USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Nərgiz Absalamova həbsxanadakı bayram hazırlığından yazıb

Araşdırma / foto

2-01-2026, 22:02

Nərgiz Absalamova həbsxanadakı bayram hazırlığından yazıb

Hazırda Lənkəran Penitensiar Kompleksində saxlanılan “AbzasMedia işi” üzrə həbs olunmuş jurnalist Nərgiz Absalamova həbsxanadakı Yeni il hazırlığı ilə bağlı yazı qələmə alıb.

Onun yazısını olduğu kimi təqdim edirik:

“Yeni il bayramında hər yerdə olduğu kimi Cəzaçəkmə Müəssisələrində də süfrələr bəzənir, hər kəs bişirdiyi yeməyi ortaya qoyur. Amma həbs yerlərində süfrələr hər zaman kəm, dadlar natamam olur. Müəssisəyə buraxılmayan ərzaqlara görə məhkumlar sadəcə azadlıqlarından deyil, həm də sevdikləri təamlardan məhrum olurlar. Çünki CÇM-nin Daxili İntizam qaydalarına görə, məhkumlara bişirilməsi tələb olunan ərzaq məhsullarını (ət, balıq, makaron, düyü, qarğıdalı, noxud və digər paxla növləri və bütün növ yarmaları) bayırdan əldə etməyə icazə verilmir. Həmçinin bu ərzaqların müəssisənin ticarət köşkündə satılması da qadağandır. Qadağan olunmuş bu ərzaqları müəssisə dustaqlara hazır halda təklif edir. Amma yeməklər çox keyfiyyətsiz olduğundan məhkumların əksəriyyəti ona yaxın durmur.

Ona görə də 4 saylı CÇM-də qadın məhkumlar yemək bişirmək üçün mətbəxə girir, 700-ə yaxın məhkum üçün nəzərdə tutulan 11 kiçik peçdən birinin boş olacağı zamanı gözləyirlər. Hələ peç növbəsi üstündə neçə davalar düşəcək, qazanlar kimin başına dəyəcək, bir yeməyi bişirmək üçün kim yeni ili cəza kamerasında keçirəcək, bilinmir.

Növbəyə yeni gələn Təranə (ad şərtidir) bir tərəfdən davaları izləyir, bir tərəfdən kotlet hazırlamağa çalışır, bir tərəfdən də oğurlanmaması üçün ərzaqlarını güdür. Müəssisəyə çiy ət buraxılmadığı üçün buzluqdan yeni çıxardığı pörtlədilmiş əti sürtgəcdən keçirir, bişmiş ətin yapışması üçün içinə yumurta vurmalı olur. Onsuz da ondan kotlet dadı gəlməyəcəyini bilir, amma nə çarə?! Bişirməyə peç azdır deyə buraxılmayan ərzaqları necəsə əvəzləməlidir. Əsas məsələ odur ki, bu gün bu növbədən dava-dalaşsız çıxa biləcək mi?

Yeni il süfrəsi aşsız olmaz deyirlər. Günel (ad şərtidir) uzunmüddətli görüşdən gələndə suyun içində içəri keçirdiyi düyüləri günün altına sərib qurudub. Axşama ondan aş bişirəcək. Nə etsin axı, düyü də buraxmırlar. Deyirlər “müəssisənin mağazasında var, gedin, oradan alın”. O da keyfiyyətsizdir, bişirəndə xəmir olur, cana yatmır. Günel həm də aşın yanında qarasını bişirmək istəyir. Amma cəmi 2 soğanı qalıb. Çünki sovqatda gələn tərəvəzlərin hamısını tərəzi ilə çəkib, 1 kq-dan artıq olanı geri qaytarırlar. Keçən dəfə soğanı da çəkiblər, neçəsə qram çox olub, içindən 1 ədəd götürüb anasına qaytarıblar ki, bu 1 soğan artıqdır.

Buranın mağazasına tərəvəz həftədə 2 dəfə gəlir, onda da mağazanın önündə elə növbə olur ki, gəl, görəsən. 700-ə yaxın məhkuma hər tərəvəzdən 2-3 yeşik gətirirlər. O tərəvəzləri almaq üçün çıxan davalarda neçə məhkuma töhmət yazıblar, neçə məhkum yaralanıb, sayını itiriblər.

Günel aşın qarasına soğanı çox vuracaq deyə, nə yaralanmaq istəyir, nə də töhmət almaq. Eybi yox, dadı kəm olsun, başı dinc. Həm də orada qiymətlər çox bahadır, axı Günel işləyib pul qazanmır.

Əzizəyə (ad şərtidir) bu gün sovqat gəlib, amma qanı qaradır. Çünki cəmi 5 ədəd kartof buraxıblar, qalanını ailəsinə qaytarıblar. Cəzasını ciddi rejimdə çəkdiyi üçün ayda 1 dəfə sovqat qəbul edə bilir. Əzizə 5 kartofla 1 ayı necə başa vuracağını düşünüb əsəbləşir. O, kartofları da götürüb inzibati binaya, rəisin qəbuluna üz tutur. Rəis Elgiz İsmayılov “hər gün birini bişir, ye”- deyə məhkuma məsləhət verir. Əzizənin növbəti sualı gecikmir: “Bəs qalan 25 gün neyləyim?” Amma bu sualın cavabı gəlmir.

Aygül (ad şərtidir) də bu gün sovqat alıb. Amma o da sovqat gəlməsinin sevincini yaşaya bilmir. Müəssisədə sovqatı yoxlamaq üçün skan aparatı olmadığına görə bütün tərəvəzləri bıçaqla deşib kəsiblər. Cəzasını ümumi ağır rejimdə çəkdiyi üçün ayda 2 dəfə sovqat qəbul edə bilir. Bıçaqla kəsilmiş bu tərəvəzlər 2-3 gündən artıq qalmayacaq, xarab olacaq. Ona heç deyilsə 15 gündən bir gələn sovqat digər qızlara ayda 1 dəfə gəlir. Aygül hey düşünür, görəsən, onlar necə dolanır?

Yeni il üçün ailəsi tort da gətirib Aygülə. Yoxlamaq adı ilə o qədər xırda-xırda kəsiblər ki, tikə-tikə olub. Əslində Aygül yeni il üçün özü tort bişirmək istəyirdi. Amma içəriyə un, maya, qabartma tozu da buraxmırlar. Təzəlikcə rəis Elgiz İsmayılov sırada məhkumlara üzünü tutaraq deyib ki, “görsəm, bilsəm ki, kimdəsə “droj” (maya) var, onu özünə yedizdirəcəm”.

Aygül yeni gələn ərzaqlarla paytaxt salatı hazırlamalıdır. Dalaşaraq da olsa, qabağa düşüb peçdə ərzaqları qaynada bildi. O, tərəvəzləri doğrayarkən əskikləri necə əvəzləyə biləcəyini düşünür. Digərlərini əvəzləyə bildi, bəs turşu xiyarı necə əvəzləyəcək? Məhkumlar turşunun yoxluğunu təkcə salatda deyil, hər yemək yeyərkən hiss edir.

Şikayətlənən kimi də nəzarətçilər “Bura türmədir” deyir. Türmədir, ona görə də azadlıqda ikən səhərlər içdiyi bir fincan kofenin, çörəyə çəkib yediyi şorun, hazırladığı cürbəcür makaronların, aşın yanında yediyi pomidor turşusunun, artıq illərdir dadını unutduğu təamların həsrətini çəkir. Buraya isə indi nə kofe buraxılır, nə şor, nə makaron, nə dolma, nə də hər hansısa turşu.

Cahan (ad şərtidir) da yemək bişirmək üçün mətbəxdəki peç növbəsinə qoşuldu. Sırada adam çox, vaxt azdır. Görəsən, bişirmək üçün axşamacan növbə ona çatacaqmı? Cahan toyuq qızartması bişirmək istəyir. Pörtlədilmiş toyuq ətini çıxarıb gözləyir. Kaş ki, buraxardılar, çiy toyuqdan bişirərdi. Pörtlədilmiş toyuğu qızardanda dadlı olmayacaq. Əslində fərqli ədviyyatlarla da dadlandıra bilər. Amma duz və istiotdan başqa ədviyyat buraxmırlar. Cahan hər şeyin bu qədər yoxluğunu düşünəndə hiddətlənir. Hiddətlənir, çünki qara bazarda hamısı var. Qara bazarla məşğul olan dustaqlar hər dəfə sovqatları gələndə yoxlanış aparan əməkdaşa 200 manat verib, bütün ərzaqlarını içəriyə buraxdırırlar. Çiy ət, düyü, makaron, ədviyyat, dolma, hətta turşu da buraxırlar. Onlar da qara bazarda 3 qat baha qiymətə, məsələn, ovuc içi boyda əti 30 manata satırlar. Cahanın sovqatı keçirəsi 200 manatı da yoxdur, kiçik bir ətə verəcəyi 30 manatı da. Ona görə pörtlədilmiş əti qızartmaq üçün tavaya qoyur.

Axşam gəlib çatdı, artıq süfrələr qurulur. Nəzakətin (ad şərtidir) ailəsinin sovqat gətirməyə imkanı olmadığı üçün hər gün olduğu kimi bu gün də “balanda” deyilən, müəssisənin verdiyi yeməyi yeyəcək. Müəssisə bu gün üçün məhkumlara üzəri toyuqlu aş verib. Yeməyini götürüb masanın arxasına əyləşdi. Bir-birinə yapışan düyüləri, üzərindəki tükü yaxşı təmizlənməmiş toyuğun dərisini çıxarıb yeməyə başladı. Görüntüsü kimi, dadı da xoş deyil.

Digər qızların da süfrələri hazırlandı. Təranə, Günel, Əzizə, Aygül və Cahan min bir əziyyətlə hazırladıqları masanın arxasına əyləşib süfrəyə baxdılar. Ağ süfrə salınmış masanın üzərinə aş-qara, kotlet, salat, toyuq qızartması qoyulmuşdu. Nə bişmiş, nə də çiy halda buraxılan, artıq dadını unutduqları dolma, turşu, qızardılmış ət isə o masalara nə vaxt yol tapacaq bilinmir”.

Vacib qeyd: Bu yazı həbsdə olduğum 2 il müddətində CÇM-dən təcridxanaya köçürülən 20-dən çox qadınla söhbət əsasında hazırlanıb. Söhbətləşdiyimiz məhkumların təhlükəsizliyi üçün şərti adlardan istifadə etməli olduq.

Nərgiz Absalamova

Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma / foto

26-09-2025, 10:58

"Şüvəlan təcridxanasında məhbuslara işgəncə üzrə yarış gedir"

Gündəm / Araşdırma / foto

17-09-2025, 14:32

Elnarə Qasımova yazır: Təcridxanada “ölü canlar”: Təsərrüfat işçisi kimi qeydiyyata alınmadan pulsuz işlədilən xeyli dustaq var

Araşdırma

9-06-2020, 16:28

Eldar Mahmudovun Londonda üzə çıxan 100 milyonları Azərbaycana qaytarılacaqmı - sabiq naziri də bu sonluq gözləyə bilər, əgər...

Gündəm / İqtisadiyyat / Sosial / Hadisə / Araşdırma

21-04-2020, 12:35

3,5 milyardlıq dəstək paketində nələr var? - “Güzəştli kreditlər də sənəddə yer alıb”

Araşdırma

6-03-2020, 15:50

Cavid Qurbanov baş dəmiryolçu kimi necə uğursuz oldu... - İTTİHAM

Araşdırma

29-02-2020, 14:33

Ali Attestasiya Komissiyasında nə baş verir? - 47 dissertant Mehriban Əliyevaya müraciət etdi

Son xəbərlər
  • Bugün, 15:30
    AZAL Təl-Əvivə uçuşları bərpa edir
  • Dün, 21:13
    DİN Maştağa psixiatriya mərkəzi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib
  • Dün, 21:12
    Vahid Ələkbərovun sərvəti artıb: Bloomberg yeni reytinq açıqladı
  • Dün, 21:11
    Azad edilmiş ərazilərdə 7 788 hektardan çox sahə minalardan təmizlənib
  • Dün, 21:09
    Hikmət Hacıyev: “Azərbaycan bütün qonşularla dostluq münasibətləri qurub”
  • Dün, 21:08
    Prezident İlham Əliyev yenidən qurulan İslam Səfərli küçəsinin açılışında iştirak edib
  • Dün, 21:04
    İran XİN: ABŞ-ın İrana hücum xərcləri 100 milyard dolları keçib
  • Dün, 21:03
    BƏƏ ilə Səudiyyə Ərəbistanı arasında gərginlik arta bilər
  • Dün, 21:01
    Polis qanunsuz silah-sursat aşkarladı
  • Dün, 20:59
    TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub.
  • Dün, 20:58
    iPhone 17-yə rekord tələbat: “Apple” səhmləri yüksəldi
  • Dün, 20:56
    İran sülh təklifini yenilədi: sənəd Pakistan vasitəsilə təqdim olunub
  • Dün, 20:54
    Bərdədə narkotik əməliyyatı: kiloqramlarla vasitə dövriyyədən çıxarıldı
  • Dün, 20:53
    Ceyhun Bayramov iranlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
  • Dün, 20:51
    Neft bahalaşır: “Brent” 111 dolları keçdi
  • Dün, 20:50
    İsrail BƏƏ-yə dron aşkarlama sistemi təqdim edib
  • Dün, 20:43
    Oqtay Əsədov 22 ildən sonra federasiya rəhbərliyindən getdi
  • Dün, 00:55
    İsrail İrana qarşı zərbələri bərpa edə bilər – Katzdan mesaj
  • Dün, 00:53
    Prezident Avropa çempionu olan güləşçilərlə görüşdü
  • Dün, 00:50
    Onkologiya Mərkəzində partlayış: həkimi öldürməyə cəhd edən xəstə ölüb, cinayət işi açılıb
  • 30-04-2026, 13:29
    “AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb
  • 29-04-2026, 20:56
    Vyanada ATƏT-in rəqəmsal dövrdə vətəndaş məkanına dair beynəlxalq tədbiri keçiriləcək
  • 29-04-2026, 20:18
    Şahin Mustafayevin uşaqlıq izi: adını ağaca erməni dilində həkk edib
  • 29-04-2026, 20:17
    Şahin Mustafayev doğulduğu kəndə getmək istəyir – Ermənistan mətbuatı yazır
  • 29-04-2026, 20:15
    Rövşən Lənkəranskinin keçmiş əlaqəlisi beynəlxalq axtarışa verildi
  • 29-04-2026, 20:14
    “Temu”dan gətirilən yüklərlə bağlı gecikmələrin səbəbi açıqlandı
  • 29-04-2026, 20:13
    Ermənistanda sərhəd kəndlərində silah anbarları bağlanıb
  • 29-04-2026, 20:12
    Prezident BTİ ilə sazişi təsdiqlədi
  • 29-04-2026, 20:10
    Bakıda dəm qazı faciəsi: bir nəfər ölüb, azyaşlı zəhərlənib
  • 29-04-2026, 20:09
    Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanıldı
  • 29-04-2026, 20:04
    Gömrükdə 300 dollarlıq limit dəyişdiriləcək? – Rəsmi açıqlama
  • 29-04-2026, 00:33
    Ermənistan Baş Qərargah rəisi Hindistanda səfərdədir
  • 29-04-2026, 00:28
    Böyük Britaniya İran səfirini XİN-ə çağırdı, nota təqdim olundu
  • 29-04-2026, 00:25
    Bakıda mənzildə yanğın: yaşlı qadın həyatını itirdi
  • 27-04-2026, 12:39
    Son iki gündə 82 şübhəli saxlanılıb – DİN statistikası
Daha çox
Çox oxunanlar
27-04-2026, 02:33
İran XİN rəhbəri Moskvada Yaxın Şərq məsələlərini müzakirə edəcək
27-04-2026, 02:32
Ərdoğan Trampa zəng edərək başsağlığı verib
29-04-2026, 00:25
Bakıda mənzildə yanğın: yaşlı qadın həyatını itirdi
29-04-2026, 00:28
Böyük Britaniya İran səfirini XİN-ə çağırdı, nota təqdim olundu
29-04-2026, 00:33
Ermənistan Baş Qərargah rəisi Hindistanda səfərdədir
26-04-2026, 13:14
Samirə Qasımlının məsuliyyətə cəlb olunması ilə bağlı məhkəmə prosesi başlayıb
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
Sosial
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub.
iPhone 17-yə rekord tələbat: “Apple” səhmləri yüksəldi
İsrail İrana qarşı zərbələri bərpa edə bilər – Katzdan mesaj
“Temu”dan gətirilən yüklərlə bağlı gecikmələrin səbəbi açıqlandı
Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanıldı
Gömrükdə 300 dollarlıq limit dəyişdiriləcək? – Rəsmi açıqlama

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə