USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Sentyabrın 1-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində dövlət sərhədinin pozulması faktı qeydə alınıb.
DSX-dən verilən məlumata görə, çətin relyefə malik dağlıq və sıx meşəlik ərazidə keçirilən əməliyyat tədbirləri nəticəsində sərhədi pozan şəxs saxlanılıb. Onun İraq Respublikasının vətəndaşı, 2002-ci il təvəllüdlü Ali Emad Attallah Badravi olduğu müəyyən edilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.