USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

OPERATİV QƏRARGAHIN YARATDIĞI İCAZƏ XAOSU... - “Niyə Əhmədə olar, Məmmədə yox?”

Sosial

7-07-2020, 16:11

OPERATİV QƏRARGAHIN YARATDIĞI İCAZƏ XAOSU... - “Niyə Əhmədə olar, Məmmədə yox?”Azərbaycanda pandemiya ilə bağlı karantin rejiminin tətbiqi nəticəsində müşahidə olunan durum, xüsusilə də icazələrin verilməsi prinsipi, ardıcıllığı və təsnifatı, eləcə də “icaze.e-gov.az” portalının fəaliyyəti “kadrlar hər şeyi həll edir” ifadəsinin təsadüfi yaranmadığını sübut edir.

Çünki bu sistemi texniki baxımdan quran, işlədən və idarə edən şəxslərin vəzifəsi sanki hökumətin və vətəndaşların işini yüngülləşdirmək yox, ağırlaşdırmaq, qeyri-müəyyənlik, qeyri-bərabərlik və qeyri-adekvatlıq mühiti yaratmaqdır...

Məlum olduğu kimi, iyulun 5-də bitməli olan sərt karantin rejiminin ayın 20-dək uzadılmasına dair qərar verilərkən sahibkarlardan bir gün öncədən icazələrin müddətinin artırılması üçün portala müraciət etmələri istənildi. Buna görə dəəksər sahibkarlar ayın 4-də “icaze.e-gov.az” saytına daxil olaraq, özlərinin və işçilərinin icazə müddətini uzatdılar. Sistem də bu müraciətləri qəbuk edərək, icazə müddətinin ayın 20-dək uzadıldığına dair sahibkarlara və muzdla işləyənlərə bildiriş göndərdi.

Ancaq bundan bir gün sonra sözün əsl mənasında aləm bir-birinə dəydi. İcazələr sahibkarların elektron ünvanlarına heç bir bildiriş, izahat göndərilmədən ləğv olundu. Və bir gün əvvəl rəsmi icazə almış vətəndaşların böyük qisminin heç xəbəri də olmadı ki, icazələri ləğv olunub.

Nəticədə iyulun 5-i və 6-sı küçəyə çıxan, işə gedən vətəndaşların əhəmiyyətli hissəsi polislə üz-üzə qoyuldu, çoxuna cərimələr yazıldı və sair. Bununla da sanki bilərəkdən bu prosesdə sadəcə icraçı rolu oynayan polislə əsəbləri onsuz da tarıma çəkilmiş vətəndaş növbəti dəfə üz-üzə gətirildi...

Digər tərəfdən, vətəndaşı başıbəlalı icazə sistemindən narazı salan yeni nüanslar ortaya çıxdı. İcazələrin ucdantutma, ağına-bozuna baxmadan, heç bir ciddi və məntiqli əsaslandırma olmadan ləğvi vətəndaşlarda növbəti dəfəədalətsizlik və qeyri-bərabərlik təəssüratı yaratdı. Belə ki, misal üçün eyni təsnifat kodu üzrə, eyni sahədə çalışan vergi ödəyicilərinin bir qisminin icazəsi qüvvədə saxlanıldı, digərlərininki isə ləğv olundu. Hansı ki, icazəsi ləğv olunanlar nə ödədikləri verginin və sosial ödəmələrin həcminə, nə vergi intizamına, nə də hansısa digər göstəriciyə görə icazəsi qüvvədə qalanlardan fərqlənmirlər.

Özü də bu şəxslərin təkcə muzdlu işçilərinin deyil, özlərinin də icazələri ləğv edilib. Belədə isə insanlar haqlı olaraq sual verirlər – bu seçimi, bölgünü, təsnifatı kim və necə aparır və “Niyə Əhmədə olar, Məmmədə yox?” Olmazsa, hamıya olmasın...

Ümumiyyətlə, Nazirlər Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 208 saylı qərarı ilə fəaliyyətinə tam məhdudiyyət qoyulan sahələrin siyahısına aid olmayan çox böyük sayda sahibkarlar və onların muzdlu işçiləri var ki, icazələri ləğv olunub.

Bununla bağlı redaksiyamıza da çoxsaylı müraciətlər daxil olur. Buraya onlayn satışlardan tutmuş avtomobil təmiri, ehtiyat hissələrinin satışına qədər çoxlu sayda sahəni aid etmək olar.

Məsələn, redaksiyamıza müraciət edən tikinti materiallarının pərakəndə satışıyla məşğul olan bir sahibkar deyir ki, polis “icaze.e-gov.az” portalındakı icazəsi ləğv olunduğu üçün ondan mağazasını bağlamasını tələb edib. Hansı ki, əslində tikinti materiallarının satışı icazə verilən sahələr sırasındadır.

Eyni hal ictimai iaşə xidmətlərində də problem yaradıb. Nazirlər Kabinetinin 208 saylı qərarında ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər üzrə fəaliyyət dayandırılıb. Amma fəaliyyətinə qadağa qoyulmadığı halda, çatdırılma xidməti göstərən ictimai iaşə obyektlərinin sahibi olan işəgötürənlər işçilərinə iş icazəsi ala bilmir.

Daha bir narazılıq yaradan məqam fəaliyyətinə icazə verilən təsnifat kodları üzrə işləyən sahibkarlara işçilərin yalnız 50 faizinə icazə verilməsinə dair edilən xəbərdarlıqla bağlıdır.

Birincisi, yeni “ləğvetməəməliyyatı” ilə nəinki işçilərin 50 faizi, bir çox hallarda ümumilikdə sahibkar və işçilər birgə icazədən məhrum edilib.

İkincisi, sahibkarların böyük əksəriyyəti məlum səbəblərdən onsuz da əvvəllər 10 işçi ilə gördüyü işi indi 4-5 nəfərlə görməyə çalışır. Yenidən bu sayı da ikiyə bölmək isə ümumilikdə işin dayandırılması anlamına gəlir. Və yaxud bir sahibkarın cəmi 1 işçisi varsa, onun 50 faizinə necə icazə verə bilər? Təəssüf ki, bu və digər çoxsaylı məsələlərə aydınlıq gətirən, sualları cavablandıran yoxdur...

Digər narazılıq yaradan məsələ isə bir çox fəaliyyət növlərinin nə qadağan olunan, nə də icazə verilən sahələr sırasında olmamasıdır. Bu şəxslərin də demək olar böyük əksəriyyətinin icazələri ləğv olunub.

Sahibkarlar haqlı olaraq, irad bildirirlər - bir tərəfdən deyilir ki, işçiləri ixtisar etməyin, digər tərəfdən də anlaşılmaz və məntiqsiz əngəllər yaradılır. Sahibkarların olduqca böyük əksəriyyəti işçilərin ixtisar olunmamasına dair çağırışa qoşularaq, anlayış göstərdilər.

Hətta əksinə, rəsmən qeydiyyata alınan işçilərin sayı artdı. Bəs hökumətin buna cavabı nə oldu? Çox kortəbii şəkildə, ciddi və məntiqli araşdırma aparmadan, “baltanı kökündən vuraraq” icazələr ləğv olundu.

Nəhayət, araşdırmamız göstərir ki, yuxarıda sadaladığımız problemlərin əhəmiyyətli hissəsi elektron icazə portalının özündən, yəni onun idarə olunmasından qaynaqlanır. Və böyük ehtimalla bu, hansısa qəsdin deyil, qeyri-peşəkarlığın nəticəsidir...

Hər halda ümid edək ki, kimsə Operativ Qərargahdakı bəzi “mütəxəssislər”ə başa salacaq ki, onsuz da ayrıseçkilik, qütbləşmə və təbəqləşmə sindromundan əziyyət çəkən əhalinin psixoloji durumunu daha da ağırlaşdıracaq mühit yaratmaq həm dövlətə, həm də xalqa ziyandır. Və qanun və qadağalar o zaman effektli olur ki, onu ədalətli şəkildə tətbiq edirlər və ayrısrçkiliyə yol vermirlər.

Hazırkı mənzərə isə onu deməyəəsas verir ki, icazə sistemini tənzimləyən mütəxəssislər(əgər mütəxəssisdirlərsə-C.M.) məşhur film personajı Zülümovun lazım olan Əhmədi tapmaq üçün bütün Əhmədləri bir yerə yığmasına bənzəyən idarəçilik sərgilədikcə, bu problemlər çətin ki, öz həllini tapa...
“AzPolitika.info”

Paylaş:
Digər xəbərlər

Video

25-06-2020, 17:00

8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib

Video

8-05-2020, 17:30

Bəzi rayonlarda polis kafe və restoranları niyə bağlayır? - AÇIQLAMA

Təhsil

6-05-2020, 13:51

Təhsil işçilərinin neçə faizi və kimlər işə çıxır? – ŞƏXSİ NƏQLİYYATI OLANLARA...

Video

29-04-2020, 17:22

Nazirlər Kabineti rəsmisindən icazəsi olanların qeyri-iş günlərində SMS-lə hərəkəti ilə bağlı AÇIQLAMA

Gündəm

28-04-2020, 12:55

Gələn həftə Bakıya girişə icazə veriləcək? - AÇIQLAMA

Gündəm

27-04-2020, 10:21

Bu gündən Azərbaycanda məhdudiyyətlərin bir qismi yumşaldılır

Video

24-04-2020, 16:21

Azərbaycanda lombardların fəaliyyəti bərpa olunur

Video

16-04-2020, 16:14

Gürcüstanda küçəyə çıxmaq üçün SMS icazə sistemi tətbiq oluna bilər

Sosial

13-04-2020, 17:45

Karantin qaydalarına zidd olduğu üçün 65 min icazə ləğv edilib - RƏSMİ

Son xəbərlər
  • Dün, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • Dün, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • Dün, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • Dün, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • Dün, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • Dün, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • Dün, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
Daha çox
Çox oxunanlar
14-09-2026, 13:28
Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
14-09-2026, 13:37
Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
16-09-2026, 12:06
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
14-09-2026, 13:33
Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
14-09-2026, 13:30
Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
16-09-2026, 13:20
“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə