USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Bakının Nəsimi rayonu ərazisində ağacların kəsilməsi faktı üzrə istintaq araşdırmaları aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, polis əməkdaşları tərəfindən S.Əsgərova və Pişəvari küçələrində ağacların kəsilməsini törətməkdə şübhəli bilinən 4 nəfər müəyyən olunaraq saxlanılıb.
Hazırda Nəsimi Rayon Polis İdarəsində ağacların kəsilmə səbəbləri araşdırılır, həmçinin hadisədə iştirak edən digər şəxslərin olub-olmaması yoxlanılır.