USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Hər hansı bacarığa, biliyə sahib olmaq üçün zəhmət çəkmək lazımdır"

Sosial

4-04-2023, 13:07

"Hər hansı bacarığa, biliyə sahib olmaq üçün zəhmət çəkmək lazımdır"Ümummilli Liderimiz Heydər Əliyevin "Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz Müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz Müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq" deməsi əbəs yerə deyildi.

Bu gün də ölkəmizdə gənclərin, tələbələrin iştirakı ilə keçirilən tədbirlər, layihələr və.s ümummilli lider Heydər Əliyevin kəlamını doğrultmağa təkan verir. Çox möhtəşəm, demək olar ki, heç bir mənfi xüsusiyyəti olmayan layihələr ərsəyə gəlir. Belə layihələr tələbələrə bilik, bacarıq və özünəxidmət vərdişlərini aşılayır. Lahiyələr ilə birlikdə müəyyən tədbirlərin keçirilməsini nəzərdə tuta bilərik.

Məsələn, mən fəal tələblərdən biriyəm və müəyyən tədbirlərdə, layihələrdə iştirak etmişəm. Bu layihələrin bir çoxunda əməyim olub, həqiqətən də zəhmət çəkmişəm. Bu mənim üçün çox əladır, çünki mən gələcəkdə müəyyən işə, peşəyə sahibləndikdə həmin tədbirlərdə, layihələrdə dərk etdiyim məsuliyyətlərə, bilik və bacarıqlara artıq bələd olacam. Məsələn, mən Bakı Slavyan Universitetində baş tutan Gənc müəllimlərin 3-cü şəbəkələşmə forumunda iştirak etmişəm. Orada mənim vəzifəm həmin tədbirə gələn müəllimləri kompyuterdə qeydiyyatını aparmaq idi. Çox məsuliyyətli, çox zəhmət tələb edən bir iş idi, ancaq mən onun öhdəsindən gələ bildim və təşəkkürnamə aldım.

Heç uzağa getməyim, axırıncı iştirak etdiyim layihə “XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi idi. Layihədə müxtəlif universitetlərdən tələbələr millət vəkilləri, tanınmış elm, ictimai, siyasi xadimlərlə söhbət aparırdılar. Bu layihədə mən də çox həvəslə iştirak etdim, hətta iki dəfə. Orada dəyərli deputatlarımızdan biri olan Ramil Həsən ilə söhbətimiz oldu. Çox tövsiylər, məsləhətlər verdi. Bu mənim üçün bir qazanc oldu. Ramil Həsəndən sonra akademik Rasim Əliquliyev ilə söhbətimiz oldu. Bir sözlə, çox möhtəşəm anlar yaşandı. Demək istədiyim odur ki, tələbələrin, gənclərin bu cür layihələrdə, tədbirlərdə iştirak etməsi çox əladır, vacibdir. Təbii ki, hər hansı bacarığa, biliyə sahib olmaq üçün bir qədər zəhmət çəkmək lazımdır. Sonradan isə uğurlar özü adamın ayağına gəlir.

Zəngin təbii resurslara və əlverişli coğrafi məkana malik olan Azərbaycanın iqtisadi sahədə əməkdaşlığına geniş imkan yaradan amillərdən biri təbii ki, elmi, intellektual potensialıdır. Dövlətimizin başçısı İlham Əliyev bugünkü uğurlarımızda elmin rolunu xüsusi vurğulayaraq bildirir ki, tarixi ənənələrlə müasirliyin ahəngdar vəhdətində davamlı yeniləşən ölkəmizdə elmin prioritetləri dünya elminin hazırkı inkişaf tendensiyalarına uyğun olub, milli strateji maraqların konseptual şəkildə həllinə yönəlmişdir. Qloballaşmanın böyük vüsət aldığı müasir dövrdə elmin əhəmiyyətinin gündən-günə artması və yüksək texnologiya sahələrinin sürətlə genişlənməsi çevik innovasiya fəallığı və yeni yanaşmalar tələb edir. Bir sözlə, mövcud şərait müasir gəncliyin intellektual potensialının tam üzə çıxarılması üçün əlverişli zəmin hazırlanmasını ön palana çıxarır. Bu, gəncliyin potensialından səmərəli istifadənin aktuallığının təsdiqidir.

Yaxın gələcəkdə ölkəmiz daha da inkişaf edəcək, ölkəmizin bacarıqlı, savadlı tələbələri, şagirdləri, gəncləri yetişəcək. Bu cür layihələrin, tədbirlərin Azərbaycanda keçirilməsinin lehinəyəm və bu cür layihələrin, tədbirlərin daha çox keçirilməsini, bununla da gənclərin, tələbələrin ictimai fəallıq mövzusunda və daha çox mövzuda uğurlar qazanmaqlarını arzulayıram.

Rəvan Məmmədli
Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin 1-ci kurs tələbəsi

Yazı “XXI Əsr Təhsil Mərkəzi ” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb

Paylaş:
Digər xəbərlər

Sosial / İdman

27-03-2023, 15:43

Martın 28-də Bakıda yeniyetmə boksçular arasında beynəlxalq turnir start götürəcək

Sosial / Hadisə

12-03-2023, 11:10

Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranma günüdür

Gündəm / Siyasət / Sosial

13-01-2023, 00:55

Gənclər və İdman Nazirliyi "Heydər Əliyev İli" ilə bağlı videoçarx hazırlayıb

Gündəm / Siyasət / Sosial

22-12-2022, 19:03

Özbəkistan prezidenti İlham Əliyevə təbrik ünvanlayıb

Gündəm / Sosial

12-12-2022, 21:24

12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar xalqımız və hökumət nümayəndələri Fəxri xiyabanı ziyarət edib

Sosial

28-10-2022, 15:19

“"Heydərabad” şəhərinin tikintisinə Sərancamın verilməsi Ümummilli Liderin yubileyinə layiqli töhfə olar"

Sosial

1-08-2022, 15:21

"Ana dilimiz həm milli varlığımızın təsdiqi, həm də mənəvi sərvətimizdir"

Sosial / Hadisə

10-05-2022, 10:18

Ulu öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib

Sosial

7-02-2022, 11:04

Komitə sədri mediaya dəstək verdi

Sosial

2-02-2022, 08:35

Ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir

Sosial

3-06-2021, 18:41

Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarında keçirilən seçkilər yekunlaşır

Son xəbərlər
  • Dün, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • Dün, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • Dün, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • Dün, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • Dün, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • Dün, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • Dün, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
Daha çox
Çox oxunanlar
14-09-2026, 13:37
Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
16-09-2026, 12:06
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
14-09-2026, 13:28
Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
14-09-2026, 13:30
Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
14-09-2026, 13:33
Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
14-09-2026, 13:35
Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə