USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Təhsil ocaqlarında baş verən xoşagəlməz hadisələrin sayı durmadan artır"

Sosial

27-01-2022, 12:46

"Təhsil ocaqlarında baş verən xoşagəlməz hadisələrin sayı durmadan artır"Gündəlik həyatda çox nadir hallarda təəssüf, xəcalət və qəzəb hissləri eyni anda və birgə yaşanır.

Bu günlərdə sosial şəbəkələrdə paytaxtın Xətai rayonundakı 165 nömrəli orta məktəbdə şagirdlərin dərs vaxtı qeyri-etik, daha doğrusu, əxlaqsız hərəkətləri ilə bağlı yayılan video mənə bu hissləri məhz eyni zamanda yaşatdı.

Təəssüfləndim... Çünki iştirakçıları yeniyetmələr olan bu yolverilməz hadisə başqa bir məkanda, hər hansı bir ictimai yerdə deyil, məhz təlim və tərbiyə ocağında baş verib. Çünki məktəb rəhbərliyi deyilənə görə, hüquq-mühafizə orqanlarının daim nəzarətində olan, “çətin tərbiyə olunan” yeniyetmənin qarşısında aciz qalıb. Çünki sinif otağında nalayiq hərəkətlərə yol vermiş məktəblilərin valideynləri ictimai qınaq obyektinə çevrilməkdənsə, “dərsin təşkilində yol verdiyi nöqsanlara görə” həmin videoda yer alan fənn müəlliminə töhmət verilib.

Xəcalət çəkdim... Şərəfli peşə sahibi adını daşıyan qadın müəllimin şərəfsiz gənclər tərəfindən təhqir edilməsinin, ələ salınmasının şahidi olmaq acınacaqlıdır. Bilik və bacarıqlarını, həyat təcrübəsini uşaq və gənclərlə bölüşməli olan müəllim bu hoqqabazlar qarşısında necə də aciz görünür. Ayaqlarını parta üzərində uzadıb həmyaşıdlarının əxlaqsızlığını həvəslə telefon kamerasına həkk edən şagirdi qarşısında başını aşağı dikib yazı yazan müəllimə görə xəcalət çəkdim... Və onun həmin anda nələr çəkdiyini təssəvvür etməyə çalışdım. Bacarmadım...

Qəzəbləndim... Çünki çətin tərbiyə olunan, adi etik davranış qaydalarına biganə yanaşan, hərəkətləri ilə valideynlərin adını bədnam edən bu yeniyetmələr barədə rəhbər orqanlara dəfələrlə müraciət olunmasına baxmayaraq, pandemiyanı bəhanə gətirib onların müvafiq təlim-tərbiyə müəssisəsinə köçürülmsi ilə bağlı heç bir tədbir görməyən məsul şəxslər öz vəzifə borclarına vicdanla yanaşmırlar. Məgər şəhidlərimizin canı və qanı hesabına qazanılmış Qələbə pandemiya dövrünə təsadüf etmədimi? Məgər işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri bu çətin dövrdə geniş vüsət almırmı? Bu hadisə ilə bağlı izahı məntiqsiz, əməli məsuliyyətsiz məmurların səriştəsizliyi və biganəliyi qəzəb hissi doğurmaya bilməz.

Bu nadan yeniyetmələrin valideynlərinə deməyə söz tapmıram. Bircə onu bilirəm ki, övladına düzgün tərbiyə verməyən valideyn ən sərt və kəskin ictimai qınaq obyektinə çevrilməlidir.

Məlumdur ki, övlad ata və anasının əməllərinə görə məsuliyyət daşıya bilməz. Amma uşaqların tərbiyəli övlad, ləyaqətli vətəndaş kimi formalaşmasına görə ən böyük məsuliyyət ilk növbədə valideynlərin üzərinə düşür. Niyə əvvəlki dövrlərdə olduğu kimi, nalayiq hərəkətlərə yol verən, məktəbdə müəllimi təhqir edən şagirdlər barədə valideynlərin iş yerinə məktub ünvanlanmır, onların işlədikləri idarə və ya təşkilatın rəhbərliyi və kollektivi övladını düzgün tərbiyə etməyən əməkdaşı ictimai qınaq obyektinə çevirmək imkanından məhrumdurlar? Nə vaxtadək şagird, müəllim və valideyn “üçbucağında” sonuncu “bucaq” məsuliyyətdən kənar qalacaq? Niyə çətin tərbiyə olunan uşaqlar üçün xüsusiləşmiş orta təhsil müəssisəsi paytaxtda deyil, əyalətdə (Qubada) fəaliyyət göstərməlidir? Heç bir cəza tədbirinə məruz qalmayan yeniyetmənin təkrarən etik davranış qaydalarını pozmayacağına kim zəmanət verə bilər? Niyə məktəblərdə şagirdlərin təlim və tərbiyəsinə bir yox, bir neçə təhsil işçisinin – məktəb direktoru, tərbiyə işləri üzrə direktor müavini, sinif rəhbəri, fənn müəllimləri, psixoloq, “məktəblinin dostu” və s. cəlb olunduğu halda, təhsil ocaqlarında baş verən xoşagəlməz hadisələrin sayı durmadan artır?
Bu suallara cavab axtarışı vətəndaş cəmiyyətində ətraflı müzakirələrin aparılmasını, təcrübəli təhsil işçiləri və müvafiq qurumların məsələyə ciddi münasibət bildirməsini tələb edir.

Könül Quliyeva
"Uşaqların Gələcəyi Naminə" İctimai Birliyin sədri

Paylaş:
Digər xəbərlər

Sosial

24-01-2022, 10:26

Daha bir məktəb koronaya görə bağlandı

Sosial

21-12-2021, 10:51

Məktəb direktorlarının təyinatı səlahiyyəti TN-ə verilib

Sosial

29-10-2021, 12:13

Valideynlər övladlarını məktəbə getməyə qoymurlar

Sosial

29-10-2021, 11:01

10 yaşlı məktəbli koronavirusa yoluxdu, sinif bağlandı

Sosial

6-10-2021, 11:40

Bakıda bu məktəblərdə korona aşkarlandı

Sosial

29-09-2021, 10:30

Bu gün neçə tələbə dərsə başlayıb?

Sosial

17-05-2021, 13:20

Yaz imtahan sessiyası distant keçiriləcək - ƏMR

Sosial

6-05-2021, 14:19

Sosial şəbəkədə video yayıldı, DSX rəisi göstəriş verdi

Sosial

6-05-2021, 12:36

4 məktəb direktoru işdən çıxarıldı

Siyasət / Sosial / Təhsil

8-02-2021, 16:32

“Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs oldu

Sosial / Təhsil / Səhiyyə

6-02-2021, 01:56

Əyani tədris başlayandan neçə müəllim koronavirusa yoluxub?

Sosial / Təhsil / Səhiyyə

2-02-2021, 23:06

Təhsil Nazirliyi COVİD-19-a yoluxan şagirdlərin sayını açıqladı - FOTO

Son xəbərlər
  • Dün, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • Dün, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • Dün, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • Dün, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • Dün, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • Dün, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • Dün, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
Daha çox
Çox oxunanlar
14-09-2026, 13:28
Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
14-09-2026, 13:37
Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
16-09-2026, 12:06
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
14-09-2026, 13:33
Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
14-09-2026, 13:30
Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
14-09-2026, 13:40
Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə