USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Heç kim İranın öz öhdəliklərinə tam əməl etməkdə ciddiliyinə şübhə edə bilməz"

Siyasət

21-12-2021, 14:37

"Heç kim İranın öz öhdəliklərinə tam əməl etməkdə ciddiliyinə şübhə edə bilməz"İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinə dair danışıqlarla bağlı məqaləsində İranın mövqeyini şərh etmişdir.

“Sanksiyaların ləğvi ilə bağlı Vyana danışıqları “ adlı məqaləni təqdim edirik:

İran İslam Respublikası danışıqlarla bağlı ciddi mövqe və xoş məram nümayiş etdirərək, hesab edir ki, müzakirələrin praktiki və hiss olunan nəticəsi sanksiyaların aradan qaldırılması olmalıdır.

Vyanada ABŞ-ın ambisiyaları ucbatından uğursuzluğa düçar olmuş altı raund intensiv danışıqlardan sonra biz indi danışıqların yeni mərhələsinə başlamaq ərəfəsindəyik. Bu danışıqların əsas məqsədi İran xalqının hüquqlarını reallaşdırmaq və bütün sanksiyaları aradan qaldırmaqdır. Bu sanksiyalar İranla bağlanmış Birgə Hərtərəfli Fəaliyyət Planı sazişindən çıxan Birləşmiş Ştatlar tərəfindən birtərəfli və ekstraterritorial olaraq tətbiq edilmişdir .

Birləşmiş Ştatların 2018-ci ilin may ayının 8-də İranla bağlanmış Birgə Hərtərəfli Fəaliyyət Planı sazişindən birtərəfli qaydada çıxması beynəlxalq aləmdə qeyri-qanuni hərəkət kimi tanınaraq, pislənilmişdir. ABŞ-ın bu cür qeyri-qanuni hərəkətlərinin beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə tam məhəl qoymaması və çoxtərəfliliyi sarsıtmaq, beynəlxalq sülh və təhlükəsizliyə əsas təhlükə yaratmaq məqsədi daşıdığına dair beynəlxalq konsensus mövcuddur.

ABŞ-ın yeni administrasiyasının fəaliyyətə başlamasına baxmayaraq, nəinki bütün qeyri-qanuni və birtərəfli sanksiyalar qüvvədə qaldı, hətta İrana qarşı sanksiyalar tətbiq etmək siyasəti davam etdi. Aydındır ki, ABŞ-ın bu hərəkətlərindən məqsəd İranın, Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinin digər üzvlərinin və beynəlxalq ictimaiyyətin bu sazişdə və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində nəzərdə tutulan hüquq və imtiyazlardan yararlanmasının qarşısını almaqdır. Birgə Hərtərəfli Fəaliyyət Planı sazişini imzalayan üç Avropa ölkəsinin hökumətləri , baxmayaraq ki , ABŞ-ın bu mövqeyini qeyri-qanuni və qəbuledilməz hesab etmişlər ,lakin praktikada öz susqunluğu və hərəkətsizliyi ilə bu mövqeyi bir növ dəstəkləmişlər. ABŞ-ın dağıdıcı hərəkətləri və üç Avropa ölkəsinin bununla bağlı qəti mövqeyinin olmaması, əldə olunan razılaşmanı səmərəsiz və onun İran üçün bütün iqtisadi faydalarını məhv edib. Bu, son bir neçə ilin acı reallıqlarıdır ki, gələcək üçün bir mayak olmalıdır.

İndiki ABŞ administrasiyası tərəfindən Tramp administrasiyasının destruktiv mövqeyinin davam etdirilməsi, ABŞ administrasiyasının reallıqda öhdəliklərini yerinə yetirmək iradəsinə malik olub-olmaması və əvvəlki uğursuz siyasətlərindən əl çəkməyə hazır olması ciddi sual doğurub. ABŞ-ın son aylardakı yanaşmasını və hərəkətlərini nəzərə alsaq, bu sualın cavabı çətin görünmür.

Heç kim İranın öz öhdəliklərinə tam əməl etməkdə ciddiliyinə və xoş məramına şübhə edə bilməz. ABŞ-ın əldə olunan sazişdən qeyri-qanuni olaraq çıxması və sanksiyaların tətbiqindən sonra, İran yenə də xoş niyyət nümayiş etdirərək , cavab tədbirləri görməkdən imtina etdi və razılaşmanı imzalayan digər ölkələrin və Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinin koordinatoru kimi çıxış edən Avropa Birliyinin xahişini nəzərə alaraq , saziş çərçivəsində öhdəliklərinin icrasını dayandırmamış və bununla da imkan yaratmışdır ki, sazişi imzalayan digər tərəflər ABŞ-ın razılaşmadan çıxması nəticəsində yaranan mənfi şərtləri kompensasiya etsinlər . Lakin bu qeyri-konstruktiv vəziyyətin davam etməsi və bir illik strateji səbirdən sonra ABŞ-ın sanksiyalarının artması və üç Avropa ölkəsinin öz öhdəliklərinə əməl etməməsi səbəbindən İranın Birgə Hərtərəfli Fəaliyyət Planı sazişin 26-cı və 36- cı maddələrindən irəli gələn hüquqlarından istifadə edərək , 2019-cu ilin may ayının 8-dən etibarən öhdəliklərinin bir hissəsinin icrasını mərhələlərlə dayandırmaqdan başqa çarəsi qalmamışdı .

Yaranmış vəziyyətlə bağlı heç bir dəyişikliyin olmaması və sazişin müvafiq tərəfləri tərəfindən təsirli tədbir görülməməsi və Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinin uğursuzluğa düçar olmasnı nəzərə alaraq , İran İslam Şurası Məclisi 2020 –ci ilin dekabr ayının 2- də "Sanksiyaların ləğvi və İran xalqının maraqlarının qorunması Strateji Fəaliyyət Planı" qanununu təsdiqlədi. Qanuna əsasən sazişi imzalayan tərəflər öz öhdəliklərinə əməl etmədikdə və bu öhdəlikləri tam yerinə yetirmədikləri təqdirdə, hökümət saziş çərçivəsində İranın bütün könüllü öhdəliklərinin icrasına mərhələli şəkildə son qoymalıdır .

Qərbin Birgə Hərtərəfli Fəaliyyət Planı sazişindən doğan öhdəliklərini icra etməməsinə baxmayaraq, İran İslam Respublikası yenidən xoş məramlılıq nümayiş etdirərək və birtərəfli və qeyri-qanuni sanksiyaların aradan qaldırılması məqsədilə indi 4+1 ölkələri ilə “yaxşı razılığa” nail olmaq üçün nəticəyönümlü dialoqa hazırdır.

İran İslam Respublikası bu yolda xoş niyyət və ciddi qətiyyət nümayiş etdirərək , Vyanada “yaxşı razılaşma” əldə etmək üçün lazımi iradəyə malikdir.

Bu proses kontekstində biz heç vaxt unutmamalıyıq ki, mövcud vəziyyətin əsas səbəbkarı ABŞ-dır. Son dörd il ərzində Ağ Ev əldə olunan razılaşmaya son qoymaq üçün, səylərini əsirgəmədi . İran İslam Respubliksı belə bir şəraitdə Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinin qorunması ilə bağlı lazımi qətiyyət göstərmişdir . Əvvəlki altı raund danışıqlarda İrana bəlli olan odur ki, Birləşmiş Ştatlar hələ də bu faktı anlamır ki, əldə olunan sazişdən çıxdıqdan sonrakı dövrdə İran xalqına qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv etmədən, sazişə yenidən qayıtmaq mümkün deyildir .

BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi bütün üzv dövlətləri Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinin icrasını dəstəkləmək üçün münasib addımlar atmağa çağıraraq , bu sazişdən doğan öhdəliklərin icrasını zəiflədən hər hansı addımlar atmaqdan çəkinməyə çağırmışdır .

Qarşıdakı danışıqların əsas məqsədi İran İslam Respublikası ilə ticarət əlaqələrinin normallaşdırılması və sabit iqtisadi əməkdaşlıq məqsədi ilə sazişin tam və səmərəli həyata keçirilməsi olmalıdır. Aydındır ki, sazişə qayıtmaq üçün İran bütün sanksiyaların ləğvindən tam yararlana bilməlidir. Sazişlə bağlı zəmanət veriləcəyi , dəymiş ziyanın nəzərdən keçiriləcəyi , sanksiyaların effektiv və yoxlanıla bilən şəkildə ləğvinin təmin edildiyi təqdirdə, İran kompensasiya tədbirlərini dayandırmağa hazırdır.
Keçmişin acı təcrübəsinin təkrarlanmayacağına və İranın iqtisadi tərəfdaşlarının sabit və heç bir narahatlıq olmadan İranla iqtisadi əlaqələrə girə biləcəyinə dair təminat verilmədikcə, ABŞ-ın sazişə mümkün qayıdışı bizim üçün maraqlı olmayacaq.

Qarşıdakı danışıqlarda aydın olan odur ki, İran yaxşı razılaşma əldə etmək üçün danışıqlarda xoş məramla iştirak edərək , sazişdən kənar tələbləri qəbul etməyəcək və İran İslam Respublikası sazişdən kənar məsələlərlə bağlı danışıqlara girməyəcək.

Bir daha demək istəyirəm ki, bu fürsət həmişəlik açıq qalacaq pəncərə deyil və ABŞ və üç Avropa ölkəsi bunu yaxşı başa düşməlidir. İran İslam Respublikası ABŞ-ın zalım sanksiyalarının aradan qaldırılması üçün mətin, güclü və fəal diplomatik səylərlə yanaşı, həm də ölkənin davamlı iqtisadi inkişaf proqramı ilə yanaşı sanksiyaların neytrallaşdırılması üçün təsirli plana malikdir.

Şübhəsiz ki, Tehran sülhməramlı nüvə proqramına sadiq olduğu qədər, öz alimlərinin və dinc nüvə sənayesinin nailiyyətlərini qoruyub saxlamağa sadiqdir və qeyri-qanuni və qeyri-insani sanksiyalara baxmayaraq , ölkənin bütün sahələrdə -sənaye, ticarət, naviqasiya, kosmos, müdafiə, elm və texnologiya , davamlı iqtisadi artım və digər sahələrdə inkişafına nail olacaqdır .
Biz hesab edirik ki, praktikada digər tərəflərin də siyasi iradəsi mövcud olsa, razılaşma mümkündür və əldə edilə bilər.

Qərbin öhdəliklərini yerinə yetirməsi ilə bağlı səhlənkarlığına və Ağ Evin qeyri-konstruktiv yanaşma və siyasətinə qarşı etimadsızlığa baxmayaraq, İran İslam Respublikası Vyana danışıqlarının yeni raundunda əsl iradə və xoş məramla sanksiyaların ləğvi istiqamətində uzunmüddətli və effektiv razılığa nail olmaq üçün çalışacaq . İran İslam Respublikasının nüvə danışıqları qrupu xoş məram , ciddi mövqe və İran xalqının mənafeyinə və hüquqlarına xidmət edən danışıqlar məntiqi ilə Vyanada danışıqlar masası arxasında fəal şəkildə iştirak edir. Həmkarlarım və mən də bu sahədə geniş danışıqlar təcrübəsinə malik olan danışıqlar qrupunun rəhbəri Dr.Bağerini tam dəstəkləyirik və lazım gələrsə, bununla əlaqədar həmkarlarımla daha çox məsləhətləşmələri həyata keçirəcəyik .

Paylaş:
Digər xəbərlər

Siyasət

25-11-2021, 15:08

İrandan Azərbaycan və Ermənistana çağırış

Siyasət

14-10-2021, 09:52

Türkiyəli hərbi-siyasi ekspert: “İran əməkdaşlıq təklifimizə cavab vermədi”

Siyasət

13-10-2021, 07:45

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.

Siyasət

23-09-2021, 12:00

Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşü keçiriləcək

Siyasət

15-09-2021, 08:01

Rusiyadan İrana çağırış: Danışıqlara geri qayıt!

Gündəm / Siyasət

7-08-2021, 23:26

Şərəfli İslam dinimizin şərəfsiz İran"prezidenti"

Siyasət / İqtisadiyyat / Sosial / Dünya

26-02-2021, 17:09

İran Azərbaycanla birgə turizm komitəsinin yaradılmasını təklif edir

Siyasət / Dünya

8-02-2021, 01:35

ABŞ İrana qarşı sanksiyaları ləğv etməyəcək

Siyasət / Dünya

1-02-2021, 17:07

Rəsmi Tehran Baydenin nüvə anlaşmasına geri dönmək planına münasibət bildirib

Siyasət

29-10-2020, 12:42

İrandan Qarabağ üçün SÜLH PLANI – Detallar açıqlandı

Siyasət

24-09-2020, 08:40

Zərif Moskvaya getdi

Siyasət

2-09-2020, 11:26

İran nüvə proqramından çıxdı

Son xəbərlər
  • Bugün, 00:40
    Paşinyan: “Qarabağ heç vaxt Ermənistanın olmayıb”
  • Bugün, 00:38
    Tramp Kubanı hədəfə aldı: “Onunla məşğul olacağıq”
  • Bugün, 00:36
    Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib
  • Bugün, 00:33
    Rəsmi Bakı Rusiya kanalında göstərilən xəritəyə etiraz edib
  • Dün, 14:06
    Moskvada 9 May atəşfəşanlığı ləğv edilib
  • Dün, 14:05
    Gəncədə ustaların olduğu avtomobil qəzaya düşüb, yaralananlar var
  • Dün, 14:02
    Bu gün Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
  • 9-05-2026, 20:46
    Suraxanıda 12 kiloqram marixuana aşkarlanıb
  • 9-05-2026, 20:44
    Paşinyan: “Ermənistanı ‘banan respublikası’ olmaqdan xilas etdik”
  • 9-05-2026, 20:42
    Şəki-Oğuz sərhədində zəlzələ qeydə alınıb
  • 9-05-2026, 20:39
    Hesablama Palatasının auditləri milyonlarla manatlıq pozuntu aşkarlasa da, nəticələr sual doğurur
  • 8-05-2026, 20:00
    “Naxçıvan – memar Əcəmi irsi” gümüş sikkəsi təqdim olundu
  • 7-05-2026, 20:51
    Zaxarova: “Simonyan Belarusun uğurlarını qısqanır”
  • 7-05-2026, 20:46
    Maaş kartları ilə bağlı yeni sistem hazırlanır
  • 7-05-2026, 20:43
    Zelenski İlham Əliyevə zəng edib
  • 7-05-2026, 20:41
    Möhsün Rzayi: “ABŞ bölgədən geri çəkilə bilmir”
  • 7-05-2026, 20:39
    Azərbaycan üzərindən Ermənistana alüminium və taxıl daşınıb
  • 7-05-2026, 18:13
    VOA prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
  • 6-05-2026, 19:35
    Diplomatlar üçün hərbi xidmətlə bağlı yeni imtiyazlar nəzərdə tutulur
  • 6-05-2026, 19:34
    ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
  • 6-05-2026, 19:32
    Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
  • 6-05-2026, 19:29
    Tofiq Yaqublu tibb məntəqəsinə yerləşdirilib – vəziyyəti ağırdır
  • 6-05-2026, 19:26
    Mirzoyan: “Azərbaycanla artıq real sülh mövcuddur”
  • 6-05-2026, 19:24
    Simonyan: “Azərbaycana səfərə hazıram”
  • 6-05-2026, 19:22
    Yol hərəkəti qaydalarında dəyişiklik: cərimə bildirişi artıq şüşəyə qoyulmayacaq
  • 6-05-2026, 19:21
    Paşinyan Moskvadakı parada dəvət olunub
  • 6-05-2026, 19:19
    Uşaqlara qarşı zorakılıq gizlədilərsə – cərimə tətbiq olunacaq
  • 6-05-2026, 19:18
    Azərbaycandan tranzitlə Ermənistana alüminium və taxıl göndəriləcək
  • 6-05-2026, 19:16
    Ödənişli yolda sürətə nəzarət gücləndirilib
  • 6-05-2026, 19:12
    Makronun Türkiyəyə quru sərhəddən keçidi ilə bağlı iddialar yayılıb
  • 6-05-2026, 10:38
    3 May – Ümumdünya Mətbuat Azadlığı Günü: Azad sözün dəyəri və artan çağırışlar
  • 5-05-2026, 20:33
    Prezident İlham Əliyev Kaya Kallası qəbul edib
  • 5-05-2026, 01:04
    Giorgia Meloni Azərbaycana səfərini başa vurdu
  • 4-05-2026, 19:27
    İlham Əliyev İrəvandakı sammitdə onlayn çıxış edib
  • 4-05-2026, 19:24
    Azərbaycan üzərindən Ermənistana gübrə göndəriləcək
Daha çox
Çox oxunanlar
5-05-2026, 01:04
Giorgia Meloni Azərbaycana səfərini başa vurdu
6-05-2026, 10:38
3 May – Ümumdünya Mətbuat Azadlığı Günü: Azad sözün dəyəri və artan çağırışlar
4-05-2026, 19:20
İtaliyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
4-05-2026, 19:22
İlham Əliyev Giorgia Meloni ilə təkbətək görüş keçirir
4-05-2026, 19:24
Azərbaycan üzərindən Ermənistana gübrə göndəriləcək
6-05-2026, 19:19
Uşaqlara qarşı zorakılıq gizlədilərsə – cərimə tətbiq olunacaq
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Suraxanıda 12 kiloqram marixuana aşkarlanıb
Şəki-Oğuz sərhədində zəlzələ qeydə alınıb
Hesablama Palatasının auditləri milyonlarla manatlıq pozuntu aşkarlasa da, nəticələr sual doğurur
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
Ödənişli yolda sürətə nəzarət gücləndirilib
3 May – Ümumdünya Mətbuat Azadlığı Günü: Azad sözün dəyəri və artan çağırışlar

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə