində Rusiyanın heç kimlə müharibəyə getmək niyyətində olmadığını dilə gətirərək gərginliyi azaltmaq yönündə bir addım atıb: “Türkiyə öz növbəsində başlatmış olduğu ”Bahar qalxanı" hərəkatı ilə əsgərlərini şəhid edən Suriya rejim gücləri daxilindəki terrorçu qruplara və Mahir Əsədə tabe olan legionerlərin toplandığı nöqtələrə hücumlar həyata keçirir. Bəşər Əsəd türk ordusunun iradəsini görməli idi və görür. Bütün bu baş verənlərin fonunda Rusiyanın hava məkanı ilə bağlı verdiyi şərh son dərəcə əhəmiyyətlidir və Suriyada Türkiyə ilə Rusiyanı qarşı-qarşıya qoymaq istəyən güclərə verilən açıq cavabdır. 5 martda Ərdoğan və Putin Moskvada təkbətək görüşəcəklər. Bu görüşlə tərəflər Suriyadakı sülhün açarının öz əllərində olduğunu bütün dünyaya göstərəcəklər".

syria Assad ile ilgili görsel sonucu

*****

Məsələ də ondadır ki, Ərdoğan Moskvaya Putinlə görüşə artıq etibarlı “Bahar qalxanı” ilə gedir. Müşahidələr həmçinin onu söyləməyə əsas verir ki, qardaş ölkənin budəfəki əməliyyatını Rusiya hansısa “pomidor” sanksiyaları ilə, öz marioneti Əsədin naminə durdura bilməyəcək. Həm də o səbəbə ki, artıq Rusiyanın özü də Türkiyədən güclü şəkildə maliyyə-iqtisadi asılılığa gəlib.

Moskvada Ankara ilə imzalanmış on milyardlarla dollar əlverişli müqavilələrdən (artıq işə düşən “Türk axını” qaz kəməri, inşasına başlanan Akkuyu AES, satışı həyata keçən, lakin hələ işə salınmayan S-400 zenit-raket kompleksləri) imtinanın nə demək olduğunu yəqin ki, anlayır və hesablayırlar. Üstəlik, iqtisadiyyatı sanksiyalar altında olan və getdikcə zəifləyən bir dövlət üçün bu, ikiqat böyük ziyan demək olardı.

Ən əsası, Rusiya Əsədə görə bölgədə və dünyada Türkiyə kimi güclü və vazkeçilməz tərəfdaşını, yeganə NATO üzvünü itirə bilər. Ərdoğan rəsmisinin dediyi kimi, Rusiyada “onu içindən parçalayacaq 25 milyon müsəlman”ın yaşadığı da nəzərə alınarsa, öz xalqının qəniminə çevrilən və sivil dünyanı çoxdan cana doydurmuş Bəşər Əsədə görə belə fantastik itkilərə dəyərmi?..

Paylaş:
Digər xəbərlər

Gündəm

11-03-2020, 16:54

Ərdoğan: "Suriya ilə sərhədi təhlükəsizlik zolağına çevirəcəyik"

Gündəm

6-03-2020, 17:12

Mikrofonun açıq olduğunun fərqinə varmayan Ərdoğan Lavrova belə sual ünvanladı - VİDEO

Siyasət / Dünya

5-03-2020, 12:11

Türk ordusu Əsəd qüvvələrini DARMADAĞIN ETDİ: son 24 saatda...

Dünya

5-03-2020, 11:52

Dünyanın gözü ORA DİKİLDİ: sülh, yoxsa müharibə? - Saatlar sonra QƏRAR VERİLƏCƏK

Dünya

29-02-2020, 11:17

Türkiyə ilə qarşıdurma yaransa, Rusiya nə edəcək? - FSB generalı od saçdı

Dünya

28-02-2020, 11:46

Rusiya İran vətəndaşlarına sərhədini bağladı

Siyasət

28-02-2020, 10:55

Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verdi

Dünya

27-02-2020, 13:39

Suriyada müxaliflər Serakibi geri aldı

Dünya

26-02-2020, 18:22

Ərdoğan: “Suriyada geri addım atmayacağıq”

Son xəbərlər
  • Dün, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
Daha çox
Çox oxunanlar
21-09-2026, 19:55
Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
Dün, 19:43
“AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə