USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Azərbaycan Ordusu yenilməzdir, qüdrətlidir

Sosial

25-06-2023, 18:43

Azərbaycan Ordusu yenilməzdir, qüdrətlidir Qalib ölkələrin postmüharibə dönəmində total qələbə eyforiyasına qapılmaları adətən onların sonrakı məğlubiyyətləri ilə nəticələnir. Lakin bizim dövlətimiz və xalqımızın isə belə bir təhlükəli halla üzləşmək qorxusu yoxdur. Bəli, 44 günlük müharibədə Azərbaycan şanlı Zəfər qazandı və öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu. Lakin Birinci Qarabağ müharibəsində torpaqlarımızı işğal etmələri ilə öyünən və reallıq hissini itirən ermənilərdən fərqli olaraq, biz İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Qələbəyə görə eyforiya burulğanına düşmədik, müvəffəqiyyətdən başgicəllənməsinə uğramadıq. Əksinə, biz ordu quruculuğunun davam etdirilməsini dövlət siyasətinin əsas prioritetlərimizdən birinə çevirdik. Çünki təcrübə göstərdi ki, 44 günlük müharibədə torpaqlarımızın erməni işğalından azad edilməsinin əsas səbəblərindən biri də son 30 ildə məhz ordu quruculuğunu daim diqqət mərkəzində saxlamağımız, bu sahədə davamlı təkmilləşdirmələrin, modernizasiyanın aparılması oldu.

Təsadüfi deyil ki, iyunun 23-də Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev də Müdafiə Nazirliyinin Komando hərbi hissələrinin birində Döyüş bayrağını təqdimetmə mərasimində çıxışı zamanı Azərbaycanın son onilliklərdə intensiv müharibə hazırlıqları apardığını xüsusi olaraq vurğuladı: “Biz İkinci Qarabağ müharibəsinə hazırlaşırdıq və bunu gizlətmirdik. Mən işğal dövründə dəfələrlə deyirdim ki, bizim üçün birinci vəzifə ərazimizin bərpasıdır, ərazi bütövlüyümüzün təmin edilməsidir. Deyirdim ki, əgər danışıqlar nəticə verməsə, biz güc tətbiq edərək öz tarixi torpaqlarımızı azad edəcəyik. Əfsuslar olsun ki, mənim sözlərimə bəziləri laqeyd yanaşdı. Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, onlar bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaq. Biz onların məkrli planlarını alt-üst etdik. Müharibəyə hazırlaşdıq, düşmənə elə sarsıdıcı zərbə vurduq ki, düşmən bu günə qədər özünə gələ bilmir”.

Biz nəyə görə məhz bu yolu seçmişdik? Çünki 30 il ərzində beynəlxalq təşkilatlar, güc mərkəzləri, o cümlədən artıq tarixin arxivinə qovuşmuş olan Minsk Qrupu münaqişənin real həlli üçün hansısa bir əməli addım atmadı. BMT, ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatlar təcəvüzkar dövləti işğal altında saxladığı ərazilərimizdən çıxmağa məcbur etməliydilər. Lakin əfsuslar olsun ki, bu qurumların fəaliyyəti işğalçı ilə təcavüzə məruz qalan tərəf arasında bərabərlik işarəsi qoymaqdan və “status-kvo”nu qoruyub saxlamaqdan uzağa getmədi. Təcavüzkar Ermənistan və onun havadarları bizi işğal faktı ilə barışdırmaq üçün 30 il ərzində min cürə ssenari cızdılar. Lakin Azərbaycan isə bütün bunların fonunda işğal illərində xoş məram nümayiş etdirərək bir tərəfdən fəal surətdə sülh danışıqları aparırdısa, digər tərəfdən isə torpaqlarımızın güc yoluyla işğaldan azad ediləcəyi variantını da istisna etməyərək tamamilə haqlı olaraq müharibə hazırlıqları aparırdı.

Bu, çox düzgün seçilmiş taktika idi. Prezident İlham Əliyev həmişə qətiyyətlə bildirirdi ki, Azərbaycan xalqı işğal faktı ilə heç vaxt razı olmayacaq, münaqişə sülh yolu ilə həllini tapmasa, hərb yolu seçiləcək. Zaman İlham Əliyevin haqlı olduğunu göstərdi. 44 günlük müharibədən əvvəlki mərhələdə respublikamızda həyata keçirilən ordu quruculuğu həqiqətən də öz müsbət nəticəsini verdi. Bu baxımdan, güclü iqtisadiyyata əsaslanmaqla müasir ordu quruculuğuna nail olunması ölkəmizin böyük uğurudur. Bu uğurun təməli isə Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Pərakəndə silahlı dəstələrin, könüllü özünümüdafiə batalyonlarının əvəzinə, vahid komandanlığa tabe olan müasir ordunun yaradılması məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Müstəqilliyin ilk illərində Azərbaycanda ordu quruculuğu sahəsində hərcmərcliyin hökm sürməsi bu gün heç kimə sirr deyil. Həmin dövrdə işğalçı Ermənistanın yeni-yeni ərazilərimizi ələ keçirməsinin bir səbəbi də bununla bağlı idi. Lakin Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanın siyasi rəhbərliyinə qayıdışından sonra silahlı qüvvələr sahəsindəki hərcmərclik, özbaşınalıq qətiyyətlə aradan qaldırıldı, vahid komandanlığa tabe olan nizami ordunun yaradılması və ordumuzun döyüş qabiliyyətinin artırılması üçün bir sıra vacib addımlar atıldı.

Ulu Öndər tərəfindən əsası qoyulan müasir ordu quruculuğu prosesi sonradan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Məhz İlham Əliyevin son 20 il ərzində ordu quruculuğuna müstəsna diqqət və qayğı göstərməsi nəticəsində güclü ordunun yaradılması real fakta çevrildi. Ordunun gücləndirilməsinin dövlət siyasətimizin əsas prioritet sahələrdən birinə çevrilməsi, bu sahəyə diqqət və qayğının davamlı şəkil alması son nəticədə böyük Zəfərə imza atmağımıza və Silahlı Qüvvələrimizin dünyanın ən güclü 50 ordusu sırasına daxil olmasına gətirib çıxardı.

Prezidentin siyasi iradəsi ilə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər bu gün də intensiv şəkildə həyata keçirilir, kompleks tədbirlər görülür. Xüsusən də 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasından sonra ordunun döyüş imkanlarının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi ardıcıl xarakter alıb. Dövlət büdcəsindən Silahlı Qüvvələrin möhkəmləndirilməsinə hər il kifayət qədər böyük vəsait ayrılır. Azərbaycan Ordusunun maddi-texniki təchizatı getdikcə daha yüksək səviyyəyə çatdırılır. İndi Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Silahlı Qüvvələri yeni dövrün çağırışları əsasında və NATO standartlarına uyğun olaraq komplektləşdirilir. Bu da Ordumuzu quruda, suda və havada istənilən döyüş tapşırıqlarını yerinə yetirmək və ölkəmizi istənilən hücumdan müdafiə etmək potensialına malik olan qüdrətli hərbi gücə çevirir.

Ordumuzun gücləndirilməsi, modernləşdirilməsi bundan sonra da davam etdiriləcək. Dövlət başçımız da iyunun 23-də Müdafiə Nazirliyinin Komando hərbi hissələrinin birində Döyüş bayrağının təqdim edilməsi mərasimində çıxışında müharibədən sonra ordu quruculuğu üçün əlavə addımların atılmasına böyük ehtiyacın yarandığını qeyd etdi: “Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür. Əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır ”.

Biz burada bir məqamı da xüsusi olaraq vurğulamalıyıq ki, məğlub Ermənistandan fərqli olaraq bizim iqtisadi gücümüz imkan verir ki, ordumuz üçün yeni silahların, yeni texnikaların alınmasına və eləcə də yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın. Cənab Prezident də sözügedən mərasimdəki çıxışında bu məsələyə ayrıca toxunaraq bildirdi ki, Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və bu istiqamətdə artıq bir çox müqavilələr imzalanıb, həm yeni pilotsuz uçuş aparatları, həm də uzaqmənzilli raketlər artıq ölkəmizə gətirilib. Eyni zamanda Ali Baş Komandanın tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissələri yaradılır. Bu hərbi birliklər qardaş Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi əsasında yaradılmaqdadır. Prezident İlham Əliyev qeyd etdi ki, Komando qüvvələrinin sayı get-gedə artırılacaq.

Bütün bunlar bir daha onu göstərir ki, müharibənin başa çatmasından dərhal sonra Ordumuzun daha da gücləndirilməsi Ali Baş Komandan tərəfindən qarşıya qoyulan əsas prioritetlərdən biridir. Bu sahədə görülən işlər Azərbaycan Ordusuna bundan sonra da regionun ən güclü ordusu, qalib ordusu statusunu qoruyub saxlamağa imkan verəcək. Bu gün Azərbaycan Ordusu sözün əsl mənasında milli qürur mənbəyimiz və güvənc yerimizdir. Biz əminik ki, Azərbaycan Silahlı Qüvvələri ölkəmizə xain gözlərlə baxan istənilən düşməni məhv etmək qüdrətinə malikdir.

Yeri gəlmişkən, bu il Ordumuz üçün həm də ona görə əlamətdar ildir ki, iyunun 26-da Silahlı Qüvvələrimizin yaranmasının 105-ci ili tamam olur. Odur ki, fürsətdən istifadə edib Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 ilinin tamam olması və 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Ali Baş Komandan İlham Əliyevi, bütün əsgər və zabitlərimizi, qazilərimizi ürəkdən təbrik edir, onlara ölkəmizin ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunması kimi şərəfli missiyanı davam etdirmək naminə sarsılmaz güc və qələbə əzmi arzulayırıq. Yaşasın Azərbaycan Ordusu!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Paylaş:
Digər xəbərlər

Siyasət / Sosial / Araşdırma

28-04-2023, 09:54

Qorxaq səfir Birinci Qarabağ müharibəsini aşağıladı

İqtisadiyyat / Sosial

2-04-2023, 12:22

44 günlük müharibədə fərarilərin sayı 11 min nəfər təşkil edib

Sosial / Hadisə

12-03-2023, 11:10

Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranma günüdür

Sosial

20-09-2022, 11:08

Milli-mənəvi dəyərlərimizə sahib çıxmalıyıq

Sosial

6-06-2022, 11:05

"Heç bir məmur qazilərin müraciətinə laqeyd yanaşmamalıdır"

Sosial

7-02-2022, 11:38

"Şəhidlər ölməz-Vətən bölünməz" kitabının hazırlanması prosesi davam edir

Sosial

2-02-2022, 17:32

"Bizim gənclərimiz milli ruhun daşıyıcıları olan, sağlam əqidəli, Vətənə, dövlətə bağlı fərdlərdir"

Sosial

22-12-2021, 08:16

Onların xatirəsi əbədi yaşayacaq - Zakir Həsənov

Sosial

11-10-2021, 08:59

"Məhərrəm ayında toy edənlərə irad bildirməkdə məqsədim.." - Hacı Surxay

Sosial

8-01-2021, 16:34

Mərkəzi Bank Vətən müharibəsində iştirak edən əməkdaşlarını qarşıladı - FOTO

Sosial

20-11-2020, 10:01

Qarabağ döyüşçülərinə “Vətən Müharibəsi Qəhrəmanı” adı veriləcək

Sosial

11-11-2020, 19:13

Azərbaycan Ağsaqqallar Şurası Prezident İlham Əliyevə təşəkkür edib

Son xəbərlər
  • Bugün, 19:32
    Haaqa şəhərində “Free Press Live 2026” mükafatları təqdim olunub
  • Bugün, 19:13
    Prezidentlər “Sülh Qalxanı-2026” birgə hərbi təlimini izləyiblər
  • Bugün, 11:13
    DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
  • Bugün, 02:38
    Qarabağ FK yeni futbolçu aldı
  • Dün, 15:42
    Azərbaycanla İordaniya arasında yeni saziş təsdiqlənib
  • Dün, 15:37
    Respublika Hərbi Prokurorunun müavini vəzifəsindən azad edilib
  • Dün, 13:29
    ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
  • Dün, 13:22
    Nazir Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • Dün, 13:15
    2 Fevral – Azərbaycan Gəncləri Günü
  • Dün, 11:11
    Dövlət başçısı forum iştirakçılarına müraciət edib
  • Dün, 02:27
    Xamenei iranlıları qorxmamağa çağırıb
  • Dün, 02:25
    Cəlilabadda əmisi tərəfindən balta ilə hücum edilən qız ölüb
  • Dün, 02:04
    Hindistanın Qərargah rəisi Ermənistana səfər edib
  • Dün, 02:02
    İran ABŞ-la danışıqlar üçün şərt irəli sürüb
  • Dün, 01:58
    Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
  • Dün, 01:55
    Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola salınıb
  • Dün, 01:47
    Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyib
  • Dün, 01:44
    Qaxda yol qəzası: 77 yaşlı piyada həyatını itirib
  • Dün, 01:42
    “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirdi
  • Dün, 01:24
    Vuçiç: ABŞ-nin 48 saat ərzində İrana zərbə endirməsini gözləyirəm
  • Dün, 01:22
    İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib
  • 1-02-2026, 12:03
    İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb
  • 1-02-2026, 12:00
    Misir–Qəzza sərhədində “Rəfah” keçid məntəqəsi açılır
  • 1-02-2026, 11:57
    Tramp: “İran hazırda ABŞ ilə danışıqlar aparır”
  • 1-02-2026, 11:50
    İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb
  • 1-02-2026, 11:47
    İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi
  • 1-02-2026, 11:45
    AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
  • 1-02-2026, 11:12
    Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
  • 31-01-2026, 15:03
    DYP sürücülərə müraciət etdi
  • 31-01-2026, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • 31-01-2026, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
  • 31-01-2026, 01:54
    Qurban Qurbanov ÇL pley-offunda “Nyukasl”la qarşılaşmanı dəyərləndirdi
  • 31-01-2026, 01:04
    Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
  • 31-01-2026, 01:02
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
  • 31-01-2026, 01:00
    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
Daha çox
Çox oxunanlar
28-01-2026, 05:12
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
29-01-2026, 15:45
AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 15:16
PACE Platforması Rus Demokratik Qüvvələri ilə Dialoqa Başlayır
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
26-01-2026, 20:37
Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib
Sosial
DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
2 Fevral – Azərbaycan Gəncləri Günü
Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
DYP sürücülərə müraciət etdi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə