USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

ABŞ-da razılaşma: Bakı bu mövqedən qəti çəkilən deyil

Sosial / Hadisə

30-06-2023, 20:51

ABŞ-da razılaşma: Bakı bu mövqedən qəti çəkilən deyil

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə 27-29 iyun tarixində Vaşinqtonda növbəti müzakirələr keçirdilər. Nazirlər və dövlət katibi bundan əvvəl Vaşinqtonda 1-4 may tarixlərində müzakirələr aparmışdılar. Nazirlər Vaşinqtonda ABŞ Prezidentinin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla da görüşüblər. Ötən dəfə də nazirlər Blinkenlə ortaq müzakirələrdən sonra Sallivanla görüşmüşdülər. ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller danışıqların səmərəli olduğunu açıqlayıb.

Moskva və Brüssel görüşlərindən fərqli olaraq, Vaşinqtonda tərəflər arasında müzakirələr 3 və ya 4 gün çəkir. Bu, Vaşinqtondakı görüşlərdə bütün detalların müzakirəsiylə bağlıdır. Çünki sülh sazişinin imzalanmasına mane olan xeyli detal var.

Bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycan və Ermənistan XİN başçıları arasında ABŞ-da keçirilən 27-29 iyun danışıqlarını şərh edərkən deyib.

Politoloq 1-4 may danışıqlarına da diqqət çəkərək, Vaşinqtondakı müzakirələrin digər vacib detalının da olduğunu bildirib:

“Azərbaycanla Ermənistan arasında 3 – sülh sazişi, sərhədlərin müəyyənləşməsi və nəqliyyat dəhlizin açılmasıyla bağlı sənəd imzalanmalıdır. Vaşinqton bu 3 sənəddən yalnız sülh sazişinin imzalanması üzərində çalışır. Çünki bu sənəd imzalansa, sərhədlərin müəyyənləşməsi və dəhlizin açılması asanlaşacaq. Nəqliyyat dəhlizinin açılması Vaşinqtonu sülhün əldə olunması qədər maraqlandırmır. Nəqliyyat dəhlizinin açılması daha çox Türkiyənin, Çinin və Rusiyanın maraqlarına cavab verir. Vaşinqtonun bu 3 dövlətlə münasibətlərində gərginliklər və suallar var. Buna baxmayaraq, Vaşinqton Azərbaycanla Ermənistan arasında bütün kommunikasiya xətlərinin açıqlmasının da tərəfdarıdır. Sadəcə, Vaşinqton bunun üçün diplomatik fəallıq göstərmir.

Entoni Blinken danışıqlarda irəliləyiş əldə olunduğunu bildirsə də, yekun sənədin imzalanması üçün çox işin olduğunu vurğulayıb. Blinken yekun sənədə yeni razılaşdırılmış bəndlərin daxil ediləcəyini söyləyib. Dövlət katibi bu bəndlərin nədən ibarət olduğunu söyləməsə də, bunun Bakının Qarabağ erməniləriylə dialoquna aid olduğunu ehtimal etmək olar. Rəsmi Bakı Qarabağ erməniləriylə dialoqun tərəfdarıdır, onlar bir neçə dəfə Bakıda görüşə dəvət olunublar. Ancaq Qarabağ erməniləri Bakıya gəlməkdən imtina ediblər. Buna baxmayaraq, Qarabağa status mövzusu müzakirə olunmayacaq. Bakı bu mövzunu heç bir dövlətlə müzakirə etməyəcək”.

Politoloqun sözlərinə görə, Vaşinqtondakı müzakirələr Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iyul ayında Brüsseldə keçiriləcək növbəti görüşə təkan verməlidi idi:

“Ancaq aydındır ki, hazırki şərtlər daxilində Brüsseldə sülh sazişi imzalanmayacaq.

Rəsmi Bakı Vaşinqtonun vasitəçiliyinə müsbət yanaşır. Ermənistandan fərqli olaraq Azərbaycanda heç bir siyasi qüvvə Vaşinqtonun vasitəçiliyinin əleyhinə deyil. Azərbaycan ABŞ-la müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda nazirlər və onların heyətləri arasında sülhün qurulması haqqında ikitərəfli saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunduğunu açıqlayıb. Azərbaycan XİN Dövlət katibi Entoni Blinkenin sözlərini təsdiqləyərək saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edildiyini və saziş layihəsi üzrə qarşılıqlı anlaşmaya doğru addım atıldığını açıqlayıb. Nazirliyin bəyanatında eyni zamanda, bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.

Bu arada, ABŞ Dövlət Departamentinin Sanksiyalar üzrə koordinatoru səfir Ceyms Obrayanın Ermənistana səfəri və Baş nazir Nikol Paşinyanla görüşü diqqəti çəkib. Ceyms Obrayanın Ermənistana səfəri bu ölkənin Rusiyanı sanksiyalardan yayınmağa kömək etməsinin qarşısının alınmasıyla əlaqəlidir. Vaşinqton bir neçə dəfə Ermənistanı Rusiyaya sanksiyalardan yayınmağa yardım etməkdə günahlandırıb. Ceyms Obrayan 8 iyunda verdiyi açıqlamada Rusiyaya əsas mikroçiplərin və elektronikanın idxalının müharibədən əvvəlki səviyyəyə qayıtdığını bildirmişdi. Bu işdə Rusiyaya gizli şəkildə Ermənistan dəstək verir. Dövlət Departamenti Avropa şirkətlərinin materialları başqa ölkələrə, onlar da öz növbəsində həmin ləvazımatları Rusiyaya satdığı qənaətindədir. Bu sırada Ermənistanın da adı bir neçə dəfə çəkilib”.

Paylaş:
Digər xəbərlər

Siyasət / Hadisə

29-06-2023, 23:51

Vaşinqtonda Blinkenin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşü başlayıb

Sosial / Hadisə

28-06-2023, 11:40

Bir gecədə 5 erməni əsgəri məhv edildi

Sosial / Hadisə

4-06-2023, 19:03

Ceyhun Bayramov Türkiyənin yeni XİN rəhbərini təbrik edib

Siyasət / Sosial

22-05-2023, 18:27

_“İrəvan və Bakı Vaşinqtonda sülh müqaviləsi layihəsinin iki maddəsində razılığa gəliblər”

Siyasət / Sosial

15-05-2023, 20:04

Azərbaycan və Aİ yeni saziş üzrə danışıqların tezliklə tamamlanması niyyətindədir

Siyasət / Sosial / Hadisə

5-05-2023, 10:03

Sülh müqaviləsi Kişineuda imzalana bilər

Sosial / Hadisə

24-03-2023, 17:54

Mirzoyan: Sülh müqaviləsinin tək variantı var

Gündəm / Siyasət / Sosial

12-01-2023, 18:30

İrakli Qaribaşvili: "Biz, Ermənistanla Azərbaycan arasında vasitəçiliyi davam etdirməyə hazırdır"

Gündəm / Siyasət / Hadisə

14-11-2022, 15:03

Dövlət Miqrasiya Xidmətinin (DMX) mətbuat katibi vəzifəsindən azad olunub

Sosial

11-02-2022, 15:36

BDU-ya yeni mətbuat katibi təyin olunub

Gündəm / Siyasət / Sosial

12-10-2021, 19:28

Serbiya , Azərbaycan vətəndaşlarına viza rejimini qaldırdı.

Sosial

30-06-2021, 12:17

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi iclas keçirdi

Son xəbərlər
  • Dün, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
Daha çox
Çox oxunanlar
21-09-2026, 19:55
Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
Dün, 19:43
“AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə