USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

“Nəvənin 200 min dollarlıq nəziri var” – Generala bu mesajı kim yazıb?

Video

7-04-2020, 15:18

“Nəvənin 200 min dollarlıq nəziri var” – Generala bu mesajı kim yazıb?Baş Prokurorluğun generalının ailəsini ölümlə hədələyən dəstə üzvləri Ali Məhkəməyə kassasiya şikayəti veriblər.

“Yeni Sabah”ın məlumatına görə, kassasiya şikayətinə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 28, 120.2.1, 28, 120.2.5, 28, 120.2.7, 28, 120.2.11, 182.3.1, 182.3.2, 273-2-ci maddələri ilə təqsirli bilinən Zaur Zahir oğlu Hüseynov 13,5 il, onunla birlikdə həbs olunan Yüzbəyov Emil Ənvər oğlu 10,5 il , Yüzbəyov Əlisultan Vaqif oğlu isə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İttiham aktına görə, təqsirləndirilən şəxslər Baş Prokurorluğunun Maddi-Texniki Təminat Şöbəsinin rəisi, ədliyyə generalı Niyaz Balaca oğlu Məmişovun nəvəsini, digər ailə üzvlərini oğurlamaqla hədələyib, ondan 1 milyon dollar pul tələb ediblər.

Belə ki, Zaur Hüseynov tanışları Emil və Əlisultan Yüzbəyovla cinayət ələqəsinə girərək mütəşəkkil dəstə yaradıb, həmin dəstəyə rəhbərlik edib. Qruplaşma üzvləri N.Məmişovun qardaşı, bizneslə məşğul olan Tərlan Məmişov və onun yaxın qohumlarına məxsus əmlakı ələ keçirmək məqsədilə onların öldürlməsini planlaşdırıblar. İstintaqın gəldiyi qənaətə görə, Zaur Hüseynov 2017-ci ilin sentyabrında Rusiya ərazisinə keçərək, “Şirvanovka” nəzarət-buraxılış məntəqəsindən İMEİ kod göstəriciləri dəyişdirilmiş mobil telefonla Niyaz Məmişova “Whatsapp” proqramı vasitəsilə mesaj göndərib. Generalı qızının, qardaşlarının və nəvəsinin rəhbərlik etdiyi mütəşəkkil dəstə tərəfindən öldürüləcəyi ilə hədələyərək üç gün ərzində 200 min dollar verilməsini tələb edib.

İstintaq materiallarında deyilir ki, Z.Hüseynov generala təxminən bu məzmunda mesajlar göndərib: “Sənin nəvənin 200 min dollar nəziri var, üç gün ərzində bu nəziri versəniz hər şey yaxşı olacaq, əgər vermək istməsəniz təəssüf ki, bizim istəmədiyimiz şeylərə əl qoyacağımıza şərait yaratmış olacaqsınız. Məbləği hansı şəhərdə təhvil verməyinizi deyəcəyəm. Əks halda siz bir neçə milyona da bunu bərpa edə biməzsiniz”; “Demək sən mənim dediyimi başa düşmədin, ya da pul sənə nəvəndən şirindir”; “Sənin ölümün prokurorluğun 4-cü mərtəbəsində olacaq, otağın solunda seyfin yanında. Birinci kimin öləcəyini axşam saat 8-də zəng vurub deyəcəyəm”.

Z.Hüseynov iki dəfə Dərbənd şəhərindən N.Məmişovla telefon əlaqəsi yaradıb, onunla danışıb. Hədə-qorxu mesajları sentyabrın 15-ə kimi davam edib. Sonuncu dəfə isə Z.Hüseynov Məmişovdan ən geci sentyabrın 20-ə kimi 1 milyon dollar verməyi tələb edib.

Təqsirləndirilən şəxslər onlara elan olunmuş ittihamları qəbul etmirlər. Zaur Hüseynov Niyaz Məmişova mesaj yazıb pul tələb etdiyini etiraf etsə də, məqsədinin kiminsə pullarını ələ keçirmək olmadığını deyir. “Məsələ ittihamda yazıldığı kimi deyil. Məqsədim Niyaz Məmişovdan mənə borclu olduğu pulu almaq olub”-təqsirləndirilən şəxs ifadəsində bildirib.

Z.Hüseynov ifadəsində 2005-ci ildən sahibkar kimi tikinti sektorunda işlədiyini, özünə tikinti briqadası qurduğunu, təmir-tikinti işləri apardığını göstərib. O, Baş Prokurorluğun şöbə rəisi üçün Xaçmazda ev tikintisinə rəhbərlik edib. İfadəsində bildirib ki, 2009-cu ildən etibarən N.Məmişovla işləyirdi, onun Xaçmaz rayonu Muxtadır qəsəbəsindəki evini, qardaşı Tərlan Məmişovun həmin kənddəki “Lider” adlı mağazasını, Xudat şəhərində Məmişov qardaşlarının ata evlərinin tikintisini həyata keçirib. 2015-ci ilin sonlarında Tərlan Məmişov ona özünün Xudatdakı evinin sökülüb yenidən tikilməsini də tapşırıb. Amma həmin evin söküntü-tikintisi zamanı T.Məmişovla münasibətləri pozulub və general onu işləməyə qoymayacağı haqda xəbərdarlıq edib. Belə ki, evin tikinti işlərinin başa çatmasına az qalmış N.Məmişov Z.Hüseynova pul verməkdən imtina edib. O, tikinti materiallarına nisyə aldığından külli miqdarda borcu yığılıb. Habelə işçiləri ondan pullarını istəyəndə çıxılmaz vəziyyətə düşüb. N.Məmişov ümumi borcun bir hissəsini ödəsə də, 40 min manat pulu verməkdən imtina edib. Əsəblərinə hakim ola bilməyən Z.Hüseynov isə N.Məmişovdan qisas almaq üçün ona mesaj yazaraq hədələyib, pul tələb edib.

Digər təqsirləndirilən Yüzbəyovlara gəlincə isə onlar ifadələrində ümumiyyətlə N.Məmişovu tanımadıqlarını göstəriblər. Danışıqlar zamanı istifadə edilən mobil telefon Ə.Yüzbəyovun həyat yoldaşı Şəbnən Əliyevaya məxsus olub. Ə.Yüzbəyovun əmisi oğlu Emil Xudat şəhərində kompüter və telefon ustası işləyib. Z.Hüseynov Emildən köhnə telefon almaq istədiyini deyib, o da əmisi oğlu Əlisultanın arvadının köhnə telefonunu satmaq istədiyini bildiyindən həmin telefonu ondan alıb Zaura satıb. İstintaq zamanı E.Yüzbəyov ifadəsində daimi müştərisi Z.Hüseynovun prokurorluqda yüksək vəzifədə işləyən şəxs tərəfindən haqsızlığa uğradığını, həmin şəxsə zəng vurub ailə üzvlərini hədələmək üçün mobil telefon lazım olduğunu deyib: “Valideynlərim rəhmətə gedib. Əmimin ailəsi ilə birgə baba evində tək yaşayıram. Özümün telefon-komputer emalatxanasında işləyirəm. Zaur dedi ki, haqqı olan 400-500 min manatı tələb edəcək. Bu işin müqabilində gələn il Həcc ziyarətinə 20 mömin göndərəcək, Həcc səfərlərinin xərclərini verəcək. Həmin yüksək vəzifəli şəxsin adını soruşdum, demədi. Mənə dedi ki, zənglər Rusiyadan ediləcək, heç bir problem olmayacaq”.

Paylaş:
Digər xəbərlər

Video

6-04-2020, 14:34

Keçmiş nazirin adı hallanan cinayət işi ilə bağlı YENİ QƏRAR — VƏZİFƏLİ ŞƏXSLƏRİN İŞİ

Bölgə

23-03-2020, 12:55

Cəlilabadda polisə xəsarət yetirilməsi ilə bağlı rəsmi açıqlama

Hadisə

13-03-2020, 13:55

Azərbaycanda məmur həbsləri davam edir... - 2 nəfərin qoluna qandal vuruldu...

Hadisə

12-03-2020, 14:40

Bakıda 3 nəfərdən hədə-qorxu ilə pul tələb edən şəxslər tutuldu

Sosial

11-03-2020, 12:51

Həbs olunan gömrükçülərə 4 aylıq İLKİN CƏZA - TƏFƏRRÜAT

Araşdırma

11-03-2020, 12:00

YAP-ın rayon təşkilatı sədrinin oğlu barəsində cinayət işi başlanıldı - TƏFƏRRÜAT

Hadisə

9-03-2020, 16:10

Həbsdə olan baş həkimdən YENİ XƏBƏR

Gündəm

7-03-2020, 14:59

Məhbus bir aydır aclıq edir: Ölüm ayağındadır - ATA FƏRYAD EDİR

Video

26-02-2020, 16:25

Məhkəmə "Real" MTK-nın icraçı direktoru barədə qərar verdi

Son xəbərlər
  • Dün, 23:06
    Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
  • Dün, 22:21
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
  • Dün, 10:42
    Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
Daha çox
Çox oxunanlar
Dün, 10:42
Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
21-09-2026, 19:55
Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
25-09-2026, 19:43
“AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
Dün, 22:21
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Dün, 23:06
Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə