
Fevralın 24-ü saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.