USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

“Kristal Abşeron”un “Qobu Park” rüsvayçılığı: - “Evlər spiçka qutusuna bənzəyir”

Video

17-06-2020, 15:34

“Kristal Abşeron”un “Qobu Park” rüsvayçılığı: - “Evlər spiçka qutusuna bənzəyir”Bir müddət öncə Qaradağ rayonu Lökbatan qəsəbəsində 1300 ailə üçün inşa olunan "Qobu Park -3” yaşayış massivinin açılışı oldu. Açılış mərasimindən paylaşılan fotolar maraqlı reaksiya doğurdu. Belə ki, jurnalist Rövşən Əsədov açılış mərasimindən çəkilən fotoları sosial şəbəkələrdə yayaraq binanı inşa edən "Kristal Abşeron” tikinti şirkətini tənqid edib. Onun sözlərinə görə, şirkət Prezident İlham Əliyevin açılışını etdiyi binaları natamam şəkildə inşa edib. "Binaların bir hissəsinin damı tollansa da, bir hissəsi yarımçıq saxlanılıb” – deyən həmkarımız bildirir ki, eyni problemi digər binalarda məskunlaşan məcburi köçkünlər də yaşayıb: "Etiraz edildikdən sonra gəlib tolladılar. Yəqin ki, bunun üçün də dava-qırğın çıxartmaq lazım olacaq”.

Jurnalistin artıq neçənci dəfədir ki, eyni mövzuda narazılıq etdiyini nəzərə alaraq problemin nədən ibarət olduğunu araşdırmaq qərarına gəldik. "Mənim mənzilim də sonuncu mərtəbədə olduğu üçün bu problemdən ciddi əziyyət çəkirəm” deyə AFN-ə açıqlamasında bildirən R.Əsədovun sözlərinə görə, insanlara "Kristal Abşeron” şirkətinin inşa etdiyi binalardan mənzil almamağı tövsiyyə etdiyini dedi: "Çünki problem tək damların tollanmaması deyil, ümumiyyətlə bu binlara tikili deyil, spiçka qutusudur. Çox keyfiyyətsiz inşa edilib, şirkətin əməkdaşları sakinlərlə çox kobud davranırlar. ”

Bütün bunlardan əlavə, həmin binalarda məskunlaşan sakinlər ciddi su problemi yaşayırlar. R.Əsədovun sözlərinə görə, "QobuPark 2”-də yaşayan sakinlər artıq bir aydan çoxdur susuz qalıb: "Azərsu” deyir biz kifayət qədər təzyiqlə su veririk, problem "Kristal Abşeron”un nasoslarındadır. Şirkət isə deyir ki, "Azərsu” normal təzyiqlə su vermədiyi üçün biz anbarı doldurub paylaya bilmirik. Təsəvvür edin, anbara 100-lük boru ilə su gəlir, 150-lik boru ilə binalara vurulur. Belə çıxır ki, bu qurumların işi bir-birilə inteqrasiya etməyib, çətinliyi də əhali çəkir. Su vurulandan yarım saat-40 dəqiqə sonra anbarda su bitir, sonra gözləmək lazım gəlir ki, anbar dolsun”.
Jurnalist qeyd etdi ki, binaların üzlüklərinin qopması artıq normal hal kimi qəbul olunur: "Açılışı edildikdən bir neçə ay sonradan binların üzlükləri qopub tökülməyə başladı. Şirkətin işçiləri gəlir təzədən üslükləri vintlərlə binalara bağlayırlar. Bu zaman isə fəhlələr həddən artıq böyük kobudluq, sakinlərə qarşı hörmətsizlik edirlər. Hər üzlüyə bir vint bərkidirlər. Bir binada da yüz minlərlə üzlük var. Səs-küydən başımız gedib. Mən bir neçə gün öncə evə gələndə gördüm ki, paltar asılan ipi sındırıb atıblar. Ondan əvvəl isə kombinin borusunu vurub sındırmışdılar. Biz bir qədər gec xəbər tutsaydıq ordan gələn dəm qazı bizi öldürəcəkdi. Mən bununla bağlı sahə rəisi var Eldar müəllim, ona deyəndə elə danışdı ki, sanki günahkar mənəm”.
R.Əsədov binaların bir hissəsinin üstünün tollanmaması məsələsinə bir daha toxundu. Bildirdi ki, yerləşdiyi mənzil 10-c0 mərtəbədə yerləşir və evinin tavanı daim nəmişlikdən kif bağlayıb: "Silir-təmizləyirik az müddət sonra yenə olur. Böyük dava-qırğından sonra gətirib binanın üstünə tol çəkdilər, onu da qurumamış etdilər deyə yenə də nəmişlik var. Atamgil də bu binalarda məskunlaşıb, onlarda da eyni vəziyyətdir, nəmişlik olur evləri”.
Həmsöhbətimiz onu da bildirdi ki, binaların demək olar, 60-70 faizində lift normal işləmir: "Liftə baxan adamın nömrəsini qoyublar, zəng edirik zəng çatmır. Kimə dərdimizi deyiriksə deyir mən neynim. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edəndə deyirlər ki, binalar dövlət büdcəsi hesabına tikilməyib, şirkətin dövlətə töhvəsidir, biz qarışa bilmərik. Biz bu evə köçəndə bütün əşyaları təzədən dəyişdik, hamısı xarab və problemli idi. Təsəvvür edin, "razetkalar”ın üzlüyü vardı, arxası yox idi. Qapağı açırdım ki, altı boşdur, nə kabel var, nə xətt. Qapıları o qədər keyfiyyətsizdir ki, əksəriyyəti örtülmür. Divarlar o qədər nazikdir ki, qonşuda nə danışılırsa hamısı bizim evdə eşidilir. Divardan bir şəkil asmaq istəyirik, balaca mismar vururuq gedir qonşunun mənzilindən çıxır. Bu vəziyyətdə "Kristal Abşeron”un və komitənin nümayəndələri mənim təhvil-təslim aktına qol çəkməyimi istədilər, mən də çəkmədim. Çünki mən bu mənzili sağlam şəkildə təhvil almamışdım”.
Məsələ ilə bağlı "Kristal Abşeron”un mətbuat xidmətinin rəhbərinə sorğu ünvanlasaq da, konkret cavab ala bilmədik. Belə ki, mətbuat xidmətinin rəhbəri Rəşad Qurbanov sorğumuzu aldıqdan sonra şikayətdə əksini tapan məsələlərlə bağlı işçi qrupu yaradıldığını bildirdi və proses yekunlaşandan sonra bizə məlumat veriləcəyini dedi. Lakin sorğudan yarım aya yaxın vaxt keçməsinə baxmayaraq, heç bir məlumat təqdim edilməyib.

Paylaş:
Digər xəbərlər

Video

15-06-2020, 11:29

Bakıda ev növbəsi gözləyən məcburi köçkünlər karantin qaydalarını pozub? - AÇIQLAMA

Bölgə

12-06-2020, 16:52

Masallıda vətəndaş qəbulu birdəfəlik dayandırılıb - NARAZILIQ...

Video

9-06-2020, 13:16

MTK sayğac qoymayıb, “Azəriqaz” oğru axtarır, ortada qalan sakinlərdir - “Binanı tikən şirkətə 520 manat sayğaca görə pul ödədim”

Siyasət

30-05-2020, 12:19

Hikmət Babaoğlu: Sosial layihələrin məhdudiyyətsiz olaraq həyata keçirilməsi dövlətin vətəndaşın yanında olduğunun göstəricisidir

Gündəm

18-05-2020, 16:00

Qobu Park yaşayış kompleksinə yeni magistral su kəməri çəkilib

Gündəm

4-05-2020, 18:30

Niyazi Bayramov modul tipli xəstəxananın inşa edildiyi ərazidə olub, işlərin gedişatı ilə maraqlanıb

Video

28-04-2020, 13:14

“Nə mənzili verirlər, nə də pulu qaytarırlar” - NARAZILIQ...

Gündəm

24-04-2020, 13:18

İlham Əliyev məcburi köçkünlər üçün tikilən yaşayış binalarında işlərin gedişi ilə tanış olub - FOTO

Səhiyyə

13-04-2020, 12:09

Kliniki Tibbi Mərkəzdə 14 yaşlı uşaq koronavirusun qurbanı olub? - AÇIQLAMA

Son xəbərlər
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
Daha çox
Çox oxunanlar
21-09-2026, 19:55
Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
25-09-2026, 19:43
“AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə