USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Gəncəlilərin dilində dastana çevrilən ADAU və rektoru

Sosial

10-11-2021, 13:19

Gəncəlilərin dilində dastana çevrilən ADAU və rektoru
Belə bir məsəl var - Yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetdə (ADAU) yüksək keyfiyyətli təhsil, peşəkarlıq, nizam-intizam, haqq-ədalət, rektorun humanistliyi, ədalətliyi haqqında çox eşitmişdik. İllərdir eşitdiklərimizi, sosial şəbəkələrdə edilən paylaşımları, görüntüləri ictimailəşdirdik. Mediada da bu ali təhsil ocağı ilə bağlı həmişə müsbət fikirlərə rast gəlmişik. Gəncədə fəaliyyət göstərən digər ali məktəblərlə bağlı redaksiyamıza şikayətlər daxil olsa da, bir dəfə də olsun ADAU ilə bağlı bu hala rast gəlmədik.

ADAU ilə bağlı yazdıqlarımızdan sonra hörmətli rektor, professor, AMEA-nın müxbir üzvü, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli İbrahim Cəfərov universitetin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə bizi Gəncəyə dəvət etdi. Düz iki il müəyyən obyektiv və subyektiv səbəblər üzündən səfərimiz baş tutmadı. Nəhayət, yüz eşidib yazmaqdansa, bir dəfə görüb yazmaq daha yaxşdırı – deyib bir gün vaxt tapıb Zəfər bayramı ərəfəsində yolumuzu Gəncəyə saldıq.
İbrahim Cəfərovun bəzi rektorlardan fərqli xüsusiyyətlərə malik olduğunun da şahidi olduq - heç kimə yuxarıdan aşağıya baxmır, yuxarıda yox, tələbənin yanında dayanır, təkəbbürlü deyil, sadə, səmimi, xeyirxahdır. Bizi şəxsən özü qarşıladı, özü müşayət etdi, bütün günü yanımızda oldu. Bu tanınmış bir alimin, ziyalının, rektorun sadə jurnalistə göstərdiyi böyük diqqəti, qayğısı, qonaqpərvərliyidir. İ.Cəfərovun sadəliyi, səmimiyyəti onun böyük bir şəxsiyyət olmasının göstəricisidir. Bakıda dövlət demirəm, hələ özəl universitetlərin rektorlarının qəbuluna belə düşmək Çin səddini keçməkdən çətindir. Onların tələbələrin arasında görünməsi isə inandırıcı deyil. Kabinetinə arxa qapıdan daxil olub, elə oradan çıxan rektorun üzünü hansı tələbə görə bilər...

***
Gəncəlilərin dilində dastana çevrilən ADAU və rektoru
Əvvəlcə ADAU haqqında qısa arayış verək:
1920-ci ildən kənd təsərrüfatı fakültəsi, 1929-cu ildən müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərən ADAU-nun hazırda 8 fakültəsi, 37 kafedrasında 550-dən çox professor-müəllim heyəti çalışır, bakalavriat, magistratura və doktorantura səviyyələrində 33 ixtisas, 75 ixtisaslaşma üzrə 6 mindən çox tələbə əyani və qiyabi təhsil formalarında təhsil alır. Tədris 6 ixtisasda ingilis, 10 ixtisasda rus dilində aparılır. 14 ixtisas üzrə mütəxəssis hazırlığı yalnız dövlət sifarişi ilə həyata keçirilir. Universitetin dünyanın 20-dən çox ölkəsinin 100-dək universiteti ilə əməkdaşlıq əlaqələri var.

Onu da qeyd edək ki, bu il ADAU ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb. İmzalanma mərasimindən əvvəl Gəncədə səfərdə olan Oklahoma ştatının qubernatoru Con Kevin Stittin rəhbərlik etdiyi nümayəndə heyəti ADAU-nun Tələbə Evi, yeni tədris korpusu, laboratoriyaları ilə tanış olublar.
Bu gün Universitetdə müasir əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı mütəxəssis hazırlığı üçün zəngin maddi-texniki baza mövcuddur.

***
Gəncəlilərin dilində dastana çevrilən ADAU və rektoru
ADAU-da ilk olaraq Zəfər Günü ilə bağlı Torpaqşünaslıq fakültəsinin binasında keçirilən tədbirdə iştirakdan sonra İ.Cəfərovla birlikdə universitetin hər bir tədris korpusunda yaradılan şəraitlə tanış olduq. Onu da qeyd edim ki, ADAU-nun tədris binalarının hamısı heç də bir yerdə, məkanda deyil. Şəhərin müxtəlif yerlərində olanı da var. Hər biri də böyük bir əraziyə, həyətə malik. ADAU-nun təkcə tədris korpuslarını yarım günə gəzmək olar, tələbə evlərini, klinikaları, tədqiqat mərkəzlərini, parkı demirik. Rektor dedi ki, həftədə bir dəfə vaxtını bu prosesə sərf edir - yoxlayır, nəzarətdə saxlayır, maraqlanır, müvafiq tapşırıqlar verir...

ADAU başdan-başa ecazkar təbiət, gözəl, könül oxşayan mənzərələrlə əhatələnib. Müasir tədris binaları, korpuslar, auditoriyalarda səliqə, səhman, təmizlik, gül-çiçək, yaşıllıqla örtürülən hər bir həyət adamı valeh edir.

Maraqlı anları da qeyd etməmək olmazdı. Deməli, İ.Cəfərovla tədris korpuslarının həyətinin birində 3 tələbə qızlarla rastlaşdıq. Rektor həyətdə əkilən qızılgül kolundan bir gül qoparıq tələbələrin birinə verdi. Yanındakılar rektora dedilər ki, bu gül lap yerinə düşdü, bu gün həmin tələbənin ad günüdür. İbrahim müəllim bunu eşitcək, bir daha həmin tələbəni təbrik etdi və cibindən 50 manat pul çıxarıb ona verdi ki, tort alıb fakültə yoldaşları arasında ad gününü qeyd etsin.
Gəncəlilərin dilində dastana çevrilən ADAU və rektoru
Digər bir maraqlı məqamlardan biri isə rektorun dərs keçirilən auditoriyada tələbələri sual-cavab etməsi idi. Sözün düzü, tələbələr də, xüsusən əczaçılıq fakültəsinin tələbələri prosesdə daha aktiv iştirak edirdilər. Hətta İ.Cəfərov kimya fənni keçilən bir auditoriyada tələbələrlə birlikdə yazı taxtasında kimyəvi məsələlər də həll etdi. Həmin vaxt yanımda dayanan Türkiyədən gələn bir tələbə qulağıma pıçıltı ilə defi“Türkiyədə belə rektorlar çox azdır, İbrahim müəllim həmişə yanımıza gəib bizlə maraqlanıb”.

Rektorun hər auditoriyada tələbələrə ilk sualı onların təhsili və problemləri ilə bağlı oldu – Dərsləriniz necə gedir, nə çətinlikləriniz var, problemləriniz nədir? Pandemiya ilə bağlı müəyyən məhdudiyyətlər üzündən bir aydır dərsə başlayan tələbələrin ilk “problemi” tələbə bileti və rus dilində dərsliklərin çatışmazlığı ilə bağlı oldu. Rektor Zəfər bayramından sonra onların dərhal həll olunacağını dedi. Tələbələr çəkinmədən, ehtiyat etmədən İ.Cəfərovla söhbətləşir, fikir və təkliflərini, problemlərini söyləyirdilər. Şahidi olduq ki, İ.Cəfərov hər bir tələbə tərəfindən sevilir - bir rektor, ata, müəllim, ziyalı kimi. Eyni zamanda ADAU-da demokratik mühitin, fikir prülatizminin yaradıldığını, tələbəyə böyük önəm verildiyini gördük.

İştirak etdiyimiz tədbirlərdə tələbələrin, valideyin və qonaqların İ.Cəfərovun humanistliyi ilə bağlı dedikləri isə onun bir daha böyüklüyünün göstəricisi idi – Gəncəyə atılan raket hücumlarından zərər görən, şəhid, aztəminatlı ailələrə yardımlar etməsi, imkansızların xəstəxanalarda müalicəsini öz üzərinə götürməsi, bayramlarda onları ziyarət etməsi bir rektorun xeyirxahlığından, insanlığından xəbər verdi. Orada öyrəndik ki, İ.Cəfərov universitetdə təhsil alan imkansız tələbələrə də daima dəstək olub. Məsələn, Ermənistanın Gəncəni bombalaması zamanı hər iki valideynini itirən tələbə Əliyeva Sevil Anar qızı təhsil aldığı bütün illərdə 150 manat əlavə təqaüdlə təmin edilib. Biz bir daha İ.Cəfərovun müdrik, humanist və ədalətli rektor olduğunu gördük, eşitdik. İ.Cəfərov həqiqətən də gəncəlilərin dilində dastana çevrilib.

***
Gəncəlilərin dilində dastana çevrilən ADAU və rektoru
Zəfər günü ilə bağlı ikinci bir tədbir universitetin inzibati inasında düzənləndi. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztütk, universitetin İkinci Qarabağ savaşında döyüşən tələbələri də iştirak etdilər. Üçüncü belə bir tədbir isə aqrar iqtisadiyyat fakültəsinin binasında keçirildi.

Bir-birindən fərqli, məzmunlu tədbirlər. Hər biri möhtəşəm. Tələbələrin ifaları, intonasiya, tərtibat, ssenari, yüksək peşəkarlıq.. Təsirdən zaldakıların sevinc, qələbə göz yaşları, coşqu, alqış... Təsəvvürümüzə gətirə bilməzdik... ADAU rəhbərliyi, pedaqoji və tələbə heyəti sözün əsl mənasında bizi təəccübləndirdi. Bir daha universitetdə əsl vətənpərvər gəncin yetişdiyinin şahidi olduq. ADAU-nun tələbələrinin timsalında Azərbaycanın gələcəyinin etibarlı, vətənpərvər gənclərin əllərində olduğunu gördük.

***

ADAU-nun Mühəndislik korpusunun arxasında yerləşən Tələbə parkı isə əsl cənnətməkandır. Park 2021-ci ildə həyata keçirilən əsaslı yenidənqurma işlərindən sonra yenidən tələbə və müəllimlərin istifadəsinə verilib. Yeni layihə əsasında yenidən qurulan parkda tələbələrin daha rahat və səmərəli istirahətinin təşkil olunması məqsədilə velosiped nəqliyyatının təşviqi, park ərazisində velosiped yolu ilə bağlı infrastrukturun qurulması istiqamətində işlər görülüb. Həmçinin park ərazisində istirahət zonaları abadlaşdırılıb, müasir fiqurlardan ibarət kompozisiyalar quraşdırılıb.
Tələbələr üçün yaradılan bütün imkan və şəraitdən isə yazmaq üçün saatlar lazımdır. İki Tələbə evində də olduq. Xatırladaq ki, 17 fevral 2016-cı il tarixində Prezident cənab İlham Əliyev Gəncə şəhərinə səfəri çərçivəsində çoxsaylı obyektlərin, o cümlədən ADAU-nun birinci müasir tələbə evinin açılışında iştirak edib. Kompleksin dörd korpusu yeddi mərtəbəli, bir korpusu isə altı mərtəbəli binalardan ibarətdir.

Əsas korpusun foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdikləri qayğını, həmçi¬nin Gəncəyə səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Yataqxanadakı 257 otağın 251-i iki¬nəfərlik, altısı isə üç nəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və mətbəx var.
İkinci Tələbə evi isə 4 il öncə tikilib. 10 noyabr 2017-ci il tarixində Prezident İlham Əliyev universitetin tələbələri üçün yeni inşa edilən 514 yerlik ikinci tələbə evinin açılışında iştirak edib. Ümumi ərazisi 13 640 kvadratmetr olan kompleks dördü 7 mərtəbəli və biri 6 mərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Kompleksdəki 257 otağın hamısı zəruri mebel və inventarla təchiz edilib. Hər mərtəbədə istirahət guşələri və mətbəx yaradılıb.
Hər iki Tələbə evində qeydiyyat şöbəsi, zəngin kitabxana, stomatoloji kabinet, müayinə otağı, valideynlərlə görüş otağı yaradılıb, fotoatelye fəaliyyət göstərir. Binalarda akt və fitnes zalları, ticarət, iaşə və məişət xidməti obyektləri də var. Yataqxanaların su, elektrik, istilik və rabitə xətləri ilə təmin edilməsi üçün fərdi qazanxana, hovuz, nasosxana və transformator yarımstansiyası inşa olunub. Kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli imkan yaradılıb. Yataqxanalar beş ulduzlu otellərdən geri qalmır. Burada yaradılan şərait, səliqə-səhman, təmizlik, yüksək xidmət bölgələrdəki istirahət mərkəzlərində belə yoxdur. Bir sözlə, tələbə heç bir yerə çıxmadan burada yaşaya, təhsil ala, istirahət edə bilər.

***
Gəncəlilərin dilində dastana çevrilən ADAU və rektoru
... Elmi-tədqiqat mərkəzləri (9 mərkəz), Laboratoriyalar (7 laboratoriya), Eksperimental Heyvandarlıq Kompleksi, Baytarlıq Kilinkası, Bitki Klinikası, Tələbə təşkilatları (3 təşkilat), Mərkəzlər (3 mərkəz), Klubların (6 klub) fəaliyyəti ADAU-nun nəinki ölkəmizdə, eləcə də Cənubi Qafqazda möhtəşəm, müqayisəedilməz təhsil mərkəzlərindən biri olduğunu deməyə əsas verir.

***

ADAU ilə bağlı 3 cildlik kitab yazmaq olar. Danışmaqla, gəzməklə, yazmaqla bitməz. Bütün bunlar İ.Cəfərovun ADAU-ya rektorluğu dönəminin, 9 ilin nəticəsidir. Bu günün təmiz, şəffaf, möhtəşəm ADAU-nu ərsəyə gətirmək ona heç də asan başa gəlməyib, bu yolda çox maneələr, təqiblər, təzyiqlər olub. Lakin İ.Cəfərov bütün maneələri dəf edə bilib, təzyiqlərə sinə gəlib. Çünki onun amalı şəxsi yox, milli maraqlara xidmət etməkdir, Azərbaycan gəncinə təhsil vermək, onu vətənpərvər yetişdirmək, təcrübəli kadr hazırlamaqdır. Onu da qeyd edək ki, ADAU nəinki ölkə və Cənubi Qafqazda, eləcə də dünyada nüfuz qazanıb. Universitet ABŞ, MDB ölkələri, Asiya ölkələri, Türkiyə, Avropanın reytinqli təhsil müəssisələri ilə əməkdaşlıq edir.

Dünyanın rənglərinə aldanmayan, zənginliklərə qalib gələn İ.Cəfərovun qətiyyəti nəticəsində bu gün ADAU-nu ölkənin ən qabaqcıl və nümunəvi təhsil ocaqları sırasına daxil edilib. Deyərdik ki, ADAU ölkədə birincidir. Yazdıqlarımıza və universitetin saytında (adau.edu.az) yerləşdirilən daha geniş, ətraflı bilgilərə şübhə ilə yanaşan varsa, o zaman Gəncəyə gedib, qələmə aldıqlarımızın artığının şahidi ola bilərlər...

Cavid
Gəncə-Bakı-Gəncə

Paylaş:
Digər xəbərlər

Sosial

7-09-2021, 12:33

Məktəblər açılır: Tədris nə vaxt başlayır və necə olacaq?

Sosial

23-08-2021, 20:38

Məktəblərdə “Zəfər tarixi” tədris olunacaq.

Sosial

12-08-2021, 10:11

Xaricdə təhsil alanların nəzərinə! - Bu halda diplomunuz TANINMAYACAQ

Sosial

9-08-2021, 13:35

Bu universitetlərin diplomları Azərbaycanda TANINMAYACAQ - SİYAHI

Gündəm / Siyasət / Sosial

14-07-2021, 21:14

Kəmaləddin Fəttah oğlu Heydərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Sosial

6-07-2021, 10:07

Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma başa çatıb

Siyasət / Sosial / Təhsil

8-02-2021, 16:32

“Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs oldu

Siyasət / Sosial

5-02-2021, 00:41

Prezident İlham Əliyev Altay Həsənovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi

Sosial / Təhsil / Səhiyyə

30-01-2021, 17:38

Bir sıra məktəblər dezinfeksiya ilə bağlı təlimata əməl etməyib

Sosial

30-10-2020, 13:41

Təhsil naziri əyani təhsilə nə vaxt keçiləcəyini ELAN ETDİ

Sosial

20-09-2020, 15:18

Kimlər təhsil haqqı ödəməkdən azaddırlar? - SİYAHI

Gündəm / Siyasət / Sosial / Təhsil

5-09-2020, 18:20

ADAU rəqib tanımır

Son xəbərlər
  • Bugün, 20:03
    Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?
  • Bugün, 18:02
    Müdafiə Nazirliyinin hərbçiləri təltif olunub
  • Bugün, 18:00
    Lukaşenko Zelenskinin nümayəndələri ilə görüşdüyünü açıqladı
  • Bugün, 17:54
    AŞPA Gürcüstanın Avropa Şurası standartlarına sadiqliyini sual altına aldı
  • Bugün, 17:44
    “AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
  • Bugün, 13:44
    AŞPA Azərbaycanda tənqidi səslərin susdurulmasını pisləyib
  • Dün, 12:03
    “AŞPA: Serbiyada demokratiya və ictimai azadlıqlarla bağlı ciddi narahatlıqlar var”.
  • 23-06-2026, 21:52
    Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək
  • 23-06-2026, 18:15
    Christophe Lacroix: “Azərbaycanda artıq totalitar dövlət modelindən söhbət gedir”
  • 23-06-2026, 16:41
    Avropa Şurası Konqresi Gürcüstanda yerli özünüidarəetmə ilə bağlı vəziyyəti qiymətləndirəcək
  • 23-06-2026, 16:05
    Tanja Gonggrijp Avropa Şurasının Baş katibinin müavini seçildi
  • 22-06-2026, 19:00
    İran Prezidenti Pakistana səfər edəcək
  • 22-06-2026, 18:57
    Nazir repetitorluğun qadağan olunması məsələsinə münasibət bildirdi
  • 22-06-2026, 18:54
    “Dostluq” tankeri Azərbaycan-Türkmənistan münasibətlərinin yeni rəmzi oldu
  • 22-06-2026, 18:51
    2026-cı il Vigdís Mükafatı “My Voice, My Choice” hərəkatına verildi
  • 22-06-2026, 14:44
    AŞPA-da dənizdə xilasetmə əməliyyatlarına həsr olunmuş fotosərgi təşkil olunub - Foto reportaj
  • 22-06-2026, 01:56
    Tramp və Meloni arasında gərginlik: Sorğular İtaliya baş nazirinin mövqeyini gücləndirir
  • 21-06-2026, 15:38
    Bakıda avtobus yaşlı qadını vuraraq öldürüb
  • 21-06-2026, 13:35
    AŞPA-dan Azərbaycanla bağlı sərt hesabat: “Tənqidi səslər sistemli şəkildə susdurulur”
  • 20-06-2026, 23:33
    Aydın Süleymanlı dünya reytinqinin lideri Maqnus Karlseni məğlub etdi
  • 20-06-2026, 22:22
    Azərbaycan üzərindən Rusiyadan Ermənistana 490 ton buğda göndərilib
  • 20-06-2026, 22:21
    Füzulidə 15 yaşlı yeniyetmə su kanalında boğulub
  • 20-06-2026, 22:10
    Ceyhun Bayramov Özbəkistanlı həmkarı ilə telefonla danışıb
  • 20-06-2026, 22:09
    İran Hörmüz boğazının bağlandığını elan edib
  • 20-06-2026, 21:36
    Azərbaycanda axtarışda olan 148 nəfər saxlanılıb
  • 20-06-2026, 21:34
    Azərbaycanda 24 mindən çox çətənə kolu məhv edilib
  • 20-06-2026, 21:33
    Azərbaycandan Ermənistana daha 1000 ton dizel yanacağı göndəriləcək
  • 20-06-2026, 21:06
    JAL 123: Tarixin ən faciəli təyyarə qəzalarından biri
  • 20-06-2026, 15:14
    Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb: iqtisadi təzyiqlər fonunda qərar
  • 20-06-2026, 15:11
    Krımda gecə hücumundan sonra yanğınlar: Təsərrüfat və enerji obyektləri hədəfdə
  • 20-06-2026, 15:06
    Trampdan Meloni ilə bağlı yeni açıqlama
  • 20-06-2026, 15:05
    Culfa sakini dəm qazından boğularaq ölüb
  • 20-06-2026, 15:04
    İngiltərədə iki qatar toqquşub, xəsarət alanlar var
  • 20-06-2026, 15:03
    Aİ Çin avtomobillərinə qarşı yeni rüsumlar hazırlayır
  • 20-06-2026, 14:59
    Dübəndi çimərliyində neft qalıqları aşkarlandı – əraziyə FHN cəlb olundu
Daha çox
Çox oxunanlar
19-06-2026, 00:28
İrandan Ermənistanla bağlı sərt açıqlama yayıldı
22-06-2026, 01:56
Tramp və Meloni arasında gərginlik: Sorğular İtaliya baş nazirinin mövqeyini gücləndirir
21-06-2026, 13:35
AŞPA-dan Azərbaycanla bağlı sərt hesabat: “Tənqidi səslər sistemli şəkildə susdurulur”
22-06-2026, 14:44
AŞPA-da dənizdə xilasetmə əməliyyatlarına həsr olunmuş fotosərgi təşkil olunub - Foto reportaj
19-06-2026, 13:16
Rusiyada şok: “Bütün Moskva yanır!”
19-06-2026, 18:44
AŞPA-nın Strasburq sessiyasında Azərbaycanda transmilli repressiyalar məsələsi gündəmə gələ bilər
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək
Nazir repetitorluğun qadağan olunması məsələsinə münasibət bildirdi
AŞPA-da dənizdə xilasetmə əməliyyatlarına həsr olunmuş fotosərgi təşkil olunub - Foto reportaj
Trampdan Meloni ilə bağlı yeni açıqlama
Rusiya Xarkova KAB bombaları ilə zərbə endirib: ölən və yaralananlar var
Prokuror “Arzum 9999” ləqəbli bloqer üçün 5 il 9 ay həbs cəzası istəyib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə