USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Qocalar evi"nin QOCAMAN DƏRDİ... - İDDİA

Sosial

9-04-2020, 14:11

"Qocalar evi"nin QOCAMAN DƏRDİ... - İDDİAHər kəsə bəllidir ki, son beş ildə Azərbaycan Respublikasında bütün vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, ələlxüsus ahılların sosial müdafiəsinin təkmilləşdirilməsi və bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasətin nəticəsində, bu gün ölkəmizdə ahıl insanlara, onların sosial müdafiəsinə xüsusi diqqət və qayğı göstərilməkdədir. Adicə bir faktı qeyd edək ki, BMT Baş Məclisinin müvafiq Qətnaməsinə əsasən hər il oktyabr ayının 1-i bütün dünyada olduğu kimi, Azərbaycan Respublikasında da Beynəlxalq Ahıllar günü kimi qeyd olunur və “Sosial xidmət haqqında” Qanununa əsasən, ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl şəxslər hesab olunurlar. O halın varlığını da qeyd edək ki, ahıl insanların sosial müdafiəsinin gücləndirilməsində pensiya təminatı xüsusi rol oynayır ki, bu gün əmək pensiyaçılarının mühüm bir hissəsini ahıl insanlar təşkil edirlər.

Onu da qeyd edək ki, bu gün cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də, məhz ahıl insanlara və onlara xidmət göstərən hər kəsə qarşı diqqət və qayğını artırmaqdır. O halda sual oluna bilər ki, görəsən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən Müharibə və Əmək Əlilləri üçün Pansionatda (El arasında Qocalar evi kimi tanınır) vəziyyət necədir və dövlətin bu yöndə yürütdüyü siyasətə necə dəstək verilir? Elə ki, bu yöndə müəyyən araşdırmalar apardıq, o halda bəlli oldu ki, adı çəkilən bu Pansionatda vəziyyət artıq dözülməz həddə çatıb. Buna da əsas səbəb, bir neçə ay bundan öncə Samirə Mehdiyeva adlı xanımın Müharibə və Əmək Əlilləri üçün Pansionatına rəhbər təyin olunması olub. Çünki, əldə etdiyimiz şifahi məlumatlara görə Tibb Universitetinin məzunu olub pediator ixtisasına sahib olan Samirə xanım, bugünkü vəzifəsinə təyin olunmazdan öncə müxtəlif qurumlarda, o cümlədən Sabunçu RİH-də, “Stimul Hospital”da çalışsa da, onun bəxti harada çalışsa da heç bir halda gətirmir. Buna da əsas səbəb, adı çəkilən xanımın daşıdığı vəzifələrinin öhdəsindən gələ bilməməsi olur və belə bir bacarıqsızlığına görə də, çox keçmir ki, rəhbərlik onu daşıdığı vəzifəsindən uzaqlaşdırmaq qərarına gəlir. Söylənilənlərə görə, Samirə Mehdiyeva “Stimul Hospital”da uşaq həkimi işləyərkən daim firmalarla işbirliyinə girir və belə bir səbəb üzündən də, çox keçmir ki, onun adı dərman alverində hallanır. İndi ehtimal etmək olar ki, ona bu gün əla fürsət düşüb. Yəni, o, vaxtilə dərman alverçisi olduğundan sata bilmədiyi dərmanlarını, məhz hal-hazırda rəhbərlik etdiyi Müharibə və Əmək Əlilləri üçün Pansionatında asanlıqla satdıra biləcək.

Əldə etdiyimiz başqa bir məlumatlara görə, adı çəkilən bu xanım vəzifəsinin icraasına başladıqdan az sonra, uzun illər ərzində Müharibə və Əmək Əlilləri üçün Pansionatında çalışan bəzi şəxsləri “gözümçıxdıya salmaq”la məşğul olur. Məsələn, onun bu gün əslən Qərbi Azərbaycandan olan Qüdrətxanım adlı xanıma “gün verib işıq vermədiyi” söylənilir. Belə ki, Samirə Mehdiyeva müəssisədə “sanitarka”lara rəhbərlik edən bu yaşlı xanıma “sən kompyuteri bilmirsən, sabah kiməsə ərizə yazmaq lazım gələcək, sən də onu bacarmırsan. Ona görə də ərizəni yaz və işdən çıx” deyir. Onu da vurğulayaq ki, adı çəkilən xanımın pensiyaya çıxmasına ilyarım vaxtın qaldığı bildirilir.

Diqqəti cəlb edən hal odur ki, Müharibə və Əmək Əlilləri üçün Pansionatda baş mühasib vəzifəsini daşıyan Arif adlı şəxsin, müəssisədə çalışan işçilərin yeni rəhbərlik tərəfindən “qaralanmasında” xüsusi rol oynadığı da söylənilir. Belə ki, onun hər bir işçi haqda, yəni “bu köhnə müdirin kadrıdır” deyə “lazımi danosları” Samirə xanıma çatdırdığı söylənilir. Bu yöndə lazımi məlumatları əldə edən rəhbərlik ilin-günün belə bir vaxtında, yəni koronovirusla (COVİD-19) bağlı xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxtda bəzi işçiləri işdən çıxarır və gündə kənardan bir nəfər şəxsi işə götürür. Hətta o, bir addım da irəli gedərək “cənab Nazir mənə get kim lazımdırsa həmin şəxsləri işdən çıxart” deyə lazımi tapşırığını verib deyir. Məsələnin düşündürücü tərəfi odur ki, bu gün koronovirusla bağlı hər bir müəssisə təcrid vəziyyətdədir. Belə olan halda Samirə Mehdiyeva real vəziyyəti nəzərə almır və o, bəlkə də hansısa virusun daşıyıcısı olan şəxsi işə götürməklə məşğul olur.

Daha düşündürücü hallardan biri də, bir neçə gün bundan öncə adı çəkilən müəssisədə qalan 1948-ci il təvəllüdlü, hansı ki, 72 yaş həddinə çatmış İsmayılova Telli Ələkbər qızının rəhmətə getməsi və onun gizli şəkildə dəfn olunmasıdır. Məsələnin təəccüb doğuran halı odur ki, belə bir ölüm faktı baş versə də, müəssisə rəhbərliyi xəstənin hansı səbəbdən rəhmətə getməsi haqda yuxarı orqanlara heç bir məlumat çatdırmır. Diqqət yetirək ki, adicə bir müddət bundan öncə Almaniyada üç nəfər yaşlı insan dünyasını dəyişmişdi, o halda həmin şəxslərlə bağlı geniş ictimaiyyət məlumatlandırılmışdı. Belə olan halda ortaya sual çıxır ki, görəsən Samirə Mehdiyevanın baş verən ölüm faktını gizlətməkdə məqsədi nə olur? Sözsüz ki, bu cür kadrların idarəçilik bacarığı araşdırılmadan irəli çəkilməsində, ƏƏSMN-i əməkdaşlarının, ələlxüsus kadrlar şöbəsi rəhbərliyinin də müəyyən məsuliyyəti olur. Belə olan halda Nazirliklə bağlı əldə etdiyimiz bəzi məlumatların varlığını da geniş ictimaiyyətin diqqətinə çatdıraq. Məsələn, daxil olan məlumatlarda vurğulanır ki, əvvəlki rəhbərliyin zamanında Müharibə və Əmək Əlilləri üçün Pansionatda təmir işlərinin aparılması məqsədilə, Nazirlik tərəfindən 275 min manat pul vəsaiti ayrılır. Amma, bu məqsəd üçün ayrılan vəsaitlər təyinatı üzrə deyil, başqa bir istiqamətə “xərclənir”. Belə ki, iddialara görə nazirlik əməkdaşları həmin vəsaitlə təqribən 10-15 kisə sement, bir qədər də qum alırlar və həmin materiala “qul bazarı”ndan gətirdikləri fəhlələrin hesabına, müəssisənin müəyyən yerlərini suvatdırırlar. Bunula da, 275 min manat pul vəsaiti Müharibə və Əmək Əlilləri üçün Pansionatda, məhz belə bir təmir işlərinə “xərclənir?”.

Ümumiyyətlə, bu gün təkcə bu müəssisədə deyil, nazirliyin digər müəssisələrində, internat evlərində və s. qarşıdurmalar, intriqalar yaşanmaqdadır. Belə müəssisələrdən biri də, Mərdəkanda Jalə xanımın rəhbərlik etdiyi müəssisədir. Sözsüz ki, belə bir olayların yaşanmasında Nazirliyin kadrlar şöbəsində çalışanlar böyük məsuliyyət daşıyırlar.

Pansionatdan bildirdilər ki, yeni təyin olmuş müdir işə dizləri,arxası cırıq şalvarda gəlir ki, bu da ahıl insanlara hörmətsizlikdən başqa bir şey deyil.

P.S. Gələn sayımızda Samirə Mehdiyeva Sabunçu rayon İcra Hakimiyyətində işləyərkən Arzu adlı xanımla kimin üstündə dalaşırmış və İcra Başçısı onu niyə qovub? Bu yöndə araşdırmamızı davam etdirəcəyik. Odur ki, bizi izləməyi inutmayın.(deryaz.az)

Paylaş:
Digər xəbərlər

Gündəm

9-04-2020, 12:18

İcra başçısı tənha ahıl şəxslərərə və aztəminatlı ailələrə ərzaq yardımı edib

Araşdırma

1-04-2020, 11:19

Nazim İsmayılov camaatı Allahın ümidinə buraxıb... - Görünəni budur...

İqtisadiyyat

1-04-2020, 10:55

İcbari tibbi sığortayla əlaqədar maliyyə sanksiyasının 7 faizi dövlət büdcəsinə köçürüləcək

Müsahibə

27-03-2020, 09:48

Azərbaycanda sosial xidmət göstərilən ahılların sayı açıqlandı

Video

26-03-2020, 09:00

Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsinə başlanıb

Səhiyyə

25-03-2020, 10:54

Azərbaycanda bu xəstəliklərə tutulanların sosial müdafiəsi gücləndiriləcək

Video

24-03-2020, 10:00

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

Gündəm

17-03-2020, 12:14

Prezident Administrasiyasında yeni sistem yaradılır - SƏRƏNCAM

Gündəm

7-03-2020, 13:20

8 mart - Beynəlxalq Qadınlar günüdür

Son xəbərlər
  • Bugün, 00:21
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • Dün, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
  • 5-10-2026, 13:47
    Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəmə istintaqı bu gün başlayır
  • 1-10-2026, 13:20
    ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
  • 1-10-2026, 13:11
    FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
Daha çox
Çox oxunanlar
21-10-2026, 14:35
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
21-10-2026, 14:37
Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
24-10-2026, 23:24
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
20-10-2026, 16:51
“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
21-10-2026, 14:43
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
21-10-2026, 14:45
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
İdeyaların beşiyi, etirazın və inqilabların vətəni

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə