Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş general-mayoru dövlətə xəyanətdə ittiham olunaraq 12 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Ukrayna Baş Prokurorluğunun "Telegram" kanalında məlumat yayılıb.
Məlumata görə, sabiq general-mayorun əmlakı da müsadirə edilib.