USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Keçmiş nazirin adı hallanan cinayət işi ilə bağlı YENİ QƏRAR — VƏZİFƏLİ ŞƏXSLƏRİN İŞİ

Video

6-04-2020, 14:34

Keçmiş nazirin adı hallanan cinayət işi ilə bağlı YENİ QƏRAR — VƏZİFƏLİ ŞƏXSLƏRİN İŞİAzərbaycan Müəllimlər İnstitutunun Quba filialında direktor vəzifəsində işləmiş Məhəmməd Əliyev, direktor müavini Nurbala Süleymanov, əlavə təhsil üzrə direktor müavini Əmirağa Şixməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

foto.info.az-ın əldə etdiyi məlumata görə, Məhəmməd Əliyev 2001-ci ilin avqustundan direktoru olduğu institutun filialına qəbulla əlaqədar olaraq müraciət edən Quba rayonu, Bağbanlı kənd sakini Nuru Əliyarovun gəlini Mirvari Əliyarovanın institut filialının qiyabi təhsilə qanunsuz qəbul olunmasına, yəni dərslərdə və sessiyalarda iştirak etmədən imtahanlarda müvəffəq qiymət yazılmasına görə ilkin olaraq 1000 manat, beş illik təhsil müddəti üçün isə hər il üçün təhsil haqqı kimi 240 manat alıb.

Direktordan diplom tələbi

Təhsil müddəti bitdikdən sonra Mirvari Əliyarova təhsil müəssisəsini bitirməsinə dair diplomun verilməsini Məhəmməd Əliyevdən tələb edib. O, direktoru olduğu institutda yer olmadığı üçün onun, yəni Əliyarovanın başqa ali təhsil müəssisəsinə köçürüldüyünü bildirib.

Bununla da o, qanunsuz hazırlanmış, guya Müəllimlər İnstitutunun Qazax filialında təhsil almaqla oranı riyaziyyat-informatika ixtisası üzrə tam kursu 2004-cü ildə bitirməsi barədə saxta diplomu 2006-cı ildə Əliyarovaya təqdim edib.

İxtisasdəyişmə kursu adı ilə dələduzluq

Bundan başqa, Məhəmməd Əliyev və Nurbala Süleymanov 2003-cü ildə institutda yenidən hazırlanma və ixtisasartırma (ixtisasdəyişmə) kursları fəaliyyət göstərmədiyi halda, həmin ilin sentyabrında onlara müraciət etmiş Siyəzən rayonu, Gilgilçay qəsəbə orta məktəbinin müəllimi Vüqar Məcidovdan kurslara qəbul olunması, lakin təhsil müddətində dərslərdə və sessiyalarda iştirak etmədiyi halda ona müvafiq qiymətlər yazılması barədə razılığa gəliblər.

Onlar bunun üçün Vüqar Məcidovdan 260 manat alıblar. Təhsil müddəti başa çatdıqdan sonra isə Məcidova guya Azərbaycan Dövlət Pedaqoji Universitetini riyaziyyat-informatika ixtisası üzrə bitirməsi barədə yalan məlumat olan 25 avqust 2004-cü il tarixli diplom təqdim ediblər.

800 manatlıq dələduzluq

Daha sonra Məhəmməd Əliyev, Nurbala Süleymanov, habelə Əmirağa Şıxəmmədov işlədikləri filialda yenidən hazırlanma və ixtisasdəyişmə kursu fəaliyyət göstərmədiyi halda, 2005-ci ilin yayında yenidən hazırlanma və ixtisasdəyişmə kursuna qəbul olunmaq üçün müraciət etmiş Qusar şəhər sakini Alidə Bəkirovadan etibardan sui-istifadə etmə və aldatma yolu ilə 800 manat alıblar.

Faktiki olaraq hər hansı təhsil müəssisəsində təhsil almayan Alidə Bəkirovaya isə təhsil müddəti başa satdıqdan sonra guya özlərində müvafiq kurs açılmaması səbəbindən onun başqa instituta köçürüldüyünü bildirib, ona 2005-ci ilin iyun ayında guya Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının riyaziyyat-informatika ixtisası üzrə bitirməsi barədə saxta diplom verilib.

İki filial rəhbərinin birgə saxtakarlığı

İstintaq sənədlərinə görə, Məhəmməd Əliyev, Nurbala Süleymanov, həmçinin Əmirağa Şıxməmmədov qulluq mövqelərindən dəfələrlə təkrar sui-istifadə ediblər. Onlar Müəllimlər İnstitutu Quba filialında yenidən hazırlanma və ixtisas dəyişmə kursları fəaliyyət göstərmədiyi halda 2005-ci ilin yay aylarında məhz həmin kurslara qəbul olunması üçün müraciət edən Siyəzən şəhər sakini Zavər Səmədovdan aldatma və etibardan sui-istifadə etmə yolu ilə 500 manat pulunu ələ keçiriblər.

Zavər Səmədov dərs və sessiyalarda iştirak etmədiyi halda təhsil müddəti başa çatdıqdan sonra ona guya Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialını 2005-ci ildə təhsil pedaqogikası və metodikası ixtisası üzrə bitirməsi barədə həmin ilin iyun ayında saxta diplom təqdim ediblər.

Bundan başqa, Məhəmməd Əliyev və Nurbala Süleymanov təkrarən cinayət əlaqəsinə girərək, işlədikləri təhsil müəssisəsində yenidən hazırlanma və ixtisasartırma kursları fəaliyyət göstərmədiyi dövrdə, yəni 2005-ci ilin iyulunda onlara məhz həmin kurslara qəbul olunmaq barədə müraciət edən Siyəzən rayonu, Gigilçay qəsəbə sakini Səmayə Məmmədovadan 550 manat alıblar.

Saxta diplomlu müəllimlər

Təhsil müddəti başa çatdıqdan sonra özlərinin işlədiyi filialda müvafiq kursların açılmaması adı ilə onun sənədlərinin İnstitutun Qazax filialına köçürüldüyünü Səmayə Məmmədovaya bildiriblər.

Səmayə Məmmədovanın guya Qazax filialında oxuması və kursu biologiya müəllimi ixtisası üzrə bitirməsi barədə ona saxta diplom təqdim edilib.

Bundan başqa, Məhəmməd Əliyev və Nurbala Süleymanov 2007-ci ilin əvvəllərində İnstituta qəbul olunmaq üçün onlara müraciət etmiş Quba rayonu, Susay kənd sakini Polad Piroğlanovdan yenidən hazırlanma və ixtisasdəyişmə kursuna (belə kurs fəaliyyət göstərmədiyi halda) qəbul olunmasına, dərslərdə və sessiyalarda iştirak etməməsinə baxmayaraq, müvəffəq qiymətlər yazılmasına və müvafiq sənəd verilməsinə görə ondan dələduzluq yolu ilə 2000 ABŞ dolları alıblar.

Təhsil müddəti başa çatan zaman İnstitutun Quba filialında kursların açılmadığını bildirirək, 2007-ci ilin axırlarında Polad Piroğlanovun guya Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında təhsil alması və orada 2007-ci ildə riyaziyyat-informatika ixtisası üzrə tam kursu bitirməsi barədə ona saxta diplom veriblər.

Daha sonra Məhəmməd Əliyev və Nurbala Süleymanov həmin ilin əvvəllərində instituta qəbul olunması üçün müraciət etmiş Quba rayonu, Əliməmmədov kənd sakini Elşən Feyzullayevdən İnstitutun filialında yenidən hazırlanma və ixtisasdəyişmə kursuna qanunsuz qəbul olunmasına 2000 ABŞ dolları alıblar.

Təqsirləndirilən şəxslər təhsil müddəti başa çatan zaman filialda ixtisasdəyişmə kurslarının açılmadığını əsas gətiriblər. Onlar Elşən Feyzullayevə onun guya Azərbaycan Muəllimlər İnstitutu Qazax filialında təhsil alması və oranı riyaziyyat-informatika müəllimi ixtisası üzrə itirməsi barədə 2007-ci ilin axırlarında saxta diplom veriblər.

Bundan əlavə, Məhəmməd Əliyev və Nurbala Süleymanov 2008-ci ilin avqustunda onlara müraciət edən Siyəzən şəhər sakini İlqar Məmmədovdan onun qohumu Bəkir Hüseynovun təhsil müəssisəsinin tələbələri sırasına qanunsuz qəbul olunması, orada oxumadığı halda təhsil müəssisəsini bitirməsi barədə sənəd verilməsi üçün 2500 manat alıblar.

İstintaq orqanın gəldiyi nəticə: Rüşvət alma...

Bəkir Hüseynov hər hansı təhsil müəssisəsində faktiki olaraq oxumadığı halda onun guya sonradan Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinə, oradan isə Ağdam Dövlət Sosial İqtisad Kollecinə keçirilməsini əsas gətirilib.

Məhkumlar tərəfindən ona 2008-ci ilin sentyabrında guya Göyçay Kolleci Tərtər rayon filialının və Ağdam Kolleci yol-patrul fakultəsinin tələbəsi olması barədə ona 4 oktyabr 2007-ci və 15 sentyabr 2010-cu il tarixli saxta tələbə biletləri veriblər.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Məhkəmənin nəticəsi: Dələduzluq...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin ittiham olunduqları Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 313-cü maddələri həmin məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 313-cü (vəzifə saxtakarlığı) maddələrinə tövsüf edilib.

Məhkəmənin hökmü ilə Məhəmməd Əliyev və Nurbala Süleymanovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Hər iki təqsirləndirilən şəxsin barəsində 2 il sınaq müddəti təyin olunmaqla şərti cəza təyin edilib.

Həmçinin Məhəmməd Əliyev və Nurbala Süleymanovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü, Əmirağa Şıxməmmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 313-cü maddələri ilə təqsirli biliniblər. Həmin maddələrlə nəzərdə tutulan əmələ görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən onlara həmin maddələr üzrə cəza təyin edilməyib.

Qarşılıqlı şikayətlər

Hökmdən narazı qalan prokuror Ramin Nağdəliyev apelyasiya protesti verib. O, təqsirləndirilən şəxslərin barəsində olan hökmün ləğv edilməsini, onların cəzalarının ağırlaşdırılmasını istəyib.

Həmçinin təqsirləndirilən şəxslər də hökmdən narazı qalıblar. Onlar günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Bir müddət əvvəl Sumqayıt Apelyasiya Məhkəməsində işə baxan hakim heyəti apelyasiya şikayəti və protestinə əsasən hökmü dəyişdirib. Qərara görə, təqsirləndirilən şəxslərin əməlləri Cinayət Məcəlləsinin 32.5, 320.1-ci (iştirakçılıq, Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələrinə tövsüf edilib. Həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onlara cəza təyin edilməyib.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Kasasiya protestinə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyasi prokurorun protestini təmin edib. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Hökm dəyişdirildi

Bu dəfə şikayətlərə hakim Mübariz Zeynalovun sədrlik etdiyi kollegiyada baxılıb. Bir ilə yaxın davam edən məhkəmə araşdırıması bu günlərdə başa çatıb.

Hakim heyətinin sonda qəbul etdiyi qərara görə, Məhəmməd Əliyev və Nurbala Süleymanova aid hissədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Onların Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmələrinə dair müddəalar hökmdən xaric edilib. Təqsirləndirilən şəxslərin ittiham olunduqaları Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinmələrinə dair hissələrdə cəza təyin edilməyib. Buna səbəb həmin maddələr üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi əsas gətirilib.Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Prokurordan yenə etiraz

Sumqayıt Apelyasiya Məhkəməsinin sonuncu qərarından da prokuror narazı qalıb. Prokuror bununla bağlı kasasiya protesti verib. O, şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, hər üç təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması üçün işin yenidən apelyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini istəyib.

Prokurorun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Gülzar Rzayevanın icraatına verilib. Hakim heyəti prokurorun protestini təmin edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.

Sumqayıt Apelyasiya Məhkəməsində bu dəfə şikayətə hakim Elman Əhmədovun sədrlik etdiyi kollegiyada baxılıb. Prosesdə təqsirləndirilən şəxs qismində Məhəmməd Əliyev ifadə verib. O, elan olumuş ittihamlar üzrə özünü təqsirli bilməyib.

“Diplomlar nazirlikdə kompüter qeydiyyatından keçib”

Məhəmməd Əliyevin ifadəsinə görə, 2000-ci il tarixdə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialına direktor vəzifəsinə təyin edilib, 2012-ci ilin oktyabr ayına qədər o, həmin vəzifədə işləyib. Bir sıra testdən kənar tələblərin ali məktəbə qəbul etdirilməsindən danışan Məhəmməd Əliyev daha sonra ifadəsində qeyd edib: “Diplomların saxta olması məsələsi ortaya çıxan zaman Azərbaycan Respublikası Təhsil Nazirliyi icra aparatının rəhbəri, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının direktoru ilə quda olan İlham Pirməmmədovun yanına getdim. Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının direktoru diplomların göndərilməsini İlham Pirməmmədovdan istədim. Sonuncu da diplomları mənə göndərdi. Diplomlarda indeks kimi “YV” yazılmış, bu isə “yeni variant” mənasını verirdi. Bu ixtisasartırma kurslarında verilən diplomlar olub. İlham Pirməmmədov diplomlardakı nömrələrin nazirlikdən çıxan nömrələr olduğunu dedi. Keçmiş təhsil naziri Misir Mərdanovun imzası ilə həmin adamlara sertifikat verilib. Həmin şəxslərə xüsusi güzəştlə rayonlarda işləmək hüququ verilib. Diplomlar nazirlikdən çıxıb, sertifikat nazirin imzası ilə verilib, sonra özləri də diplomları saxta elan etdilər. Həmişə bütün diplomlar nazirlikdə kompüter qeydiyyatından keçib. Əgər həmin diplomlar qeydiyyatdan keçməmişdirsə, nə üçün 46-25-177/16 №-li, 16.01.2008-ci il tarixli məktubun keçmiş təhsil naziri Misir Mərdanovun imzası ilə verilməsi sualı cavabsız qalıb”.

Məhəmməd Əliyev əlavə olaraq göstərib ki, 2011-ci ildə 3 nəfər şəxs onun yanına gələrək diplomlarının saxta çıxdığını ona deyib: “Lakin hazırki iş üzrə adı keçən digər şəxslər - Vüqar Məcid oğlu Məcidovun, Səmayə Qərbalı qızı Abdulrəhimovanın, Bəkir Cəlil oğlu Hüseynovun Azərbaycan Respublikasının vətəndaşı olmaları barədə məndə məlumat olmayıb. Nurbala Süleymanov onları əsli Ağdam rayonundan olan, bir nəfər polis mayoru vasitəsilə, Mehman Zaman oğlu Məmmədov adlı şəxsin yanına aparıb, Məmmədov onların birini N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinə, birini Ağdama, birini də Tərtərə aparıb, sonradan onun həmin şəxslərin təhsil müəssisəsinə düzəlib-düzəlməməsi barədə məlumatım olmayıb.

Apelyasiya şikayətləri və protestinin dəlilləri araşdırılandan sonra qərar elan edilib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, təqsirləndirilən şəxslərin barəsində yeni hökm çıxarılıb.

Yeni hökmə əsasən, təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, onların hər biri barəsində 1 il sınaq müddəti olamqla 8 il müddətinə şərti cəza təyin olunub.

Paylaş:
Digər xəbərlər

Bölgə

17-03-2020, 11:51

Qazaxdakı bu təhsil ocağında nələr baş verir? - Müraciət...

Hadisə

14-03-2020, 13:32

Vergilər Nazirliyinin külli miqdarda vəsaiti mənimsənildi — Cinayət İŞİ

Gündəm

12-03-2020, 18:50

“Rayonları gəzib Hüseynqulu Bağırovun üzüm bağları üçün peyin toplayırdıq...” - "EKOLOJİ TƏMİZ” KORRUPSİYA, BAŞ MÜHASİB DANIŞIR

Səhiyyə

11-03-2020, 17:45

Azərbaycanda universitet koronavirusa görə distant təhsilə keçdi

Təhsil

11-03-2020, 11:00

Məktəblə bağlı alternativ mərkəzlər fəaliyyətə başladı

Bölgə

3-03-2020, 18:59

Naxçıvanda da təhsil müəssisələri bağlandı? - RƏSMİ AÇIQLAMA

Bölgə

28-02-2020, 14:11

Goranboyda ilginc mənzərə... - Dövlətin məktəbi özəlləşdirilib

Təhsil

25-02-2020, 17:40

Məktəb direktorunun işdən çıxarılması ilə bağlı rəsmi AÇIQLAMA

Təhsil

24-02-2020, 11:44

Martın 1-də IX siniflər üzrə buraxılış imtahanı keçiriləcək

Son xəbərlər
  • Dün, 21:32
    Rusiya Müdafiə Nazirliyindən İran barədə xəbərdarlıq: “ABŞ və İsrail dərhal müharibəni dayandırmalıdır”
  • Dün, 21:29
    Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
  • Dün, 20:27
    Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
  • Dün, 20:26
    “Fənərbaxça”nın prezidenti avtomobil qəzasına düşüb
  • Dün, 20:25
    Kral III Çarlz və Kraliça Kamilla aprel ayında ABŞ-yə dövlət səfəri edəcək
  • Dün, 20:23
    Azərbaycanda taksilərlə bağlı yeni tələblər tətbiq olunacaq
  • Dün, 20:22
    Mingəçevirdə 57 yaşlı kişi küçədə ölü tapılıb
  • Dün, 20:20
    SEPAH komandiri Pakistan ordusunun başçısının üzr istədiyini bildirib
  • Dün, 19:00
    31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunur
  • Dün, 13:06
    İran səfirinin Livandan qovulmasının səbəbi açıqlanıb
  • Dün, 13:04
    Minatəmizləyənlərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
  • 30-03-2026, 22:45
    Rusiya ordusu martın 24-nə keçən gecə Ukraynanın bir sıra bölgələrinə kütləvi hava zərbələri endirib.
  • 30-03-2026, 22:44
    Azərbaycan və İran XİN rəhbərləri telefonla danışıb
  • 30-03-2026, 18:37
    Rasim Balayev I Fəxri Xiyabanda dəfn edilib
  • 29-03-2026, 17:30
    Nazim Bəydəmirli müalicə müəssisəsinə köçürülüb
  • 29-03-2026, 17:28
    Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı
  • 29-03-2026, 17:26
    ABŞ Sakit Okeandan Yaxın Şərqə 3,500 dəniz piyadası yerləşdirir
  • 29-03-2026, 17:23
    İran hərbi çağırış yaşını 12-yə endirdi
  • 29-03-2026, 17:21
    Məhəmməd Salah A Seriyasına qayıda bilər
  • 29-03-2026, 17:20
    Tehranda bir neçə güclü partlayış baş verib
  • 29-03-2026, 17:17
    İsrail Livanda 800 “Hizbullah” üzvünü məhv etdiyini açıqlayıb
  • 29-03-2026, 17:16
    Su basmış ərazilərdən 216 nəfər təxliyə edilib
  • 29-03-2026, 17:14
    Azərbaycanda bir gündə 17 nəfər saxlanıldı
  • 29-03-2026, 17:12
    İran ABŞ-ın kəşfiyyat təyyarəsinin zədələndiyini iddia edir
  • 29-03-2026, 17:09
    Mingəçevirdə avtomobil kanala düşüb, sürücü xəsarət alıb
  • 29-03-2026, 17:07
    Aeroport yolunda sürət həddi bərpa edilib
  • 29-03-2026, 17:04
    Aİ Qırmızı dənizdə gəmiçiliklə bağlı xəbərdarlıq edib
  • 29-03-2026, 17:02
    21 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
  • 29-03-2026, 17:01
    Maduro həbsxanadan ilk dəfə xalqa müraciət edib
  • 29-03-2026, 16:59
    Ceyhun Bayramov: Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır
  • 29-03-2026, 16:58
    İrəvanda kilsədə Nikol Paşinyanın iştirakı ilə insident baş verib
  • 29-03-2026, 16:57
    Hakan Fidan Pakistana səfər edib
  • 29-03-2026, 16:51
    Xalq artisti Rasim Balayev I Fəxri Xiyabanda dəfn ediləcək.
  • 29-03-2026, 16:49
    Xalq artisti Rasim Balayev vəfat edib
  • 29-03-2026, 14:25
    Netanyahudan Beynəlxalq Ədalət Məhkəməsinə sərt açıqlama
Daha çox
Çox oxunanlar
26-03-2026, 01:31
Rusiya ordusu martın 24-nə keçən gecə Ukraynanın bir sıra bölgələrinə kütləvi hava zərbələri endirib.
25-03-2026, 11:59
Paşinyandan Köçəryana sərt cavab
26-03-2026, 12:36
Həbsdə olan Bəhruz Səmədov saxlanma şəraitindən narazıdır
25-03-2026, 11:53
İngiltərədə meningokok infeksiyası ilə bağlı yoluxmalar qeydə alınıb
25-03-2026, 11:44
Livan İran səfirini “arzuolunmaz şəxs” elan edib
25-03-2026, 12:02
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola salınıb
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
Sosial
Azərbaycanda taksilərlə bağlı yeni tələblər tətbiq olunacaq
Rusiya ordusu martın 24-nə keçən gecə Ukraynanın bir sıra bölgələrinə kütləvi hava zərbələri endirib.
Nazim Bəydəmirli müalicə müəssisəsinə köçürülüb
ABŞ Sakit Okeandan Yaxın Şərqə 3,500 dəniz piyadası yerləşdirir
İran hərbi çağırış yaşını 12-yə endirdi
Məhəmməd Salah A Seriyasına qayıda bilər

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə