USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Sipark” MTK-nın rəhbərliyi ittiham olunur - Müraciət...

Araşdırma

25-07-2020, 16:00

"Sipark” MTK-nın rəhbərliyi ittiham olunur - Müraciət...Tanınmış yazıçı, “Kirpi” jurnalının baş redaktoru Məmməd Əfşan “Sipark” MTK-nın sahiblərinin onun başına gətirdikləri müsibətdən “Təzadlar”a yazıb:

...“Sipark” MTK-nın fırıldaqçı sahiblərinin əməlləri barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 24.12.2019-cu ildə teleqramla etdiyim müraciət Respublika Prokurorluğundan tutmuş bütün instansiyaları dolana-dolana gəlib çıxır Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin təhqiqatçı polis mayoru Kamil Rəhmanovun qovluğuna. K.Rəhmanov da mənim müraciətimi (mənim yox, ölkə Prezidentinin tələbnaməsini) iki həftə qovluğunda saxlayıb sonra üz tutur H.Əliyev küçəsi- 90 A-da yerləşən “Sipark” tikinti şirkətinin dörd mərtəbəli ofisinə.

Orada şirkətin prezidenti və mənimlə şəxsən müqavilə bağlayıb 33300 (otuz üç min üç yüz) manat pulumu alan Seymur İsayevdən yox, ofisin qapısını açıb-örtən Baxşəliyev Ağarəhim Knyaz oğlundan izahat alır ki, guya o, 2016-cı ildən Yeni Yasamal, Əsəd Əliyev küçəsində 3 bloklu, 16 mərtəbəli yaşayış binasını tikən “Yevrostroy” MTK-nın icraçı direktorudur. Mən isə həmin “Yevrostroy” MTK ilə 2012-ci ilin yanvarında müqavilə bağlamışam. Bununla təhqiqatçı Kamil Rəhmanov “araşdırmasını” başa çatdırır və üstəlik də biçarə mənzil gözləyənlərin pulları hesabına tikilən 4 mərtəbəli ofisinin şəklini də çəkərək yapışdırır araşdırmasının bir vərəqinə və yazdığı qərarla birlikdə göndərir aidiyyəti təşkilata - Nərimanov rayon Polis idarəsinin 16-cı polis bölməsinə. Bölmənin təhqiqatçısı-polis leytenantı Novruz Novruzov da heç bir təhqiqat-araşdırma işi aparmadan həmkarı Kamil Rəhmanovun yazdığını nöqtəbənöqtə köçürüb 4 ay 10 gündən sonra “çıxardığı” qərarın surətini göndərir Prezident Administrasiyasına və şikayətçiyə - yəni mənə.

N.Novruzov həmkarının arayışına bir cümlə əlavə edir ki, şikayətdə cinayət tərkibi olmadığına görə (?) cinayət işi rədd edilir. Çünki mülki işlərdə mübahisəli məsələləri məhkəmə həll edir. Və material saxlanılması üçün 16-cı polis bölməsinin arxivinə verilsin. Vəssalam! Ölkə Prezidentinə edilən müraciətin axırı 4 ay yarımdan sonra bu sonluqla qurtarır. Əhsən belə sonluğa!

Hadisələrin bu cür sonluğunu əvvəlcədən görürdüm. Çünki 50 illik jurnalistlik fəaliyyətimdə mən Azərbaycan milisinə və polisinə dərindən bələd olmuşam. Bilirdim ki, bizim əvvəlki milislərimiz və indiki bəzi polislərimiz pulun nəinki səsini, hətta iyini də bir kilometrlik məsafədən eşidib-duyurlar. Axı necə ola bilər ki, öədədiyim qəbzlərimlə 33 min 300 manatımı əlimdən alanlar sonda mənzilimi başqasına satıb aradan çıxırlar, bunun adı dələduzluq sayılmır???

Bu il mart ayının əvvəllərində Yasamal rayon prokuroru vəzifəsini icra edən Rəşadət Orucov cənablarına xatırlatdım və xahiş etdim ki, müraciətimi prokurorluq icraata götürsün. R.Orucov cənabları xahişimə əhəmiyyət vermədi və Prezidentin adına vurulan müraciəti Yasamal rayon Polis idarəsinə göndərdi. Nəticədə, prokuror yox, mən deyən kimi oldu. Prokuror da MTK dələduzlarını müdafiə etdi. Polis əbədi vərdişinə yenə də əməl elədi. Və beləliklə, ötür-ötür oyununun birinci dövrəsi Azərbaycan dələduzlarının, faqqı-fırıqlarının, cibkəsənlərin, tülüngülərin, alıb-aldadanların və daha nə bilim nələrin Azərbaycan hüquq-mühafizə orqanlarının - prokurorlar və polis sistemi üzərində qələbəsi ilə başa çatdı.

Cənab Prezidentə müraciətimin bu biabırçı sonluğunu görəndən sonra mən yenidən 20.02.2020-ci ildə peşəkar dələduz və fırıldaqçı Seymur Nizam oğlu İsayev və onun “şaykası” barədə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Daxili İşləri naziri Vilayət Eyvazov cənablarına (03.04.2020-ci il), Respublikanın Baş Prokuroru Kamran Əliyev cənablarına (02.05.2020-ci il) və Respublika Baş Prokurorluğu yanında korrupsiya ilə Mübarizə Baş İdarəsinə (15.05.2020-ci il) müraciət ünvanladım. Bundan sonra nəyinsə dəyişəcəyinə inam və ümidim az-çox var. Axı ümid ən sonda ölür!

***

Görürsünüzmü, hörmətli oxucular, Azərbaycanda dələduzlar, alıb-aldadanlar respublika hüquq-mühafizə orqanlarından daha güclüdür və prokurorlar, polis orqanları, məhkəmə sistemi - qəzetçi Rza bəy demiş, - onların arxasında durub dələduzlara, fırıldaqçılara, alıb-aldadanlara meydan verən nəhənglərdən - əjdahalardan, divlərdən, balinalardan ehtiyat edirlər. Belə olmasaydı, bir qocaman sənət adamına, yazıçı-publisistə kələk gəlib qanuni mənzilini satıb, min bir əzabla topladığı 33 300 (otuz üç min üç yüz) manatı yeyərək, üstündən də türk “rakı”sı içən dələduz Seymuru nəinki neçə ildir gizləndiyi Türkiyədən, lap cəhənnəmin yeddinci qatından tapıb gətirər və mənimlə qabaq-qənşər əyləşdirərdilər. Siz, möhtərəm oxucular da bilərdiniz kim haqlıdır. Mən - haqqın ətəyindən tutan 81 yaşlı qoca yazıçımı, yoxsa 8 ildir gününü göy əskiyə büküb yalan sata-sata dövran sürən dələduz Seymur İsayevdən və ondan (himayəçisindən) qorxan prokurorlar və polis orqanlarımı???

“Təzadlar”dan: Adı çəkilənlərin 3 müxtəlif mobil telefonlarına dəfələrlə zəng etsək də və mesaj göndərsək də hələ də reaksiya verilmir, zəngimizi cavablandırmırlar... Araşdırmamız isə davam edir.

Paylaş:
Digər xəbərlər

Araşdırma

9-06-2020, 15:11

Qalmaqallı “Sipark” hələ də mənzilləri təhvil vermir - GİLEY

Sosial

13-04-2020, 13:11

Lələtəpə döyüşçüsü nədən narazıdır? - Müraciət...

Təhsil

30-03-2020, 16:52

Qalmaqallı rektor məhkəməyə verildi - SƏBƏB

Video

23-03-2020, 11:32

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Siyasət

10-03-2020, 17:21

Parlamentin yeni rəhbərliyi onlardır - DOSYE

Video

9-03-2020, 12:39

Polis mayoruna yeni vəzifə verildi

Sosial

9-03-2020, 11:16

Vilayət Eyvazovdan daha bir TƏYİNAT

Araşdırma

5-03-2020, 14:31

“Sipark İnşaat”da ölüm işi necə ört-basdır edilib? – Şok təfərrüat

Hadisə

4-03-2020, 13:00

Bakıda səfirin otağından külli miqdarda pul oğurlandı

Son xəbərlər
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
Daha çox
Çox oxunanlar
28-10-2026, 16:49
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
28-10-2026, 16:45
Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
28-10-2026, 16:42
“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə