USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Mühafizə xidməti sahəsində tenderin qalibi DTX sədrinin oğlunun şirkəti oldu

---

3-03-2025, 22:58

Mühafizə xidməti sahəsində tenderin qalibi DTX sədrinin oğlunun şirkəti oldu
Əli Nağıyev və oğlu İlham Nağıyev – Kollaj: Meydan TV
Yayımlandı: 3 Mart 2025 15:18
Azərbaycanda dövlət qurumları tərəfindən keçirilən mühafizə xidməti tenderlərini ən çox qazanan şirkət “Gesco” Açıq Səhmdar Cəmiyyətidir.

Dövlət satınalmalarının vahid internet portalındakı məlumatlara əsasən, şirkət son 5 il ərzində 70 milyon manata yaxın vəsaitli tenderlərin qalibi elan olunub.

20 ildir fəaliyyət göstərən şirkət kimindir və necə olub ki, məhz son 5 ildə milyonlarla vəsaitin ayrıldığı onlarla tender müsabiqələrinin qalibi seçilib?

Şirkət haqqında nələr məlumdur?

26 may 2005-ci il tarixində təsis edilən “Gesco” ASC fiziki mühafizənin təmin edilməsi prinsipləri əsasında müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir. Dəfələrlə dövlət qurumlarının təşkil etdiyi tədbirlər, konfranslar və s. yığıncaqlar, müəssisə və təşkilatların məkanları üçün mühafizə xidməti göstərib.

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, 4 min manat nizamnamə kapitalı olan şirkətin hazırki qanuni təmsilçisi Murad Fərrux oğlu Camalzadədir.

Murad Camalzadə 8 il müddətində Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, ən son vəzifəsi isə İnsan resursları şöbəsinin müdir müavini olub.

Şirkətin hazırda 4 minə yaxın heyəti var və 500-dən çox layihədə mühafizə xidməti təşkil edir.

Bəs şirkətin əsl sahibi kimdir?

Şirkətin tarixçəsinə nəzər yetirdikdə açıldığı müddətdə qanuni təmsilçi kimi göstərilən şəxs Orxan Vahid oğlu Nağıyevdir. Orxan Nağıyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin ailə biznesini idarə edir və onun qohumu olduğu deyilir.

Şirkətin saytında isə təsisçisi və rəhbəri olaraq 37 yaşlı İlham Nağıyev qeyd olunub. O, DTX sədri Əli Nağıyevin oğludur. Məlumatlara nəzər yetirdikdə İlham Nağıyevin 18 yaşı tamam olan zaman şirkəti təsis etdiyi görünür.

Rəsmi tədbirlərdə İlham Nağıyevi “iqtisadçı və sahibkar” kimi təqdim edirlər. O, “Binə Aqro” QSC-nin həmtəsisçisi və Müşahidə Şurasının sədri, “Baku United FC” futbol klubunun prezidenti və “Odlar Yurdu” Təşkilatının təsisçisidir.

İlham Nağıyev 2013-cü ildən 2016-cı ilədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin kadrlar şöbəsinin müdir müavini, daha sonra müdiri vəzifələrində çalışıb.

O, Təhsil Nazirliyində işlədiyi müddətdə müəllimlərin işə qəbulunun elektron qeydiyyatı sisteminin İT konseptini hazırlayıb və sistemin qurulmasında bilavasitə iştirak edib.

Həmçinin “Gesco” ASC şirkəti Əli Nağıyev o zamanki Milli Təhlükəsizlik nazirinin müavini təyin olunduqdan sonra fəaliyyətə başlayıb. 2019-cu ildən sonra isə şirkətin yüksəliş dövrüdür ki, bu da Əli Nağıyevin DTX rəisi təyin olunması dövrünə təsadüf edir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi həmin ildən sonra müxtəlif tenderlərin qalibi elan olunaraq, mühafizə sektoru sahəsində “tender çempionu” adını qazanıb.

Oğlu mühafizə şirkətinin rəhbəri olan Əli Nağıyev uzun müddət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində rəis müavini vəzifəsində çalışıb.

Elə həmin dövrlərdə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) əməkdaşları Nağıyevlər ailəsinin Azərbaycan, Çexiya, Böyük Britaniya və Türkiyədəki bizneslərini, daşınmaz əmlaklarını ortaya çıxarmışdı.

Azərbaycan qanunvericiliyinə görə…

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bildirir ki, dövlət qulluqçusunun maddi faydaları öz qohumuna yönəltməsi ilə bağlı göstərişlərin (əmrlərin) verilməsi və təsdiqlənməsi maraqların toqquşmasına səbəb olur.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində göstərilir ki, dövlət qulluqçusu qulluq etdiyi dövrdə qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9-cu maddəsinin 9.3.3-cü maddəsində qeyd olunur ki, vəzifəli şəxsin elmi, pedoqoji, yaradıcılıq fəaliyyəti istisna olmaqla, bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olması korrupsiyaya şərait yaradan hüquqpozma sayılır.

Paylaş:
Digər xəbərlər

---

3-02-2025, 18:20

DTX rəisinin biznes maraqlarını təmsil edən şəxs milyonluq tenderlər qazanır

Siyasət

14-07-2023, 12:00

Vergi borcu olan "VNM SERVİS" yenidən qanunu "çeynədi" - Daha iki tender (FOTOFAKT)

İqtisadiyyat

16-06-2021, 10:58

Eyni şəxsə məxsus 6 şirkət ləğv olunur

Gündəm

16-09-2020, 13:32

6 gün əvvəl yaranan şirkəti kimlər tenderin qalibi elan edib? – MÜƏMMA

Maraqlı

3-09-2020, 12:21

AMEA-nın Ədəbiyyat Muzeyində 221 min manatlıq tenderi kimlər udub? - FOTOFAKT

Gündəm

21-08-2020, 10:28

110 min manatlıq ŞÜBHƏLİ TENDER - Qalib olan iş adamını sabiq nazir və keçmiş millət vəkililə nə birləşdirir?

Araşdırma

18-08-2020, 16:00

Bir aylıq şirkət tenderin qalibi oldu – 48 min manat pul alıb

Araşdırma

5-08-2020, 12:38

BNA 69 min manat vergi borcu olan şirkəti 828 min manatlıq tenderin qalibi etdi - FOTOFAKT

Səhiyyə

31-07-2020, 13:19

Şirəliyev “Epidbiomed” şirkətini necə "yemləyib" - ŞOK FAKTLAR

Gündəm

30-07-2020, 18:00

Alatavada "cücərdilən" şirkətlər, silinən milyonlar – Dini Komitənin tender maxinasiyaları

Təhsil

15-06-2020, 16:09

Eyni tenderin iki qalibi, bir sahibi var — Gəncədə nə baş verir?

Son xəbərlər
  • Dün, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • Dün, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • Dün, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
Daha çox
Çox oxunanlar
24-10-2026, 23:24
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
26-10-2026, 20:01
Azad Balayev DTX tərəfindən həbs edilib
27-10-2026, 13:37
Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
Dün, 16:45
Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
Dün, 16:42
“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
Dün, 16:49
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə