USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Metropolitendə dağıdılan milyonlar - ŞOK DETALLAR

Araşdırma

11-08-2020, 13:00

Metropolitendə dağıdılan milyonlar - ŞOK DETALLARAzərbaycan başqa bir qalaktikadır. Çünki dünyada baş verən proseslərlə bizim cəmiyyətimizdə baş verən proseslər qətiyyən uzlaşmır. Biz bir-çox fəaliyyət spektirimizdə orjinal və anoloqsuzuq. Götürək elə idarəetmə sistemini.

Dünyanın istənilən ölkəsində dövlət qurumlarının ümumi inkişafda konkret payı var. Ziyanla işləyən qurumlarsa ya ləgv edilir, ya da modernləşdirilir. Bizdə isə qurumların tam əksəriyyəti ziyanla işləyir, dövlət üçün əlavə yükə çevrilir. Və ən maraqlısı da odur ki, bütün bunlar bizdə heç də təəccüblə qarşılanmır.

Əksinə, belə hallar elə təqdim edilir ki, guya bu qurumların rəhbərlərinin ən ali və ülvi məqsədi xalqa təmənnasız xidmətdir. Təmənnasız xidmətdə isə təbii ki, mənfəət güdülmür. Mənfəətin güdülmədiyi yerdə isə ziyanın olması labüddür. Məsələn, Bakı Metropoliteni” QSC kimi. Bu qurum sərnişin daşımada ölkə üzrə əsas pay sahibidir.

Rəsmi statistikaya görə metro ilə hər il 230 milyon sərnişin daşınır. İldə bu qədər sərnişin daşıyan bir qurum bəs niyə ziyanla işləyir? Necə olur ki, sınıq-salxaq bir “Juquli” ilə “taksavatlığ” edən bir adam böyük bir ailəni keçindirir, amma bu qədər sərnişin daşıyan bir nəqliyyat qurumu ziyanla işləyir? Təbii ki, Metropoliten rəhbərliyinin istənilən arqumenti mənim sadə məntiqim qarşısında keçərsizdir. Amma neyniyək ki, cənab Zaur Hüseynov deyir ki, metroda mənfəət yoxdur. Zaur müəllimin “arqumenti”nin qarşılığında mən bir balaca araşdırma apardım.

Tarixə ekskurs etdim. Yadıma düşdü ki, Tağı Əhmədov 1998-ci ildə Metropolitenə rəis təyin olunda ilk işi metro keçidlərindəki ticarət obyektlərini ələ keçirmək oldu. O vaxtadək metro keçidlərindəki ticarətə Bakı Şəhər İcra Hakimiyətinin Ticarət Departamenti nəzarət edirdi. Bu o vaxt idi ki, Rafael Allahverdiyevin qılıncının dalı da, qabağı da kəsirdi. Beləcə, o vaxt bu iki qurum arasında böyük savaş başladı. Həmin vaxt bu mübahisə ilə bağlı Tağı Əhmədovdan müsahibə almışdım. Müsahibə boyu Tağı müəllim dönə-dönə deyirdi ki, metro keçidlərini hökümət bizə versə, söz verirəm ki, ondan gələn gəlir hesabına metropolitenin maddi-texniki bazasını yenidən quracam. Dövlətdən də bir manat istəməyəcəm…

Sonda qazanan Tağı Əhmədov oldu. Bu hadisədən təxminən 15 il sonra yenə Tağı müəllimlə həm söhbət oldum. Vaxtilə dediyi fikirləri xatırlatdım. Sualım təbii ki, Tağı müəllimin xoşuna gəlmədi. Əsəbi şəkildə “əşşşi, metro keçidlərindən beş-on manat pul gəlir, onu da bayram günlərində işçilərə paylayırıq. Vəssəlam…”, – dedi (buyur bu da dövlət qurumunun xalqa təmənnasız xidmətinin növbəti təcəssümü).

Tağı müəllim işdən çıxarıldıqdan sonra metropolitendə baş alıb gedən özbaşnalıqlar, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi barədə mətbuatda kifayət qədər yazıldı, deyildi. Mən o vaxt yazılanlardan tək bir faktı xatırlatmaq istəyirəm. Bəlli olmuşdu ki, Tağı müəllimin hakimiyyəti dövründə sərnişinlərin ödədiyi 4 jetondan 3- ü qeydiyyata alınmırmış. Bu deyilənlərdən də belə məlum olur ki, metro daşımalarındakı gəlirin 75 faizi mənimsənilir. Bu məntiqdən çıxarış edib Baki Metropoliteninin son 6 illik fəaliyyətinə nəzər yetirdim.

Bilmək istədim ki, Tağı müəllimin gedişi, Zaur müəllimin gəlişi nələri dəyişdirib. Amma bəri başdan deyim ki, yaxşılığa doğru heç nə dəyişməyib. Belə ki, 2014-cü ildə mero ilə 215 milyon 472 min, 2015-ci ildə isə 222 milyon 40 min sərnişin daşınıb. Nəticədə bu daşımalardan metropoliten 2014-cü ildə 42 milyon 519 min manat, 2015-ci ildə isə vur tut 43 milyon 5 min manat qazanc əldə edib. Əgər buna qazanc deyilirsə…

Əvəzində 2016-cı ildə qazanc 42 milyon 262 min manata düşüb. Göründüyü kimi Zaur Hüseynov sələfindən yaxşı mənada heç nə ilə fərqlənmir. Əksinə Zaur müəllim sələfindən fərqli olaraq dövlətin və əhalinin üstünə dana iştahla getdi. Nəticədə, 2018-ci ildə metroda gediş haqqı 50 faiz artırılaraq 30 qəpiyə çatdırıldı. Bu azmış kimi 2019-cu ildə Metropolitenin yığılmış zərəri təxminən 13% artaraq 482 milyon manata çatdırılıb.

Bununla paralel son 5 ildə Metropolitein hər il ortalama dövlətdən 100 milyon manatdan çox maliyyə dəstəyi, 50 milyon manata yaxın dotasiya alıb. Bununla belə Metropoliten ziyandan “qurtula” bilmir. Bu yerdə xırda bir hesablama da aparmaq istəyirəm. Belə ki, rəsmi məlumata görə hər gün metro ilə 700 minə yaxın, qeyri-rəsmi məlumata görə isə 1 milyon sərnişin daşınır. Belə olan təqdirdə ortalama daşımanı 800 min götürsək və bunu da 30 qəpiyə vursaq, 240 min manat edir. Bunu da 30 günə vuranda eləyir 7 milyon 200 min manat. Bu məbləği də 12 aya vuranda edir 86 milyon manat. Beləcə, dövlət dəstəyini də bunun üzərinə gələndə Metropoliten üst-üstə hər il 240 milyon manat gəlir əldə edir.

Üstəlik, metrodakı reklam biznesi də Zaur Hüseynovun nəzarətindədir. Xatırladaq ki, bu reklam bazarında da ildə milyonlar dövr edir. Amma bununla belə Metropolitein ziyanla işləyir. Bəs 240 milyon manat hara xərclənir (bu rəqəmlər ancaq leqal gəlirləri özündə ehtiva edir)? …

Mən qazancın hara getdiyinin tək bir ünvanını demək istəyirəm. Belə ki, Avropada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün növbəti araşdırmasınını birini də Zaur müəllimin fəaliyyətinə həsr edib. Bu günlərdə jurnalistin araşdırmasının nəticələri ölkə mediasında yayımlandı. Məlumatda deyilirdi ki, Bakı Metropoliteninin rəisi Zaur Hüseynovun Londonda yaşayan 28 yaşlı oğlu Həbib Hüseynzadə bu ilin iyun ayında İngiltərədə böyük həcmdə yeni investisiya müqaviləsi imzalayıb.

İyunun 29-da bununla bağlı razılaşma əldə olunub, iyulun 21-də müqavilənin tələblərinə uyğun olaraq ödəmə Britaniyanın Barclay’s Bank UK PLC bankı vasitəsilə icra olunub. 41 səhifəlik müqavilənin şərtləri əsasında vəsaitin həcmi və hansı məqsədlə köçürülməsinin detalları məxfi saxlanılır. Metropoliten rəisinin oğlu tikinti və daşınmaz əmlak biznesi ilə məşğul olur, indiyədək Callington yaxınlığında Downgate-də böyük ərazini satın alaraq, çoxsaylı evlər tikib, satışa çıxarıb.

Həbib Hüseynzadə PINNACLE WEST LIMITED-i 2016-cı ilin fevralında (atasının vəzifə təyinatından düz 2 il sonra) 24 yaşında təsis edib…

Məndən bu qədər… Metropolitendəki milyonların daha haralara axdığını müəyyən etməksə qalsın müvafiq dövlər qurumlarının boynuna… Bunu isə Respublika Prezidenti deyir: “…dövlət şirkətləri elə bil ki, sosialist iqtisadi modelində işləyir. Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz…”.

Bu sətirlər avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədəki çıxışından götürülüb.
Konkret.az

Paylaş:
Digər xəbərlər

Gündəm

11-08-2020, 12:21

Xərcini büdcəyə yükləyən AZAL: - Cahangir Əsgərovu hədəfə çıxaran nöqsanlar...

Hadisə

3-08-2020, 09:58

Bakıda iki sərnişin avtobusu toqquşdu

İqtisadiyyat

9-07-2020, 17:00

Neft bahalaşmasa neçə il dözə bilərik - ekspertdən açıqlama

İqtisadiyyat

26-05-2020, 13:15

Sahibkar müştəriyə "hərif" kimi baxsa... - Turizm ölkəsi ola biləcəyikmi?

Siyasət

22-05-2020, 15:53

Məmurların korrupsiya əməllərinə göz yuman qurumlar bunlardır - SİYAHI

Video

19-05-2020, 14:30

“Bakı Metropoliteni” rəsmisi: “Karantin qaydalarına nəzarət çətinləşib”

Sosial

10-05-2020, 11:30

Bakıda sərnişinlər karantin rejiminə riayət etmir - VİDEO

Video

1-04-2020, 18:00

BNA : İstehsalat bazasındakı bütün avtobuslar xəttə buraxılıb

İqtisadiyyat

1-04-2020, 17:15

Büdcəyə yeddi faizlik xeyir gələcək

Son xəbərlər
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
Daha çox
Çox oxunanlar
14-09-2026, 13:28
Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
14-09-2026, 13:37
Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
16-09-2026, 12:06
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
14-09-2026, 13:30
Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
14-09-2026, 13:33
Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
14-09-2026, 13:35
Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə